Terjemahan makna Alquran Alkarim - Terjemahan Berbahasa Azerbaijan - Ali Khan Musayef

Nomor Halaman:close

external-link copy
94 : 2

قُلۡ إِن كَانَتۡ لَكُمُ ٱلدَّارُ ٱلۡأٓخِرَةُ عِندَ ٱللَّهِ خَالِصَةٗ مِّن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ

De: “Əgər Allah yanında Axirət yurdu digər insanlara deyil, yalnız sizin üçün hazırlanıbsa və bu (iddianızda) doğrusunuzsa, onda (özünüzə) ölüm diləyin!” info
التفاسير:

external-link copy
95 : 2

وَلَن يَتَمَنَّوۡهُ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ

Onlar öz əlləri ilə etdikləri əməllərə görə heç vaxt ölüm diləməyəcəklər. Allah zalımları tanıyır. info
التفاسير:

external-link copy
96 : 2

وَلَتَجِدَنَّهُمۡ أَحۡرَصَ ٱلنَّاسِ عَلَىٰ حَيَوٰةٖ وَمِنَ ٱلَّذِينَ أَشۡرَكُواْۚ يَوَدُّ أَحَدُهُمۡ لَوۡ يُعَمَّرُ أَلۡفَ سَنَةٖ وَمَا هُوَ بِمُزَحۡزِحِهِۦ مِنَ ٱلۡعَذَابِ أَن يُعَمَّرَۗ وَٱللَّهُ بَصِيرُۢ بِمَا يَعۡمَلُونَ

Onları insanlar içində dünya həyatına, hətta müşriklərdən də daha çox həris olduqlarını görərsən. Onlardan hər biri min il yaşamağını istər. Halbuki uzun ömür belə onu əzabdan uzaqlaşdırmaz. Allah onların nə etdiklərini görür. info
التفاسير:

external-link copy
97 : 2

قُلۡ مَن كَانَ عَدُوّٗا لِّـجِبۡرِيلَ فَإِنَّهُۥ نَزَّلَهُۥ عَلَىٰ قَلۡبِكَ بِإِذۡنِ ٱللَّهِ مُصَدِّقٗا لِّمَا بَيۡنَ يَدَيۡهِ وَهُدٗى وَبُشۡرَىٰ لِلۡمُؤۡمِنِينَ

De: “Cəbrailə düşmən olan kəs (bilsin ki,) Allahın izni ilə (Quranı) özündən əvvəlkiləri təsdiqləyən, möminlərə doğru yol göstərən və müjdə verən (bir kitab) olaraq sənin qəlbinə o nazil etmişdir”. info
التفاسير:

external-link copy
98 : 2

مَن كَانَ عَدُوّٗا لِّلَّهِ وَمَلَٰٓئِكَتِهِۦ وَرُسُلِهِۦ وَجِبۡرِيلَ وَمِيكَىٰلَ فَإِنَّ ٱللَّهَ عَدُوّٞ لِّلۡكَٰفِرِينَ

Kim Allaha, Onun mələklərinə və elçilərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz ki, Allah da kafirlərə düşməndir. info
التفاسير:

external-link copy
99 : 2

وَلَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكَ ءَايَٰتِۭ بَيِّنَٰتٖۖ وَمَا يَكۡفُرُ بِهَآ إِلَّا ٱلۡفَٰسِقُونَ

Biz sənə açıq-aydın ayələr nazil etdik, onları yalnız fasiqlər inkar edərlər. info
التفاسير:

external-link copy
100 : 2

أَوَكُلَّمَا عَٰهَدُواْ عَهۡدٗا نَّبَذَهُۥ فَرِيقٞ مِّنۡهُمۚ بَلۡ أَكۡثَرُهُمۡ لَا يُؤۡمِنُونَ

Onlar hər dəfə əhd bağladıqda, içərilərindən bir dəstə onu pozmadımı? Doğrusu, onların çoxu (buna) iman gətirməz. info
التفاسير:

external-link copy
101 : 2

وَلَمَّا جَآءَهُمۡ رَسُولٞ مِّنۡ عِندِ ٱللَّهِ مُصَدِّقٞ لِّمَا مَعَهُمۡ نَبَذَ فَرِيقٞ مِّنَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ كِتَٰبَ ٱللَّهِ وَرَآءَ ظُهُورِهِمۡ كَأَنَّهُمۡ لَا يَعۡلَمُونَ

Onlara Allah tərəfindən özlərində olanı təsdiqləyən bir elçi gəldikdə, Kitab verilənlərdən bir dəstə guya (həqiqəti) bilmirmiş kimi Allahın Kitabına arxa çevirdi. info
التفاسير: