કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝરબૈજાની ભાષામાં અનુવાદ - અલી ખાન મૂસાઈફ

પેજ નંબર: 110:106 close

external-link copy
18 : 5

وَقَالَتِ ٱلۡيَهُودُ وَٱلنَّصَٰرَىٰ نَحۡنُ أَبۡنَٰٓؤُاْ ٱللَّهِ وَأَحِبَّٰٓؤُهُۥۚ قُلۡ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُمۖ بَلۡ أَنتُم بَشَرٞ مِّمَّنۡ خَلَقَۚ يَغۡفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُۚ وَلِلَّهِ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ وَمَا بَيۡنَهُمَاۖ وَإِلَيۡهِ ٱلۡمَصِيرُ

Yəhudilər və nəsranilər: “Biz Allahın oğulları və sevimliləriyik”– dedilər. De: “Elə isə (Allah) sizə nə üçün günahlarınıza görə əzab verir? Əksinə, siz Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların mülkü Allaha məxsusdur. Dönüş də yalnız Onadır. info
التفاسير:

external-link copy
19 : 5

يَٰٓأَهۡلَ ٱلۡكِتَٰبِ قَدۡ جَآءَكُمۡ رَسُولُنَا يُبَيِّنُ لَكُمۡ عَلَىٰ فَتۡرَةٖ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُواْ مَا جَآءَنَا مِنۢ بَشِيرٖ وَلَا نَذِيرٖۖ فَقَدۡ جَآءَكُم بَشِيرٞ وَنَذِيرٞۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Ey Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi bir dövrdə: “Bizə (Cənnətlə) müjdələyən və (Cəhənnəmlə) qorxudan kimsə gəlmədi”– deməyəsiniz deyə, sizə (haqqı) bəyan edən rəsulumuz (Muhamməd) gəldi. Artıq sizə müjdələyən və qorxudan bir peyğəmbər gəlmişdir. Allah hər şeyə qadirdir. info
التفاسير:

external-link copy
20 : 5

وَإِذۡ قَالَ مُوسَىٰ لِقَوۡمِهِۦ يَٰقَوۡمِ ٱذۡكُرُواْ نِعۡمَةَ ٱللَّهِ عَلَيۡكُمۡ إِذۡ جَعَلَ فِيكُمۡ أَنۢبِيَآءَ وَجَعَلَكُم مُّلُوكٗا وَءَاتَىٰكُم مَّا لَمۡ يُؤۡتِ أَحَدٗا مِّنَ ٱلۡعَٰلَمِينَ

Bir zaman Musa öz qövmünə (belə) demişdi: “Ey qövmüm! Allahın sizə olan nemətini xatırlayın. O, sizin aranızdan peyğəmbərlər seçdi, sizi hökmdarlar təyin etdi və aləmlərdən heç kəsə vermədiyini sizə verdi. info
التفاسير:

external-link copy
21 : 5

يَٰقَوۡمِ ٱدۡخُلُواْ ٱلۡأَرۡضَ ٱلۡمُقَدَّسَةَ ٱلَّتِي كَتَبَ ٱللَّهُ لَكُمۡ وَلَا تَرۡتَدُّواْ عَلَىٰٓ أَدۡبَارِكُمۡ فَتَنقَلِبُواْ خَٰسِرِينَ

Ey qövmüm! Allahın sizin üçün təyin etdiyi müqəddəs torpağa daxil olun və geri dönməyin, yoxsa ziyana uğrayaraq geri dönmüş olarsız”. info
التفاسير:

external-link copy
22 : 5

قَالُواْ يَٰمُوسَىٰٓ إِنَّ فِيهَا قَوۡمٗا جَبَّارِينَ وَإِنَّا لَن نَّدۡخُلَهَا حَتَّىٰ يَخۡرُجُواْ مِنۡهَا فَإِن يَخۡرُجُواْ مِنۡهَا فَإِنَّا دَٰخِلُونَ

Onlar dedilər: “Ey Musa! Orada çox qüvvətli adamlar vardır. Onlar oradan çıxmayınca, biz əsla oraya daxil olmayacağıq. Əgər onlar oradan çıxsalar, biz daxil olarıq”. info
التفاسير:

external-link copy
23 : 5

قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِمَا ٱدۡخُلُواْ عَلَيۡهِمُ ٱلۡبَابَ فَإِذَا دَخَلۡتُمُوهُ فَإِنَّكُمۡ غَٰلِبُونَۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓاْ إِن كُنتُم مُّؤۡمِنِينَ

(Allahdan) qorxanlar arasından Allahın nemət verdiyi iki kişi dedi: “Onların üzərinə (şəhər) qapısından daxil olun. Əgər siz oradan daxil olsanız, mütləq qalib gələrsiniz. Əgər möminsinizsə, Allaha təvəkkül edin!” info
التفاسير: