ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
19 : 14

أَلَمۡ تَرَ أَنَّ ٱللَّهَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ بِٱلۡحَقِّۚ إِن يَشَأۡ يُذۡهِبۡكُمۡ وَيَأۡتِ بِخَلۡقٖ جَدِيدٖ

(Ey insan!) Allahın göyləri və yeri haqq ilə yaratdığını görmürsənmi?! Əgər Allah istəsə, sizi yox edib (yerinizə) yeni məxluq (başqa insanlar) gətirər. info
التفاسير:

external-link copy
20 : 14

وَمَا ذَٰلِكَ عَلَى ٱللَّهِ بِعَزِيزٖ

Bu, Allah üçün çətin deyildir. info
التفاسير:

external-link copy
21 : 14

وَبَرَزُواْ لِلَّهِ جَمِيعٗا فَقَالَ ٱلضُّعَفَٰٓؤُاْ لِلَّذِينَ ٱسۡتَكۡبَرُوٓاْ إِنَّا كُنَّا لَكُمۡ تَبَعٗا فَهَلۡ أَنتُم مُّغۡنُونَ عَنَّا مِنۡ عَذَابِ ٱللَّهِ مِن شَيۡءٖۚ قَالُواْ لَوۡ هَدَىٰنَا ٱللَّهُ لَهَدَيۡنَٰكُمۡۖ سَوَآءٌ عَلَيۡنَآ أَجَزِعۡنَآ أَمۡ صَبَرۡنَا مَا لَنَا مِن مَّحِيصٖ

(Qiyamət günü) hamı Allahın hüzuruna çıxarılacaq və zəiflər təkəbbürlük göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. (İndi) siz, Allahın əzabını, qismən də olsa, bizdən sovuşdura bilərsinizmi?” Onlar deyəcəklər: “Əgər Allah bizi doğru yola yönəltsəydi, biz də sizə doğru yolu göstərərdik. (İndi) zarısaq da, səbir etsək də bizim üçün eynidir. Çünki bizim üçün qurtuluş yeri yoxdur”. info
التفاسير:

external-link copy
22 : 14

وَقَالَ ٱلشَّيۡطَٰنُ لَمَّا قُضِيَ ٱلۡأَمۡرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمۡ وَعۡدَ ٱلۡحَقِّ وَوَعَدتُّكُمۡ فَأَخۡلَفۡتُكُمۡۖ وَمَا كَانَ لِيَ عَلَيۡكُم مِّن سُلۡطَٰنٍ إِلَّآ أَن دَعَوۡتُكُمۡ فَٱسۡتَجَبۡتُمۡ لِيۖ فَلَا تَلُومُونِي وَلُومُوٓاْ أَنفُسَكُمۖ مَّآ أَنَا۠ بِمُصۡرِخِكُمۡ وَمَآ أَنتُم بِمُصۡرِخِيَّ إِنِّي كَفَرۡتُ بِمَآ أَشۡرَكۡتُمُونِ مِن قَبۡلُۗ إِنَّ ٱلظَّٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ

İş bitdikdə (Cənnət əhli Cənnətə, cəhənnəm əhli də Cəhənnəmə daxil olduqda) şeytan (günahkarlara) deyəcək: “Həqiqətən, Allah sizə (Cəhənnəmə düşəcəyiniz barədə) gerçək vəd vermişdi. Mən də sizə, (kömək edəcəyimə dair) vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (günah işlərə) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Şübhəsiz ki, mən dünyada da sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımları ağrılı-acılı bir əzab gözləyir. info
التفاسير:

external-link copy
23 : 14

وَأُدۡخِلَ ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا بِإِذۡنِ رَبِّهِمۡۖ تَحِيَّتُهُمۡ فِيهَا سَلَٰمٌ

İman gətirib saleh əməllər edənlər isə (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil ediləcək və Rəbbinin izni ilə orada əbədi qalacaqlar. Onların orada qarşılaşarkən (bir-birinə) deyəcəkləri söz: “Salam!” olacaqdır. info
التفاسير:

external-link copy
24 : 14

أَلَمۡ تَرَ كَيۡفَ ضَرَبَ ٱللَّهُ مَثَلٗا كَلِمَةٗ طَيِّبَةٗ كَشَجَرَةٖ طَيِّبَةٍ أَصۡلُهَا ثَابِتٞ وَفَرۡعُهَا فِي ٱلسَّمَآءِ

Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü (yerdə) möhkəm olan, budaqları isə göyə ucalan gözəl bir ağac (xurma ağacı) kimidir. info
التفاسير: