Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Azerbaijan - Ali Khan Musayef

Nomor Halaman:close

external-link copy
137 : 26

إِنۡ هَٰذَآ إِلَّا خُلُقُ ٱلۡأَوَّلِينَ

Bu, yalnız əvvəlkilərin adətidir. info
التفاسير:

external-link copy
138 : 26

وَمَا نَحۡنُ بِمُعَذَّبِينَ

Biz əzaba düçar olan da deyilik”. info
التفاسير:

external-link copy
139 : 26

فَكَذَّبُوهُ فَأَهۡلَكۡنَٰهُمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

(Qövmü) onu (Hudu) yalançı saydılar. Biz də onları məhv etdik. Şübhəsiz ki, bunda bir ibrət var. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
140 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. info
التفاسير:

external-link copy
141 : 26

كَذَّبَتۡ ثَمُودُ ٱلۡمُرۡسَلِينَ

Səmud tayfası da elçiləri yalançı saydı. info
التفاسير:

external-link copy
142 : 26

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ صَٰلِحٌ أَلَا تَتَّقُونَ

O vaxt qardaşları Saleh onlara dedi: “Məgər qorxmursunuz? info
التفاسير:

external-link copy
143 : 26

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

Həqiqətən, mən sizin üçün etibar olunan bir elçiyəm. info
التفاسير:

external-link copy
144 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Allahdan qorxun və mənə itaət edin. info
التفاسير:

external-link copy
145 : 26

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ

Bunun əvəzinə sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir. info
التفاسير:

external-link copy
146 : 26

أَتُتۡرَكُونَ فِي مَا هَٰهُنَآ ءَامِنِينَ

Məgər siz burada olanların içində sərbəst buraxılacaqsınız? info
التفاسير:

external-link copy
147 : 26

فِي جَنَّٰتٖ وَعُيُونٖ

Bağlar və bulaqlar içində, info
التفاسير:

external-link copy
148 : 26

وَزُرُوعٖ وَنَخۡلٖ طَلۡعُهَا هَضِيمٞ

əkinlər və yumşaq meyvəli xurmalıqlar içində (arxayınlıqla qalacaqsınız?) info
التفاسير:

external-link copy
149 : 26

وَتَنۡحِتُونَ مِنَ ٱلۡجِبَالِ بُيُوتٗا فَٰرِهِينَ

Dağlardan məharətlə evlər yonub düzəldəcəksiniz? info
التفاسير:

external-link copy
150 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Allahdan qorxun və mənə itaət edin! info
التفاسير:

external-link copy
151 : 26

وَلَا تُطِيعُوٓاْ أَمۡرَ ٱلۡمُسۡرِفِينَ

Həddi aşanların əmrinə tabe olmayın. info
التفاسير:

external-link copy
152 : 26

ٱلَّذِينَ يُفۡسِدُونَ فِي ٱلۡأَرۡضِ وَلَا يُصۡلِحُونَ

O kəslər ki, yer üzündə fəsad törədər və islah etməzlər”. info
التفاسير:

external-link copy
153 : 26

قَالُوٓاْ إِنَّمَآ أَنتَ مِنَ ٱلۡمُسَحَّرِينَ

Onlar dedilər: “Sən yalnız sehrlənmişlərdənsən. info
التفاسير:

external-link copy
154 : 26

مَآ أَنتَ إِلَّا بَشَرٞ مِّثۡلُنَا فَأۡتِ بِـَٔايَةٍ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Sən də bizim kimi bir insansan. Əgər doğru danışanlardansansa, bizə bir ayə gətir”. info
التفاسير:

external-link copy
155 : 26

قَالَ هَٰذِهِۦ نَاقَةٞ لَّهَا شِرۡبٞ وَلَكُمۡ شِرۡبُ يَوۡمٖ مَّعۡلُومٖ

(Saleh) dedi: “(Ayə) bu dişi dəvədir! Onun da, sizin də müəyyən edilmiş vaxtlarda su içmək haqqınız vardır. (Bir gün o su içməli, bir gün də siz su içməlisiniz). info
التفاسير:

external-link copy
156 : 26

وَلَا تَمَسُّوهَا بِسُوٓءٖ فَيَأۡخُذَكُمۡ عَذَابُ يَوۡمٍ عَظِيمٖ

Ona heç bir pislik etməyin, yoxsa böyük günün əzabı sizi yaxalayar”. info
التفاسير:

external-link copy
157 : 26

فَعَقَرُوهَا فَأَصۡبَحُواْ نَٰدِمِينَ

Onlar dəvəni kəsdilər, sonra da peşman oldular. info
التفاسير:

external-link copy
158 : 26

فَأَخَذَهُمُ ٱلۡعَذَابُۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Əzab onları yaxaladı. Şübhəsiz ki, bunda bir ibrət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
159 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Həqiqətən, sənin Rəbbin Qüdrətlidir, Rəhmlidir. info
التفاسير: