ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

ər-Rum

គោល​បំណងនៃជំពូក:
تأكيد تفرّد الله سبحانه بتصريف الأمور، وبيان سنن الله في خلقه.
Bütün işlərin yalnız Uca Allahın istəyi ilə yoluna qoyulduğunu təsdiqləmək və Allahın yaratdıqları arasında olan qayda-qanunlarını bəyan etmək. info

external-link copy
1 : 30

الٓمٓ

(Əlif, Ləm, Mim!) Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. info
التفاسير:

external-link copy
2 : 30

غُلِبَتِ ٱلرُّومُ

Farslar, Rumlulara qarşı qalib gəldi. info
التفاسير:

external-link copy
3 : 30

فِيٓ أَدۡنَى ٱلۡأَرۡضِ وَهُم مِّنۢ بَعۡدِ غَلَبِهِمۡ سَيَغۡلِبُونَ

Şam torpaqlarının Fars məmləkətinə ən yaxınn olan yerində. Lakin Rumlular Farslara məğ­lu­b olduqdan sonra onların üzərində qələbə ça­lacaqlar. info
التفاسير:

external-link copy
4 : 30

فِي بِضۡعِ سِنِينَۗ لِلَّهِ ٱلۡأَمۡرُ مِن قَبۡلُ وَمِنۢ بَعۡدُۚ وَيَوۡمَئِذٖ يَفۡرَحُ ٱلۡمُؤۡمِنُونَ

Üç ildən çox və on ildən az bir zaman ərzində. Rumluların məğlubiyyətindən əv­vəl də, son­ra da hökm Alla­hındır. Rumlular farslara qalib gəldiyi gün mömin­lər se­vi­nəcəklər. info
التفاسير:

external-link copy
5 : 30

بِنَصۡرِ ٱللَّهِۚ يَنصُرُ مَن يَشَآءُۖ وَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Möminlər Allahın Rumlulara kömək etməsinə sevinəcəklər. Çünki onlar Kitab əhlidir. Allah dilədiyi kimsələrə dilədiyi kimsələr üzərindən qalib gəlməyə kömək edir. O, yenilməz Qüd­rət sahibidir, möminlərə qarşı Rəhm­lidir. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لجوء المشركين إلى الله في الشدة ونسيانهم لأصنامهم، وإشراكهم به في الرخاء؛ دليل على تخبطهم.
Müşriklərin sıxıntı anında öz bütlərini unudub, Allaha sığınmaları, xoş güzəranda da onları Allaha şərik qoşmaları, onların ağıldan kəm olduqlarını göstərir. info

• الجهاد في سبيل الله سبب للتوفيق إلى الحق.
Allah yolunda cihad etmək haqqa müvəffəq olmaq üçün səbəbdir. info

• إخبار القرآن بالغيبيات دليل على أنه من عند الله.
Quranın qeybdən xəbər verməsi, onun Allahdan nazil olduğuna dəlalət edir. info