ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

លេខ​ទំព័រ:close

external-link copy
48 : 74

فَمَا تَنفَعُهُمۡ شَفَٰعَةُ ٱلشَّٰفِعِينَ

Qiyamət günü mələklərdən, peyğəmbərlərdən və əməlisaleh insanlardan şəfaət edənlərin vasitəçiliyi kafirlərə fayda verməz. Çünki şəfaətçiliyin qəbul edilməsinin şərtlərindən biridə, Allahın şəfəat ediləcək kimsədən razı qalmasıdır.
info
التفاسير:

external-link copy
49 : 74

فَمَا لَهُمۡ عَنِ ٱلتَّذۡكِرَةِ مُعۡرِضِينَ

O müşriklərə nə olub ki, Qurandan üz çevirirlər? info
التفاسير:

external-link copy
50 : 74

كَأَنَّهُمۡ حُمُرٞ مُّسۡتَنفِرَةٞ

Onlar Qurandan üz çevirməkdə və ondan qaçmaqda sanki bərk qaçan vəhşi uzunqulaqlardır. info
التفاسير:

external-link copy
51 : 74

فَرَّتۡ مِن قَسۡوَرَةِۭ

Aslandan qorxub qaçırlar. info
التفاسير:

external-link copy
52 : 74

بَلۡ يُرِيدُ كُلُّ ٱمۡرِيٕٖ مِّنۡهُمۡ أَن يُؤۡتَىٰ صُحُفٗا مُّنَشَّرَةٗ

Əksinə, o müşriklərdən hər biri istəyir ki, səhər oyandıqda başının üstə qoyulmuş bir kitab olsun və o kitab Muhəmmədin (səllallahu aleyhi və səlləm) Allah tərəfin göndərilmiş bir rəsul olduğunu xəbər versin. Bunun səbəbi sübutların az olması və ya dəlillərin zəif olması deyil, sadəcə bu, inadkarlıq və təkəbbürlükdür. info
التفاسير:

external-link copy
53 : 74

كَلَّاۖ بَل لَّا يَخَافُونَ ٱلۡأٓخِرَةَ

Bu iş heç də belə deyil, əksinə, onların öz azğınlıqlarında davam etməsinin səbəbi budur ki, onlar axirətdə veriləcək əzaba inanmırlar və buna görə də küfür əməllərində davam edirlər . info
التفاسير:

external-link copy
54 : 74

كَلَّآ إِنَّهُۥ تَذۡكِرَةٞ

Heç şübhəsiz ki, bu Quran bir öyüd-nəsihət və bir xatırlatmadır. info
التفاسير:

external-link copy
55 : 74

فَمَن شَآءَ ذَكَرَهُۥ

Kim Quranı oxuyub ondan öyüd-nəsihət götürmək istəsə, onu oxuyub öyüd-nəsihət götürər. info
التفاسير:

external-link copy
56 : 74

وَمَا يَذۡكُرُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ هُوَ أَهۡلُ ٱلتَّقۡوَىٰ وَأَهۡلُ ٱلۡمَغۡفِرَةِ

Allah istəmədikcə onlar öyüd-nəsihət alıb xatırlaya bilməzlər. Əmrlərinə tabe olmaqla, qadağan etdiklərindən uzaq durmaqla qorxub çəkinməyə layiq olan da, tövbə edən qullarının günahlarını bağışlamağa qadir olan da Odur. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• مشيئة العبد مُقَيَّدة بمشيئة الله.
Bəndənin istəyi Allahın istəyinə bağlıdır. info

• حرص رسول الله صلى الله عليه وسلم على حفظ ما يوحى إليه من القرآن، وتكفّل الله له بجمعه في صدره وحفظه كاملًا فلا ينسى منه شيئًا.
Rəsulullahın (səllallahu aleyhi və səlləm) Qurandan özünə vəhy ediləni əzbərləməyə həris olması və Uca Allahın onu Rəsulullahın (səllallahu aleyhi və səlləm) qəlbində və hafizəsində, ondan heç bir şey untmayacağı kamil bir şəkildə cəm edəcəyini öhdəsinə götürməsi. info