Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke bahasa Azeri

Nomor Halaman:close

external-link copy
102 : 4

وَإِذَا كُنتَ فِيهِمۡ فَأَقَمۡتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلۡتَقُمۡ طَآئِفَةٞ مِّنۡهُم مَّعَكَ وَلۡيَأۡخُذُوٓاْ أَسۡلِحَتَهُمۡۖ فَإِذَا سَجَدُواْ فَلۡيَكُونُواْ مِن وَرَآئِكُمۡ وَلۡتَأۡتِ طَآئِفَةٌ أُخۡرَىٰ لَمۡ يُصَلُّواْ فَلۡيُصَلُّواْ مَعَكَ وَلۡيَأۡخُذُواْ حِذۡرَهُمۡ وَأَسۡلِحَتَهُمۡۗ وَدَّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ تَغۡفُلُونَ عَنۡ أَسۡلِحَتِكُمۡ وَأَمۡتِعَتِكُمۡ فَيَمِيلُونَ عَلَيۡكُم مَّيۡلَةٗ وَٰحِدَةٗۚ وَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِن كَانَ بِكُمۡ أَذٗى مِّن مَّطَرٍ أَوۡ كُنتُم مَّرۡضَىٰٓ أَن تَضَعُوٓاْ أَسۡلِحَتَكُمۡۖ وَخُذُواْ حِذۡرَكُمۡۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلۡكَٰفِرِينَ عَذَابٗا مُّهِينٗا

Ey Peyğəmbər! Düşmənlə döyüş vaxtı ordunun içərisində olub onlara namaz qıl­dır­maq istədikdə, ordunu iki qisimə böl: onla­rdan bir dəs­tə­səninlə birlikdə namaz qılsın, namazda silahla­rını da özləri ilə gö­tür­sün­lər. İkinci dəstə isə sizin müdafiənizdə dursun. Birinci dəstə imamla birgə bir rükət qıldıqdan sonra, namazın qalan rükərlərini özləri ayrıca tamamlasınlar. Bun­lar namaz qıldıqları zaman o biri dəs­tə düşmən tərəfdə arxa­nızda olsun. Sonra müdafiədə duran, na­ma­zını qıl­ma­mış digər dəstə gəlib imamla bir­lik­də bir rükət na­maz qılsın, imam salam verdikdən sonra isə namazlarının qalan hissəsini özləri tamamlasınlar, düşmənlərindən ehtiyat­la­rı­nı tutsunlar və silah­la­rını da özləri ilə götürsünlər. Ka­fir­lər is­tərlər ki, siz namaz qıldığınız zaman silah­ları­nız­dan və əşyalarınızdan xəbər­siz ola­sınız və onlar da sizin üzəri­nizə bircə dəfə həmlə et­sinlər və siz xəbərsiz ikən si­zi məğlub et­sin­lər. Ya­ğış­, xəstəlik və s. bu kimi səbəblərdən əziy­yət çəkdiyiniz zaman si­lahlarınızı özünüzlə götürməyib yerə qoymaqda sizə günah yoxdur. Bacardığınız qədər düşməninizdən eh­ti­yatınızı əldən vermə­yin. Şüb­hə­siz ki, Allah kafirlər üçün onları alçaldan bir əzab hazırlamışdır. info
التفاسير:

external-link copy
103 : 4

فَإِذَا قَضَيۡتُمُ ٱلصَّلَوٰةَ فَٱذۡكُرُواْ ٱللَّهَ قِيَٰمٗا وَقُعُودٗا وَعَلَىٰ جُنُوبِكُمۡۚ فَإِذَا ٱطۡمَأۡنَنتُمۡ فَأَقِيمُواْ ٱلصَّلَوٰةَۚ إِنَّ ٱلصَّلَوٰةَ كَانَتۡ عَلَى ٱلۡمُؤۡمِنِينَ كِتَٰبٗا مَّوۡقُوتٗا

Ey Möminlər! Namaz qılıb qurtardıqdan son­­ra ayaq üstə olanda da, otu­ran­da da, uza­nanda və hər bir halınızda da, Allahın şəninə Sübhanallah, Əlhəmdulləh və Lə iləhə illə Allah deyərək Allahı yad edin. Qorxu sovuşduqda və arxayın olduqda isə, namazı sizə əmr edildiyi qaydada rükunlarını, vaciblərini və müstəhəblərini yerinə yetirərək tam şəkildə qı­lın. Çün­ki namaz mömin­lərə müəyyən olunmuş vaxtlarda fərz edilmişdir. Yerli olduqda namazları üzürsüz olaraq vaxtından gec qılmaq caiz deyildir. Səfərdə olduqda isə namazları cəm edib, qısa qılmaq icazəlidir. info
التفاسير:

external-link copy
104 : 4

وَلَا تَهِنُواْ فِي ٱبۡتِغَآءِ ٱلۡقَوۡمِۖ إِن تَكُونُواْ تَأۡلَمُونَ فَإِنَّهُمۡ يَأۡلَمُونَ كَمَا تَأۡلَمُونَۖ وَتَرۡجُونَ مِنَ ٱللَّهِ مَا لَا يَرۡجُونَۗ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمًا

Ey Möminlər! Kafirlərdən olan düşməninizi təqib et­mək­də tənbəllik edib zə­iflik göstərməyin. Əgər siz dö­yüşdə ölüm və ya yaraya görə ağrı-acı çəkir­si­niz­sə, on­lar da sizin ağrı-acı çəkdiyiniz kimi ağrı-acı çəkir və sizə baş verən müsibət onlarada baş verir. Elə isə onların səbri sizin səbrinizdən böyük olmasın. Çünki siz Allahdan, on­la­rın nail olmadıqları savaba, köməyə və yardıma nail olursunuz. Allah Öz qullarının halınıdan xəbərdardır və O, işlərində və şəri hökmlərində hikmət sahibidir! info
التفاسير:

external-link copy
105 : 4

إِنَّآ أَنزَلۡنَآ إِلَيۡكَ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِتَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ بِمَآ أَرَىٰكَ ٱللَّهُۚ وَلَا تَكُن لِّلۡخَآئِنِينَ خَصِيمٗا

Ey Peyğəmbər! Həqiqətən, Biz sənə Quranı haqqı özündə cəm etmiş bir halda nazil etdik ki, insanlar arasında şəxsi rəyin və ya öz istəyinlə deyil, Allahın sənə öyrətdiyi və sənə ilham etdiyi kimi hökm verəsən. Odur ki, özlərinə və onlara verilən əmanətlərə xəyanət edən xainləri, onlardan haqqını tələb edənlərdən müdafiə edərək, tərəfini tutma. info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• استحباب صلاة الخوف وبيان أحكامها وصفتها.
• Qorxu namazının icazəli olması və bu namazın hökmlərinin və qılınma qaydasının bəyanı. info

• الأمر بالأخذ بالأسباب في كل الأحوال، وأن المؤمن لا يعذر في تركها حتى لو كان في عبادة.
• Bütün hallarda səbəblərdən tutmaqın əmr edilməsi və möminin, hətta ibadətdə olsa belə səbəbləri tərk etdiyinə görə üzürlü hesab edilməməsi. info

• مشروعية دوام ذكر الله تعالى على كل حال، فهو حياة القلوب وسبب طمأنينتها.
• Hər bir halda, daimi olaraq, uca Allahı yad etməyin icazəli olması. Çünki Allahı yad etmək qəlblərin həyatı və rahatlığı üçün səbəbdir. info

• النهي عن الضعف والكسل في حال قتال العدو، والأمر بالصبر على قتاله.
• Düşmənlə döyüş zamanı zəyiflik və acizlik göstərməkdən çəkindirmək və döyüşdə səbirli olmağı əmr etmək. info