Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke bahasa Azeri

əl-Cumuə

Tujuan Pokok Surah Ini:
الامتنان على الأمة وتفضيلها برسولها، وبيان فضل يوم الجمعة.
Bu ümmətin öz Rəsulu -səllallahu aleyhi və səlləm- sayəsində digərlərindən üstün olduğunu onlara bildirmək və cümə gününün fəzilətini bəyan etmək. info

external-link copy
1 : 62

يُسَبِّحُ لِلَّهِ مَا فِي ٱلسَّمَٰوَٰتِ وَمَا فِي ٱلۡأَرۡضِ ٱلۡمَلِكِ ٱلۡقُدُّوسِ ٱلۡعَزِيزِ ٱلۡحَكِيمِ

Göylərdə və yerdə olan məxluqatın hamısı Allahın bütün naqis sifətlərdən uzaq olduğunu və Onun pak və müqəddəs olduğuna şahidlik edirlər. O, mülkün sahibi olan yeganə hökmdar, hər bir nöqsandan uzaq olan müqəddəs, heç kəsin məğlub edə bilmədiyi qüdrətli, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibi olan Allahdır. info
التفاسير:

external-link copy
2 : 62

هُوَ ٱلَّذِي بَعَثَ فِي ٱلۡأُمِّيِّـۧنَ رَسُولٗا مِّنۡهُمۡ يَتۡلُواْ عَلَيۡهِمۡ ءَايَٰتِهِۦ وَيُزَكِّيهِمۡ وَيُعَلِّمُهُمُ ٱلۡكِتَٰبَ وَٱلۡحِكۡمَةَ وَإِن كَانُواْ مِن قَبۡلُ لَفِي ضَلَٰلٖ مُّبِينٖ

Yazıb-oxumaq bilməyən ərəblərə özlərindən peyğəmbər göndərən Odur. Peyğəmbər onlara Allahın ona nazil etdiyi ayələrini oxuyar, onları küfrdən və pis əxlaqdan təmizləyər, onlara Quranı və sünnəni öyrədər. Halbuki o, onlara peyğəmbər göndərilməmişdən əvvəl açıq-aydın haqdan azmış idilər. Belə ki, həmin vaxt onlar bütlərə ibadət edir, bir-birinin qanını tökür və qohumluq əlaqələrini kəsirdilər. info
التفاسير:

external-link copy
3 : 62

وَءَاخَرِينَ مِنۡهُمۡ لَمَّا يَلۡحَقُواْ بِهِمۡۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Allah bu peyğəmbəri hələ müsəlmanlara qoşulmamış başqalarına - ərəblərdən və əcəmlərdən olan qövmlərə də elçi göndərmişdir. Tezliklə onlar da müsəlmanlara qoşulacaqlar. O, qüdrətlidir, heç kəs Ona məğlub edə bilməz. O, yaratmaq, şəri qanunları qoymaq və qədəri yazmaq xüsusunda hikmət sahibidir. info
التفاسير:

external-link copy
4 : 62

ذَٰلِكَ فَضۡلُ ٱللَّهِ يُؤۡتِيهِ مَن يَشَآءُۚ وَٱللَّهُ ذُو ٱلۡفَضۡلِ ٱلۡعَظِيمِ

Bu zikr edilən - Peyğəmbərin ərəblərə və əcəmlərə elçi göndərilməsi Allahın lütfüdür, onu istədiyinə verir. Allah böyük lütf sahibidir. Allahın bu ümmətin rəsulunu bütün insanlara peyğəmbər göndərməsi də Onun böyük lütfündəndir. info
التفاسير:

external-link copy
5 : 62

مَثَلُ ٱلَّذِينَ حُمِّلُواْ ٱلتَّوۡرَىٰةَ ثُمَّ لَمۡ يَحۡمِلُوهَا كَمَثَلِ ٱلۡحِمَارِ يَحۡمِلُ أَسۡفَارَۢاۚ بِئۡسَ مَثَلُ ٱلۡقَوۡمِ ٱلَّذِينَ كَذَّبُواْ بِـَٔايَٰتِ ٱللَّهِۚ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّٰلِمِينَ

Özlərinə Tövratda yazılanlara əməl etmək buyurulduqdan sonra ona əməl etməyən yəhudilər, belində böyük kitablar daşıyan, amma daşıdığının nə olduğunu - kitab yoxsa başqa bir şey oduğunu bilməyən uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan qövmün məsəli necə də pisdir. Allah zalım qövmü haqq yola müvəffəq etməz. info
التفاسير:

external-link copy
6 : 62

قُلۡ يَٰٓأَيُّهَا ٱلَّذِينَ هَادُوٓاْ إِن زَعَمۡتُمۡ أَنَّكُمۡ أَوۡلِيَآءُ لِلَّهِ مِن دُونِ ٱلنَّاسِ فَتَمَنَّوُاْ ٱلۡمَوۡتَ إِن كُنتُمۡ صَٰدِقِينَ

Ey Peyğəmbər! De: “Ey təhrif edilmiş yəhudilikdə qalmış kimsələr! Əgər siz insanlar arasında ancaq özünüzün Allahın dostları olduğunuzu iddia edirsinizsə və bu iddianız doğrudursa, onda özünüzə ölüm diləyin ki, iddianıza görə Allahın sizə məxsus etdiyi kəramətə tezliklə nail olasınız”. info
التفاسير:

external-link copy
7 : 62

وَلَا يَتَمَنَّوۡنَهُۥٓ أَبَدَۢا بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّٰلِمِينَ

Onlar küfr, asilik və zülm etdiklərinə, həmçinin, Tövratı təhrif etdiklərinə və onu dəyişdirdiklərinə görə ölümü əsla diləməzlər, əksinə, dünyada əbədi olaraq yaşamaq istəyərlər. Allah zalımları tanıyır, onların əməllərindən heç bir şey Allaha gizli qalmaz. Allah onlara əməllərinin cəzasını verəcəkdir. info
التفاسير:

external-link copy
8 : 62

قُلۡ إِنَّ ٱلۡمَوۡتَ ٱلَّذِي تَفِرُّونَ مِنۡهُ فَإِنَّهُۥ مُلَٰقِيكُمۡۖ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمۡ تَعۡمَلُونَ

Ey Peyğəmbər! O yəhudilərə belə de: “Qaçdığınız ölüm istər tez, istər gec, sizi mütləq haqlayacaqdır. Sonra qiyamət günü siz qeybi və aşkarı bilən Allahın hüzuruna qaytarılacaqsınız. Qeybdə və aşkarda olan heç bir şey Allaha gizli qalmaz. O, sizə dünyada etdiyiniz əməlləriniz barədə xəbər verəcək və sizə etdiklərinizin əvəzini verəcəkdir”. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• عظم منة النبي صلى الله عليه وسلم على البشرية عامة وعلى العرب خصوصًا، حيث كانوا في جاهلية وضياع.
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) ümumən bütün bəşəriyyətə, xüsusən də ərəblərə olan lütfünün əzəmətli olması. Çünki insanlar Peyğəmbər (səllallahu aleyhi və səlləm) göndərilməzdən öncə cəhalət və azğınlıq içində idilər. info

• الهداية فضل من الله وحده، تطلب منه وتستجلب بطاعته.
Hidayət yalnız Allahın bəxş etdiyi fəzilətdir. O yalnız Allahdan istənilir və yalnız Ona itaət etməklə əldə edilir. info

• تكذيب دعوى اليهود أنهم أولياء الله؛ بتحدّيهم أن يتمنوا الموت إن كانوا صادقين في دعواهم لأن الولي يشتاق لحبيبه.
Yəhudilərin Allahın dostları olduğu iddialarının yalan sayılması. Əgər həqiqətən də bu iddiaları doğrudursa, elə isə qoy özlərinə ölüm arzulasınlar. Çünki dost, sevdiyi dostla görüşmək arzusunda olar. info