क़ुरआन के अर्थों का अनुवाद - पवित्र क़ुरआन की संक्षिप्त व्याख्या का अज़ेरी अनुवाद

external-link copy
26 : 32

أَوَلَمۡ يَهۡدِ لَهُمۡ كَمۡ أَهۡلَكۡنَا مِن قَبۡلِهِم مِّنَ ٱلۡقُرُونِ يَمۡشُونَ فِي مَسَٰكِنِهِمۡۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٍۚ أَفَلَا يَسۡمَعُونَ

Məgər onlar kordular, görmürlər ki, keçmiş ümmətlərdən neçə-neçə insanları məhv etmişik?! Onlar həlak olmamışdan əvvəl öz yurdlarında gəzib-dolaşır və öz hallarından ibrət almırdılar. Həqiqətən, o ümmətlərin küfr və asiliklər etdiklərinə görə başlarına gəlmiş müsibətlərdə, Allah tərəfindən onlara göndərilmiş peyğəmbərlərin dediklərinin doğru olduğuna dair dəlillər vardır. Məgər Allahın ayələrini yalan sayan o günahkarlar deyilənləri eşidib ibrət almırlar?! info
التفاسير:
इस पृष्ठ की आयतों से प्राप्त कुछ बिंदु:
• عذاب الكافر في الدنيا وسيلة لتوبته.
Dünyada kafirə verilən əzab, onun tövbə etməsi üçün vəsilədir. info

• ثبوت اللقاء بين نبينا صلى الله عليه وسلم وموسى عليه السلام ليلة الإسراء والمعراج.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) ilə Musanın (aleyhissəlam) İsra və merac gecəsində görüşməsinin isbatı. info

• الصبر واليقين صفتا أهل الإمامة في الدين.
Səbir etmək və yəqinliklə iman gətirmək, dində öndə gedən rəhbərlərin vəsfləridir. info