Terjemahan makna Alquran Alkarim - Terjemahan Al-Mukhtaṣar fī Tafsīr Al-Qur`ān Al-Karīm ke bahasa Azeri

Nomor Halaman:close

external-link copy
191 : 2

وَٱقۡتُلُوهُمۡ حَيۡثُ ثَقِفۡتُمُوهُمۡ وَأَخۡرِجُوهُم مِّنۡ حَيۡثُ أَخۡرَجُوكُمۡۚ وَٱلۡفِتۡنَةُ أَشَدُّ مِنَ ٱلۡقَتۡلِۚ وَلَا تُقَٰتِلُوهُمۡ عِندَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ حَتَّىٰ يُقَٰتِلُوكُمۡ فِيهِۖ فَإِن قَٰتَلُوكُمۡ فَٱقۡتُلُوهُمۡۗ كَذَٰلِكَ جَزَآءُ ٱلۡكَٰفِرِينَ

Onlara harada rast gəlsəniz, öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın. Bu yer Məkkədir. Möminləri Allaha ibadət etməyə mane olub və onları yenidən küfrə qayıtmaları üçün onlara əzab-əziyyət vermək insan qətlə yetirməkdən də daha pisdir. Onlar sizinlə Məscidulharamın yanında döyüşə başlamayınca, siz də Məscidulharama təzim əlaməti olaraq onlarla orada döyüşə başlamayın. Əgər sizinlə Məscidulharamda döyüşə başlayarlarsa vuruşsalar, bu zaman onları öldürün. Belə bir cəza - bu, onların Məscidulharamda həddlərini aşdığına görə onları öldürməkdir - kafirlərin cəzası olur. info
التفاسير:

external-link copy
192 : 2

فَإِنِ ٱنتَهَوۡاْ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ

Əgər onlar sizinlə döyüşməyə və öz küfr əməllərinə son qoysalar, siz də onlardan əl çəkin. Həqiqətən, Allah, Ona tövbə edənin tövbəsini qəbul edib onu bağışlayar və onların keçmişdə etdikləri əməllərə görə onlara əzab verməz. Allah qullarına rəhmlidir onlara əzabı tezləşdirməz! info
التفاسير:

external-link copy
193 : 2

وَقَٰتِلُوهُمۡ حَتَّىٰ لَا تَكُونَ فِتۡنَةٞ وَيَكُونَ ٱلدِّينُ لِلَّهِۖ فَإِنِ ٱنتَهَوۡاْ فَلَا عُدۡوَٰنَ إِلَّا عَلَى ٱلظَّٰلِمِينَ

Kafirlərlə, Allaha şərik qoşmayınca, insanları Allahın yolundan mane olmayınca, küfr etməyincə və zahir din yalnız Allahın dini olmayıncaya qədər onlarla vuruşun! Əgər öz küfrlərinə və insanları Allah yolundan mane olmağa son qoysalar, bu zaman onlarla döyüşməkdən əl çəkin, çünki düşmənçilik ancaq küfr edən və insanları Allah yolundan mane olan zalımlara qarşı olur. info
التفاسير:

external-link copy
194 : 2

ٱلشَّهۡرُ ٱلۡحَرَامُ بِٱلشَّهۡرِ ٱلۡحَرَامِ وَٱلۡحُرُمَٰتُ قِصَاصٞۚ فَمَنِ ٱعۡتَدَىٰ عَلَيۡكُمۡ فَٱعۡتَدُواْ عَلَيۡهِ بِمِثۡلِ مَا ٱعۡتَدَىٰ عَلَيۡكُمۡۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ مَعَ ٱلۡمُتَّقِينَ

Allahın sizi hicrətin 7-ci ilində Məscidulharama daxil olub, ümrə ziyarətini əda etməyi imkan verdiyi haram ayı, müşriklər hicrətin 6-cı ilində sizi Məscidulharama daxil olmanıza mane olduqları haram ayının müqabilidir. Məkkə şəhərinin, haram ayının və ehramın haram olması kimi - haramları da pozmağın cəzası, həddini aşanlardan qisas almaqdır. Kim sizə qarşı bu aylarda həddini aşarsa, siz də onun mislində cavab verin və cavab verdikdə həddinizi aşmayın, çünki Allah həddini aşanları sevməz. Allahın sizə izin verdiyi işlərdə həddinizi aşmaqdan qorxun. Bilin ki, Allah, müvəffəq və yardım etməklə Ondan qorxan qulları ilə birgədir. info
التفاسير:

external-link copy
195 : 2

وَأَنفِقُواْ فِي سَبِيلِ ٱللَّهِ وَلَا تُلۡقُواْ بِأَيۡدِيكُمۡ إِلَى ٱلتَّهۡلُكَةِ وَأَحۡسِنُوٓاْۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُحۡسِنِينَ

Malı, cihad və s. bu kimi Allaha itaət olan işlərdə xərcləyin. Cihadı və bu yolda mal xərcləməyi tərk edərək yaxud özünüzü, sizin məhvinizə səbəb olan təhlükəyə ataraq özünüzü ölümə atmayın. İbadətlərinizdə, davranışınızda və əxlaqınızda yaxşılıq edin! Şübhəsiz ki, Allah, hər bir işində yaxşılıq edənləri sevər, onların savabını çoxaldar və onları doğru yola müvəffəq edər. info
التفاسير:

external-link copy
196 : 2

وَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذٗى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٞ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٖۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٞ كَامِلَةٞۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ

Uca Allahın razılığını qazanmaq üçün həcc və ümrə əməllərinin hər ikisini tam yerinə yetirin. Əgər siz, xəstəlik üzündən, yaxud düşmənə görə və ya başqa səbəbdən dolayı həcc və ya ümrə əməllərini yerinə yetirə bilməsəniz, o zaman ehramdan çıxmanız üçün imkan daxilində - dəvə, yaxud inək, yaxud da qoyun- qurban kəsməlisiniz. Qurbanlıq, kəsilməsi lazım olan yerinə çatana qədər başınızı qırxmayın va ya saçınızı qısaltmayın. Əgər kiməsə Məscidulharama daxil olmağa mane olunarsa, onda qoy qurbanı, mane olunduğu yerdə kəssin. Əgər Məscidulharama daxil olmağa mane olunmasa, qoy qurbanını bayram və ya təşriq günülərində kəssin. Sizlərdən xəstə və ya saçında bit olduğu üçün əziyyət çəkən varsa və bu səbəbdən başını qırxsa ona günah yazılmaz. Lakin həmin kimsə fidyə olaraq ya üç gün oruc tutmalı, ya Məscidulharamdakı miskinlərdən altı miskini doydurmalı, ya da bir qoyun kəsib Məscidulharamdakı fəqirlərə paylamalıdır. Əmin olduğunuz təqdirdə həcc aylarında ümrə ibadətini yerinə yetirib, həmin ilin həccinə qədər ehramda özünə haram olunanlardan istifadə edən kəs, imkan daxilində bir qoyun yaxud da yeddi nəfərə bir dəvə və ya bir inək qurban kəssin. Qurban kəsməyə maddi imkanı olmayan isə qurbanlıqın əvəzi olaraq həcc günlərində üç gün, ailəsinə döndükdən sonra isə yeddi gün oruc tutmalıdır. Beləliklə, bunların hamısı kamil on gün edər. Təməttü həcci edən kimsənin qurban kəsməsi və qurban kəsməyə maddi imkanı olmadığı təqdir də isə oruc tutmasının vacib olması hökmü, Məscidulharamda və ya Məscidulharama yaxın yerdə sakin olmayanlara aiddir. Allahın şəriətinə tabe olaraq və qoyduğu hüdudlara hörmətlə yanaşaraq Ondan qorxun. Bilin ki, Allahın əmrinə müxalif olan kimsəyə Allahın əzabı şiddətlidir.
info
التفاسير:
Beberapa Faedah Ayat-ayat di Halaman Ini:
• مقصود الجهاد وغايته جَعْل الحكم لله تعالى وإزالة ما يمنع الناس من سماع الحق والدخول فيه.
• Cihadın məqsədi və bunda olan qayə, yer üzərində Uca Allahın hökmünü bərqərar etmək və insanların haqqı eşidmələrinə və haqqı qəbul etmələrinə mane olan hər bir şey aradan qaldırmaqdır. info

• ترك الجهاد والقعود عنه من أسباب هلاك الأمة؛ لأنه يؤدي إلى ضعفها وطمع العدو فيها.
• Cihadı tərk etmək və cihad etməmək, ümmətin həlak olma səbəblərindən biridir, çünki cihadı tərk etmək ümmətin zəyifləməsi və düşmənlərin tamah etməsi ilə nəticələnir. info

• وجوب إتمام الحج والعمرة لمن شرع فيهما، وجواز التحلل منهما بذبح هدي لمن مُنِع عن الحرم.
• Həcc və ümrə ibadətinə başlayan insanın bu ibadəti axıra qədər bütün əməllərini tamamlamağın vacib olması və Məscidulharama yaxınlaşmağa mane olunan kimsənin qurban kəsərək ehramdan çıxmasının caiz olması. info