ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

external-link copy
62 : 27

أَمَّن يُجِيبُ ٱلۡمُضۡطَرَّ إِذَا دَعَاهُ وَيَكۡشِفُ ٱلسُّوٓءَ وَيَجۡعَلُكُمۡ خُلَفَآءَ ٱلۡأَرۡضِۗ أَءِلَٰهٞ مَّعَ ٱللَّهِۚ قَلِيلٗا مَّا تَذَكَّرُونَ

Ey müşriklər! Allaha şərik qoşduğunuz bütlərinizmi yaxşıdır, yoxsa dara və çətinliyə düşmüş kimsə yal­varıb yaxararaq Uca Allaha dua etdiyi za­man onun duasına cavab ve­rən: xəstəlik, yoxsulluq və buna bənzər sıxıntıları so­vuşduran və siziləri biri-birinizin ardından, nəsildən-nəsilə keçərək yer üzü­nün varisləri təyin edən Allahmı?! Yoxsa Allahla bərabər bunları edən başqa bir məbudmu vardır?! Xeyr, Siz necə də az öyüd-nəsihət alan bir qövmsünüz? info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لجوء أهل الباطل للعنف عندما تحاصرهم حجج الحق.
• Batil əhli, haqq olan dəlillərlə qarşılaşdıqları zaman şiddətə əl atırlar. info

• رابطة الزوجية دون الإيمان لا تنفع في الآخرة.
• İman müstəsna olmaqlar, ər-arvad arasında qurulan bütün əlaqələrin axirətdə heç bir faydası yoxdur. info

• ترسيخ عقيدة التوحيد من خلال التذكير بنعم الله.
• Uca Allahın bəxş etdiyi nemətləri xatırlamaqla tövhid əqidəsinin möhkəmləndirilməsi. info

• كل مضطر من مؤمن أو كافر فإن الله قد وعده بالإجابة إذا دعاه.
• Uca Allah, mömin və kafir kimsə olmasından aslı olmayaraq, dara düşüb Ona yalvarıb-yaxararaq dua edən hər bir kimsənin duasına icabət edəcəyinə dair vəd vermişdir. info