ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

external-link copy
73 : 33

لِّيُعَذِّبَ ٱللَّهُ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ وَيَتُوبَ ٱللَّهُ عَلَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِۗ وَكَانَ ٱللَّهُ غَفُورٗا رَّحِيمَۢا

Allahın yazdığı qədərə görə bu əmanət insana ona görə verildi ki, Allah münafiq ki­şilə­ri və mü­nafiq qadınları nifaqlarına görə, müş­rik kişiləri və müşrik qa­dınları da Allaha şərik qoşdularına görə cəzalan­dır­sın, habelə, şəri hökmləri əhatə edən bu əmanəti layiqincə daşıyan mömin kişilərin və mömin qadınların tövbələ­rini qəbul etsin. Allah Öz qullarından tövbə edən kimsələrin günahlarını bağış­la­yandır, onlara rəhm edəndir. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• اختصاص الله بعلم الساعة.
Qiyamətin nə zaman qopacağı barədə bilginin yalnız Allaha məxsus olması. info

• تحميل الأتباع كُبَرَاءَهُم مسؤوليةَ إضلالهم لا يعفيهم هم من المسؤولية.
Tabeçilikdə olanların öz böyüklərinə tabe olub azmaları onları məsuliyyətdən azad etmir. info

• شدة التحريم لإيذاء الأنبياء بالقول أو الفعل.
Peyğəmbərlərə sözlə və ya əməllə əziyyət verməyin şiddətli haram olması. info

• عظم الأمانة التي تحمّلها الإنسان.
İnsanın boynuna götürdüyü əmanətin böyük olması. info