ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

əl-Bəqərə

external-link copy
1 : 2

الٓمٓ

Əlif. Ləm. Mim.[1] info

[1] Surənin əvvəlindəki, oxunuşda arasında fasilə verilən bu hərflər Quranın ecazkar olduğuna dəlalət edir. Artıq bu Quran vasitəsilə müşriklərə xəbərdarlıq edilmiş və onlar bunun bənzərini gətirməyə aciz qalmışlar. Quran, ərəb dilinin quruluşunu təşkil edən bu hərflərdən daha mürəkkəbdir. Ərəblərin Quranın bənzərini gətirməyə aciz qalması, – halbuki onlar ərəb dilini ən səlis bilən insanlardır, – onun Allahdan nazil edilmiş vəhy olmasına dəlalət edir.

التفاسير: