ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

external-link copy
52 : 11

وَيَٰقَوۡمِ ٱسۡتَغۡفِرُواْ رَبَّكُمۡ ثُمَّ تُوبُوٓاْ إِلَيۡهِ يُرۡسِلِ ٱلسَّمَآءَ عَلَيۡكُم مِّدۡرَارٗا وَيَزِدۡكُمۡ قُوَّةً إِلَىٰ قُوَّتِكُمۡ وَلَا تَتَوَلَّوۡاْ مُجۡرِمِينَ

Ey qövmüm! Allahdan bağış­lan­ma diləyin, sonra da günahlarınızdan -bunların ən böyüyü Allaha şərik qoşmaqdır- Ona tövbə edin ki, sizə bolluca yağış yağdıraraq sizə bunun əvəzini versin, zürriyyətinizi və mal-dövlərinizi çoxaldaraq gü­cü­nü­zü bir az da artırsın. Elə isə, sizi dəvət etdiyim şeydən üz çevirmə­yin, yoxsa dəvətimdən üz çevirdiyinizə və Allaha küfr edib, sizə gətirdiyimi yalan saydığınıza görə, günahkarlardan olarsınız!" info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• لا يملك الأنبياء الشفاعة لمن كفر بالله حتى لو كانوا أبناءهم.
• Peyğəmbərlər, Allaha küfr edən kimsələrdən ötrü, hətta öz övladları olsa belə, şəfaətçi ola bilməzlər. info

• عفة الداعية وتنزهه عما في أيدي الناس أقرب للقبول منه.
• Allaha dəvət edən kəsin dürüst olması və insanların əllərində olana tamah salmaması, insanların haqqı ondan qəbul etməsi üçün daha münasibdir. info

• فضل الاستغفار والتوبة، وأنهما سبب إنزال المطر وزيادة الذرية والأموال.
• Allahdan bağışlanma diləməyin və Ona tövbə etməyin fəziləti. Çünki bu iki şey, yağışın yağmasına, oğul-uşağın və mal-dövlətin artmasına səbəbdir. info