ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

external-link copy
66 : 22

وَهُوَ ٱلَّذِيٓ أَحۡيَاكُمۡ ثُمَّ يُمِيتُكُمۡ ثُمَّ يُحۡيِيكُمۡۗ إِنَّ ٱلۡإِنسَٰنَ لَكَفُورٞ

Sizi yoxdan var edərək həyat verən uca Allahdır. Sonra O, ömrünüz tükəndikdə sizi öldürə­cək, daha sonra etdiyiniz əməlləri hesaba çəkmək üçün sizi yenidən diril­də­cək və hər bir kəsə layiq olduğu əvəzi verəcəkdir. Şübhəsiz ki, insan, Allahın ona bəxş etdiyi nemətlərin çoxluğuna rəğmən, Allahdan başqasına ibadət edərək Rəbbinə qarşı çox nankordur. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• من نعم الله على الناس تسخير ما في السماوات وما في الأرض لهم.
• Allahın insanlara olan nemətlərindən biri də, göylərdə və yerdə olanları onların ixtiyarına buraxmasıdır. info

• إثبات صفتي الرأفة والرحمة لله تعالى.
• Yuxarıda keçən ayədə uca Allahın iki sifəti: rəhmət və səfqət sifətləri isbat edilmişdir. info

• إحاطة علم الله بما في السماوات والأرض وما بينهما.
• Allahın elmi göylərdə, yerdə və onların arasında olan hər bir şeyi əhatə etmişdir. info

• التقليد الأعمى هو سبب تمسك المشركين بشركهم بالله.
• Kor-koranə təqlid etmək müşriklərin Allaha şərik qoşaraq öz bütlərindən möhkəm yapışmağa vadar edən səbəbdir. info