Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Azerbaijan - Ali Khan Musayef

Nomor Halaman:close

external-link copy
46 : 29

۞ وَلَا تُجَٰدِلُوٓاْ أَهۡلَ ٱلۡكِتَٰبِ إِلَّا بِٱلَّتِي هِيَ أَحۡسَنُ إِلَّا ٱلَّذِينَ ظَلَمُواْ مِنۡهُمۡۖ وَقُولُوٓاْ ءَامَنَّا بِٱلَّذِيٓ أُنزِلَ إِلَيۡنَا وَأُنزِلَ إِلَيۡكُمۡ وَإِلَٰهُنَا وَإِلَٰهُكُمۡ وَٰحِدٞ وَنَحۡنُ لَهُۥ مُسۡلِمُونَ

İçərilərindən zülm edənlər müstəsna olmaqla Kitab əhli ilə gözəl tərzdə mücadilə edin və (belə) deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də ilahımız, sizin də ilahınız birdir. Biz yalnız Ona təslim olanlarıq”. info
التفاسير:

external-link copy
47 : 29

وَكَذَٰلِكَ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَۚ فَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يُؤۡمِنُونَ بِهِۦۖ وَمِنۡ هَٰٓؤُلَآءِ مَن يُؤۡمِنُ بِهِۦۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلۡكَٰفِرُونَ

Biz beləcə, (bu müqəddəs) Kitabı sənə nazil etdik. Kitab verdiyimiz kimsələr də ona iman gətirirlər. Onların arasında (Məkkə əhlindən) Ona (Qurana) iman gətirənlər vardır. Bizim ayələrimizi ancaq kafirlər inkar edərlər. info
التفاسير:

external-link copy
48 : 29

وَمَا كُنتَ تَتۡلُواْ مِن قَبۡلِهِۦ مِن كِتَٰبٖ وَلَا تَخُطُّهُۥ بِيَمِينِكَۖ إِذٗا لَّٱرۡتَابَ ٱلۡمُبۡطِلُونَ

Sən bundan əvvəl nə bir kitab oxuya bilir, nə də onu sağ əlinlə yaza bilirdin. Belə olsaydı, batilə uyanlar şübhəyə düşərdilər. info
التفاسير:

external-link copy
49 : 29

بَلۡ هُوَ ءَايَٰتُۢ بَيِّنَٰتٞ فِي صُدُورِ ٱلَّذِينَ أُوتُواْ ٱلۡعِلۡمَۚ وَمَا يَجۡحَدُ بِـَٔايَٰتِنَآ إِلَّا ٱلظَّٰلِمُونَ

Əksinə, bu (Quran) elm verilmiş kəslərin sinələrində olan açıq-aydın ayələrdir. Ayələrimizi ancaq zalımlar inkar edərlər. info
التفاسير:

external-link copy
50 : 29

وَقَالُواْ لَوۡلَآ أُنزِلَ عَلَيۡهِ ءَايَٰتٞ مِّن رَّبِّهِۦۚ قُلۡ إِنَّمَا ٱلۡأٓيَٰتُ عِندَ ٱللَّهِ وَإِنَّمَآ أَنَا۠ نَذِيرٞ مُّبِينٌ

Onlar dedilər: “Bəs nə üçün Rəbbindən ona ayələr nazil edilmədi?” De: “Ayələr Allah yanındadır. Mən isə ancaq açıq-aydın xəbərdarlıq edənəm”. info
التفاسير:

external-link copy
51 : 29

أَوَلَمۡ يَكۡفِهِمۡ أَنَّآ أَنزَلۡنَا عَلَيۡكَ ٱلۡكِتَٰبَ يُتۡلَىٰ عَلَيۡهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَرَحۡمَةٗ وَذِكۡرَىٰ لِقَوۡمٖ يُؤۡمِنُونَ

Məgər onlara oxunan Kitabı sənə nazil etməyimiz onlar üçün kifayət deyilmi?! Həqiqətən, bunda iman gətirən bir qövm üçün mərhəmət və ibrət var. info
التفاسير:

external-link copy
52 : 29

قُلۡ كَفَىٰ بِٱللَّهِ بَيۡنِي وَبَيۡنَكُمۡ شَهِيدٗاۖ يَعۡلَمُ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۗ وَٱلَّذِينَ ءَامَنُواْ بِٱلۡبَٰطِلِ وَكَفَرُواْ بِٱللَّهِ أُوْلَٰٓئِكَ هُمُ ٱلۡخَٰسِرُونَ

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. O, göylərdə və yerdə olanları bilir. Batilə inanıb Allaha küfr edənlər – məhz onlar ziyana uğrayanlardır”. info
التفاسير: