કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝેરિયહ ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ

પેજ નંબર:close

external-link copy
17 : 79

ٱذۡهَبۡ إِلَىٰ فِرۡعَوۡنَ إِنَّهُۥ طَغَىٰ

Allah Musaya belə buyurdu: "Fironun yanına get! Həqiqətən də, o, zülm və təkəbbürlükdə həddi aşmışdır". info
التفاسير:

external-link copy
18 : 79

فَقُلۡ هَل لَّكَ إِلَىٰٓ أَن تَزَكَّىٰ

"Ona de: "Ey Firon! Küfrdən və günahlardan təmizlənmək istəyirsənmi?" info
التفاسير:

external-link copy
19 : 79

وَأَهۡدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخۡشَىٰ

Səni, səni yaradan və sənin qeydinə qalan Rəbbinə tərəf yönəldimmi ki, Ondan qorxub Onu razı salacaq əməllər edəsən və Onu qəzəbə gətirəcək işlərdən çəkinəsən? info
التفاسير:

external-link copy
20 : 79

فَأَرَىٰهُ ٱلۡأٓيَةَ ٱلۡكُبۡرَىٰ

Musa (aleyhissəlam) Rəbbi tərəfindən göndərilmiş elçi olduğuna dəlalət edən ən əzəmətli əlaməti Firona göstərdi: bu da, əlin ağappaq olması və əsanın ilana çevrilməsidir. info
التفاسير:

external-link copy
21 : 79

فَكَذَّبَ وَعَصَىٰ

Firon isə sadəcə bu əlamətləri yalan saydı və Musanın (aleyhissəlam) ona əmr etdiyinə asi oldu. info
التفاسير:

external-link copy
22 : 79

ثُمَّ أَدۡبَرَ يَسۡعَىٰ

Sonra asilik edərək və haqdan üz döndərərək, Musanın -Aleyhissəlam- təbliğ etdiyinə iman gətirməkdən üz çevirdi.
info
التفاسير:

external-link copy
23 : 79

فَحَشَرَ فَنَادَىٰ

Öz qövmünü və tabeçiliyində olanları bir yerə toplayıb, Musaya - Aleyhissəlam- qalib gəlmək üçün onlara belə səsləndi:
info
التفاسير:

external-link copy
24 : 79

فَقَالَ أَنَا۠ رَبُّكُمُ ٱلۡأَعۡلَىٰ

"Sizin uca rəbbiniz mənəm. Odur ki, siz məndən başqasına itaət etməməlisiniz". info
التفاسير:

external-link copy
25 : 79

فَأَخَذَهُ ٱللَّهُ نَكَالَ ٱلۡأٓخِرَةِ وَٱلۡأُولَىٰٓ

Elə buna görə də Allah onu bu dünyada dənizdə qərq etməklə, axirətdə də, ən şiddətli əzaba düçar etməklə cəzalandırdı. info
التفاسير:

external-link copy
26 : 79

إِنَّ فِي ذَٰلِكَ لَعِبۡرَةٗ لِّمَن يَخۡشَىٰٓ

Həqiqətən də, dünyada və axirətdə Firona verdiyimizi cəzada Allahdan qorxan kimsə üçün ibrət vardır. Məhz beləsi ibrətlərdən fayda götürər. info
التفاسير:

external-link copy
27 : 79

ءَأَنتُمۡ أَشَدُّ خَلۡقًا أَمِ ٱلسَّمَآءُۚ بَنَىٰهَا

Ey yenidən dirilməni yalan sayanlar! Allah üçün sizin yaradılışınız çətindir, yoxsa möhkəm qurduğu göyün? info
التفاسير:

external-link copy
28 : 79

رَفَعَ سَمۡكَهَا فَسَوَّىٰهَا

Allah onun səmtini yüksəyə doğru ucaltmış və onu heç biri çatı, heç bir yarığı və heç bir qüsuru olmadığı şəkildə, dümdüz yaratmışdır. info
التفاسير:

external-link copy
29 : 79

وَأَغۡطَشَ لَيۡلَهَا وَأَخۡرَجَ ضُحَىٰهَا

Günəş batdıqda göyü zülmətə bürüyər, günəş çıxdıqda isə onun nurlandırar. info
التفاسير:

external-link copy
30 : 79

وَٱلۡأَرۡضَ بَعۡدَ ذَٰلِكَ دَحَىٰهَآ

Allah göyü yaratdıqdan sonra yeri döşədi və orada faydalı şeylər yaratdı. info
التفاسير:

external-link copy
31 : 79

أَخۡرَجَ مِنۡهَا مَآءَهَا وَمَرۡعَىٰهَا

Orada axar bulaqlar yaratdı, habelə, heyvanların yemlənməsi üçün bitkilər yetişdirdi. info
التفاسير:

external-link copy
32 : 79

وَٱلۡجِبَالَ أَرۡسَىٰهَا

Dağları da yerə möhkəm yerləşdirdi. info
التفاسير:

external-link copy
33 : 79

مَتَٰعٗا لَّكُمۡ وَلِأَنۡعَٰمِكُمۡ

Ey insanlar! Bütün bunlar sizin və sizin heyvanlarınızın faydalanması üçündür. Bunların hamısını (heçdən) yaradan Allah, onları yenidən yaratmağa aciz deyildir. info
التفاسير:

external-link copy
34 : 79

فَإِذَا جَآءَتِ ٱلطَّآمَّةُ ٱلۡكُبۡرَىٰ

Dəhşəti hər şeyi bürüyəcək ikinci sur üfürüləcəyi və qiyamət qopacağı zaman - info
التفاسير:

external-link copy
35 : 79

يَوۡمَ يَتَذَكَّرُ ٱلۡإِنسَٰنُ مَا سَعَىٰ

O gün insan dünyada etdiyi xeyir və ya şər əməlləri xatırlayacaq. info
التفاسير:

external-link copy
36 : 79

وَبُرِّزَتِ ٱلۡجَحِيمُ لِمَن يَرَىٰ

Cəhənnəm də gətirilib onu görə bilən hər kəsə göstəriləcəkdir. info
التفاسير:

external-link copy
37 : 79

فَأَمَّا مَن طَغَىٰ

Azğınlıqda həddini aşmış kimsəyə gəlincə, info
التفاسير:

external-link copy
38 : 79

وَءَاثَرَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا

Fani dünya həyatını əbədi axirət həyatından üstün tutmuşsa, info
التفاسير:

external-link copy
39 : 79

فَإِنَّ ٱلۡجَحِيمَ هِيَ ٱلۡمَأۡوَىٰ

Şübhəsiz ki, onun qərar tutacağı yer atəş olacaqdır. info
التفاسير:

external-link copy
40 : 79

وَأَمَّا مَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ وَنَهَى ٱلنَّفۡسَ عَنِ ٱلۡهَوَىٰ

Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır. info
التفاسير:

external-link copy
41 : 79

فَإِنَّ ٱلۡجَنَّةَ هِيَ ٱلۡمَأۡوَىٰ

Rəbbinin hüzurunda duracağından qorxan və Allahın haram buyurduqlarını nəfsinə yasaq edən kimsəyə gəldikdə isə, həqiqətən də, onun qərar tutacağı yer Cənnət olacaqdır. info
التفاسير:

external-link copy
42 : 79

يَسۡـَٔلُونَكَ عَنِ ٱلسَّاعَةِ أَيَّانَ مُرۡسَىٰهَا

Ey Peyğəmbər! Öldükdən sonra yenidə dirilməni yalan hesab edənlər səndən: "Qiyamət nə zaman qopacaq?" – deyə soruşurlar. info
التفاسير:

external-link copy
43 : 79

فِيمَ أَنتَ مِن ذِكۡرَىٰهَآ

Bu haqda sənin bildiyin bir şey yoxdur ki, onlara nə isə bildirəsən. Bunun sənə aid olan bir şey deyil. Sənə aid olan, yalnız o gün üçün hazırlıq görməyindir. info
التفاسير:

external-link copy
44 : 79

إِلَىٰ رَبِّكَ مُنتَهَىٰهَآ

Qiyamətin qopacağı vaxtı dəqiqliyi ilə bilmək təkcə sənin Rəbbinə aiddir. info
التفاسير:

external-link copy
45 : 79

إِنَّمَآ أَنتَ مُنذِرُ مَن يَخۡشَىٰهَا

Sən sadəcə qiyamət qopacağından qorxan kimsəni xəbərdar edənsən. Çünki yalnız beləsi sənin xəbərdarlığından faydalana bilər. info
التفاسير:

external-link copy
46 : 79

كَأَنَّهُمۡ يَوۡمَ يَرَوۡنَهَا لَمۡ يَلۡبَثُوٓاْ إِلَّا عَشِيَّةً أَوۡ ضُحَىٰهَا

Onlar qiyamətin qopacağını öz gözləri ilə gördükləri zaman, dünya həyatlarında sadəcə bir günün axşamını və ya onun səhərini yaşadıqlarını güman edəcəklər. info
التفاسير:
આયતોના ફાયદાઓ માંથી:
• وجوب الرفق عند خطاب المدعوّ.
Allahın dininə dəvət olunan kimsəyə xitab etdikdə mülayim davranmağın vacib olması. info

• الخوف من الله وكفّ النفس عن الهوى من أسباب دخول الجنة.
Allahdan qorxmaq və nəfsi istəklərdən saxlamaq, Cənnətə aparan səbəblərdəndir. info

• علم الساعة من الغيب الذي لا يعلمه إلا الله.
Qiyamətin nə zaman qopacağı, yalnız Allahın bildiyi qeyb elminə aiddir. info

• بيان الله لتفاصيل خلق السماء والأرض.
Allahın göyü və yeri necə yaratdığını təfsilatlı şəkildə izah etməsi. info