ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

əl-Qədr

គោល​បំណងនៃជំពូក:
بيان فضل ليلة القدر.
Qədr gecəsinin fəzilətinin bəyan edilməsi. info

external-link copy
1 : 97

إِنَّآ أَنزَلۡنَٰهُ فِي لَيۡلَةِ ٱلۡقَدۡرِ

Biz Quranı ramazan ayının qədr gecəsindən Peyğəmbərə (səllallahu aleyhi və səlləm) nazil etdiyimiz kimi onu bütöv olaraq qədr gecəsində dünya səmasına nazil etdik. info
التفاسير:

external-link copy
2 : 97

وَمَآ أَدۡرَىٰكَ مَا لَيۡلَةُ ٱلۡقَدۡرِ

Ey Peyğəmbər! Bu gecənin nə qədər xeyir və bərəkətli olduğunu bilirsənmi?! info
التفاسير:

external-link copy
3 : 97

لَيۡلَةُ ٱلۡقَدۡرِ خَيۡرٞ مِّنۡ أَلۡفِ شَهۡرٖ

Bu gecə xeyirlə dolu bir gecədir. Bu gecə, min ay imanla və savabını Allahdan umaraq ibadət edən kimsənin qazandığından daha xeyirlidir. info
التفاسير:

external-link copy
4 : 97

تَنَزَّلُ ٱلۡمَلَٰٓئِكَةُ وَٱلرُّوحُ فِيهَا بِإِذۡنِ رَبِّهِم مِّن كُلِّ أَمۡرٖ

O gecə mələklər və Cəbrail (aleyhissəlam) pak və müqəddəs Rəbbinin izni ilə, Allahın həmin il üçün əzəldən yazdığı hər bir işə görə - ruzi gətirmək, öldürmək, ruh vermək və başqa bu kimi - Allahın əzəldən müəyyən etdiyi işlərdən ötrü yerə enirlər. info
التفاسير:

external-link copy
5 : 97

سَلَٰمٌ هِيَ حَتَّىٰ مَطۡلَعِ ٱلۡفَجۡرِ

Bu mübarək gecə əvvəlindən axırınadək ta dan yeri sökülənədək xeyirlə doludur. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• فضل ليلة القدر على سائر ليالي العام.
Qədr gecəsinin ilin digər gecələrindən fəzilətli olması. info

• الإخلاص في العبادة من شروط قَبولها.
İbadətin ixlasla yalnız Allah üçün olması, iİbadətin qəbul edilməsi üçün qoyulmuş şərtlərdən biridir. info

• اتفاق الشرائع في الأصول مَدعاة لقبول الرسالة.
Dinin əsaslarında (səmavi) şəriətlərin eyni olması, risalətin qəbul edilməsi üçün səbəbdir. info