ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

external-link copy
40 : 13

وَإِن مَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ وَعَلَيۡنَا ٱلۡحِسَابُ

Ey Peyğəmbər! Sən vəfat etməzdən əvvəl onlara vəd etdiyimi­z əzabın bir qismini sənə göstərsək də, sənə göstərmədən öncə canını alsaq da, sənin öhdənə dü­şən yalnız sənə təbliğ etməyi əmr etdiyimiz dini onlara təbliğ et­məkdir. Onlara əməllərinin müqabilini vermək yaxud onları haqq-he­sab çəkmək isə sənin işin deyildir. Bu ancaq, Bizə aiddi olan bir işdir. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• الترغيب في الجنة ببيان صفتها، من جريان الأنهار وديمومة الرزق والظل.
• Cənnətdə olan axar çayları, oradakl daimi ruziləri və kölgələri bəyan etməklə Cənnətə rəğbətləndirmək. info

• خطورة اتباع الهوى بعد ورود العلم وأنه من أسباب عذاب الله.
• Elm gəldikdən sonra nəfsin istəklərinə tabe olmağın təhlükəli olması, çünki bu, Allahın əzab göndərməsini vacib edən səbəblərdən biridir. info

• بيان أن الرسل بشر، لهم أزواج وذريات، وأن نبينا صلى الله عليه وسلم ليس بدعًا بينهم، فقد كان مماثلًا لهم في ذلك.
• Peyğəmbərlərin bəşər övladı olduqlarının, Allahın onlara zövcələr və övladlar verməsinin, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) heç də peyğəmbərlərin birincisi olmadığının və onun özündən əvvəl gəlib-getmiş peyğəmbərlər kimi bir peyğəmbər olduğunun bəyanı. info