Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Azerbaijan - Ali Khan Musayef

Nomor Halaman:close

external-link copy
32 : 39

۞ فَمَنۡ أَظۡلَمُ مِمَّن كَذَبَ عَلَى ٱللَّهِ وَكَذَّبَ بِٱلصِّدۡقِ إِذۡ جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ

Allaha qarşı yalan uyduran və həqiqət ona gəldikdə onu yalan sayan kimsədən daha zalım kim ola bilər?! Məgər Cəhənnəmdə kafirlər üçün yer yoxdur?! info
التفاسير:

external-link copy
33 : 39

وَٱلَّذِي جَآءَ بِٱلصِّدۡقِ وَصَدَّقَ بِهِۦٓ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡمُتَّقُونَ

Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir. info
التفاسير:

external-link copy
34 : 39

لَهُم مَّا يَشَآءُونَ عِندَ رَبِّهِمۡۚ ذَٰلِكَ جَزَآءُ ٱلۡمُحۡسِنِينَ

Onlar üçün Rəbbinin yanında istədikləri hər şey vardır. Bu, yaxşı işlər görənlərin mükafatıdır. info
التفاسير:

external-link copy
35 : 39

لِيُكَفِّرَ ٱللَّهُ عَنۡهُمۡ أَسۡوَأَ ٱلَّذِي عَمِلُواْ وَيَجۡزِيَهُمۡ أَجۡرَهُم بِأَحۡسَنِ ٱلَّذِي كَانُواْ يَعۡمَلُونَ

Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcək. info
التفاسير:

external-link copy
36 : 39

أَلَيۡسَ ٱللَّهُ بِكَافٍ عَبۡدَهُۥۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦۚ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ

Məgər Allah Öz quluna kifayət deyilmi?! (Müşriklər) isə səni (Allahdan) başqaları ilə qorxudurlar. Allahın azdırdığı kimsəyə doğru yol göstərən tapılmaz. info
التفاسير:

external-link copy
37 : 39

وَمَن يَهۡدِ ٱللَّهُ فَمَا لَهُۥ مِن مُّضِلٍّۗ أَلَيۡسَ ٱللَّهُ بِعَزِيزٖ ذِي ٱنتِقَامٖ

Allahın doğru yola yönəltdiyi kimsəni də azdıran tapılmaz. Məgər Allah qüdrətli, intiqam almağa qadir deyilmi?! info
التفاسير:

external-link copy
38 : 39

وَلَئِن سَأَلۡتَهُم مَّنۡ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضَ لَيَقُولُنَّ ٱللَّهُۚ قُلۡ أَفَرَءَيۡتُم مَّا تَدۡعُونَ مِن دُونِ ٱللَّهِ إِنۡ أَرَادَنِيَ ٱللَّهُ بِضُرٍّ هَلۡ هُنَّ كَٰشِفَٰتُ ضُرِّهِۦٓ أَوۡ أَرَادَنِي بِرَحۡمَةٍ هَلۡ هُنَّ مُمۡسِكَٰتُ رَحۡمَتِهِۦۚ قُلۡ حَسۡبِيَ ٱللَّهُۖ عَلَيۡهِ يَتَوَكَّلُ ٱلۡمُتَوَكِّلُونَ

Əgər sən onlardan: “Göyləri və yeri kim yaratmışdır?”– deyə soruşsan, onlar mütləq: “Allah!”– deyəcəklər. De: “Elə isə bir deyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan başqa dua etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud (Allah) mənə bir mərhəmət göstərmək istəsə, onlar Onun mərhəmətinin qarşısını ala bilərlərmi?” De: “Mənə Allah yetər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edirlər!” info
التفاسير:

external-link copy
39 : 39

قُلۡ يَٰقَوۡمِ ٱعۡمَلُواْ عَلَىٰ مَكَانَتِكُمۡ إِنِّي عَٰمِلٞۖ فَسَوۡفَ تَعۡلَمُونَ

(Ey Peyğəmbər!) De: “Ey qövmüm! Əlinizdən gələni (istədiyinizi) edin, mən də edəcəyəm. Siz tezliklə biləcəksiniz ki, info
التفاسير:

external-link copy
40 : 39

مَن يَأۡتِيهِ عَذَابٞ يُخۡزِيهِ وَيَحِلُّ عَلَيۡهِ عَذَابٞ مُّقِيمٌ

rüsvayedici əzab kimə gələcək, kim davamlı əzaba düçar olacaqdır”. info
التفاسير: