ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
91 : 21

وَٱلَّتِيٓ أَحۡصَنَتۡ فَرۡجَهَا فَنَفَخۡنَا فِيهَا مِن رُّوحِنَا وَجَعَلۡنَٰهَا وَٱبۡنَهَآ ءَايَةٗ لِّلۡعَٰلَمِينَ

İsmətini qoruyan (Məryəmi də yada sal)! Biz ona Öz ruhumuzdan (Cəbrail vasitəsilə) üfürdük, onu və onun oğlunu aləmlərə bir ayət etdik. info
التفاسير:

external-link copy
92 : 21

إِنَّ هَٰذِهِۦٓ أُمَّتُكُمۡ أُمَّةٗ وَٰحِدَةٗ وَأَنَا۠ رَبُّكُمۡ فَٱعۡبُدُونِ

Həqiqətən, bu, vahid bir din olaraq sizin dininizdir. Mən də sizin Rəbbinizəm. Elə isə Mənə ibadət edin! info
التفاسير:

external-link copy
93 : 21

وَتَقَطَّعُوٓاْ أَمۡرَهُم بَيۡنَهُمۡۖ كُلٌّ إِلَيۡنَا رَٰجِعُونَ

Lakin onlar dini öz aralarında parçalayıb (muvahid, müşrik, kafir və mömin olmaqla) dəstələrə ayrıldılar. Onların hamısı Bizim hüzurumuza qayıdacaqlar. info
التفاسير:

external-link copy
94 : 21

فَمَن يَعۡمَلۡ مِنَ ٱلصَّٰلِحَٰتِ وَهُوَ مُؤۡمِنٞ فَلَا كُفۡرَانَ لِسَعۡيِهِۦ وَإِنَّا لَهُۥ كَٰتِبُونَ

Kim mömin olaraq saleh əməllər edərsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun üçün (əməllərini) yazırıq. info
التفاسير:

external-link copy
95 : 21

وَحَرَٰمٌ عَلَىٰ قَرۡيَةٍ أَهۡلَكۡنَٰهَآ أَنَّهُمۡ لَا يَرۡجِعُونَ

Məhv etdiyimiz bir məmləkət əhlinin (tövbə etməsi üçün yenidən dünyaya qayıtması) haram edilmişdir. Onlar (bir daha bu dünyaya) qayıtmayacaqlar. info
التفاسير:

external-link copy
96 : 21

حَتَّىٰٓ إِذَا فُتِحَتۡ يَأۡجُوجُ وَمَأۡجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٖ يَنسِلُونَ

Nəhayət, Yəcuc və Məcuc (səddi) açıldığı və onlar təpələrdən axışıb gəldikləri zaman; info
التفاسير:

external-link copy
97 : 21

وَٱقۡتَرَبَ ٱلۡوَعۡدُ ٱلۡحَقُّ فَإِذَا هِيَ شَٰخِصَةٌ أَبۡصَٰرُ ٱلَّذِينَ كَفَرُواْ يَٰوَيۡلَنَا قَدۡ كُنَّا فِي غَفۡلَةٖ مِّنۡ هَٰذَا بَلۡ كُنَّا ظَٰلِمِينَ

haqq olan vədimiz yaxınlaşdıqda kafirlərin gözləri dərhal bərələcəkdir. (Onlar deyəcəklər:) “Vay halımıza! Biz bundan qafil idik. Xeyir, biz zalımlardan olmuşduq!” info
التفاسير:

external-link copy
98 : 21

إِنَّكُمۡ وَمَا تَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ حَصَبُ جَهَنَّمَ أَنتُمۡ لَهَا وَٰرِدُونَ

(Ey kafirlər!) Siz və Allahdan başqa tapındıqlarınız Cəhənnəm odunusunuz. Siz (mütləq) ora girəcəksiniz. info
التفاسير:

external-link copy
99 : 21

لَوۡ كَانَ هَٰٓؤُلَآءِ ءَالِهَةٗ مَّا وَرَدُوهَاۖ وَكُلّٞ فِيهَا خَٰلِدُونَ

Əgər bunlar məbud olsaydılar, ora girməzdilər. Halbuki hamısı orada əbədi qalacaqlar. info
التفاسير:

external-link copy
100 : 21

لَهُمۡ فِيهَا زَفِيرٞ وَهُمۡ فِيهَا لَا يَسۡمَعُونَ

Onlar orada inildəyəcək və heç nə eşitməyəcəklər. info
التفاسير:

external-link copy
101 : 21

إِنَّ ٱلَّذِينَ سَبَقَتۡ لَهُم مِّنَّا ٱلۡحُسۡنَىٰٓ أُوْلَٰٓئِكَ عَنۡهَا مُبۡعَدُونَ

Əzəldən özlərinə ən gözəl aqibət yazılmış kimsələrə gəldikdə isə, onlar Oddan uzaqlaşdırılmış olacaqlar. info
التفاسير: