કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝેરિયહ ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ

external-link copy
36 : 47

إِنَّمَا ٱلۡحَيَوٰةُ ٱلدُّنۡيَا لَعِبٞ وَلَهۡوٞۚ وَإِن تُؤۡمِنُواْ وَتَتَّقُواْ يُؤۡتِكُمۡ أُجُورَكُمۡ وَلَا يَسۡـَٔلۡكُمۡ أَمۡوَٰلَكُمۡ

Dünya həya­tı sadəcə oyun və əyləncədən ibarətdir. Ağıllı insan axirət əməlini qoyub dünya ilə məşğul olmaz. Əgər Allaha və Onun rəsuluna iman gə­tirsəniz və Allahın əmrlərini yerinə yetirib qadağan etdiyi əməllərdən çəkinməklə Ondan qorxsanız, O sizə əməllərinizin mü­ka­fat­ı­nı kamil şəkildə, heç bir şey əksiltmədən verər və siz­dən mal-dövlətinizin hamısını (Onun yolunda xərcləməyi) tələb etməz, sizdən sadəcə fərz buyurulmuş zəkatı verməyi tələb edər. info
التفاسير:
આયતોના ફાયદાઓ માંથી:
• سرائر المنافقين وخبثهم يظهر على قسمات وجوههم وأسلوب كلامهم.
Münafiqlərin sirləri və murdarlıqları üzlərinin cizgilərində və danışıq üslüblarında hiss olunur. info

• الاختبار سُنَّة إلهية لتمييز المؤمنين من المنافقين.
Sınağa çəkmək, möminləri münafiqlərdən ayırd etmək üçün ilahi bir qanundur. info

• تأييد الله لعباده المؤمنين بالنصر والتسديد.
Allahın Öz mömin qullarına zəfər bəxş etmək və onları düz yola yönəltməklə onlara kömək etməsi. info

• من رفق الله بعباده أنه لا يطلب منهم إنفاق كل أموالهم في سبيل الله.
İnsanlardan, mallarının hamısını Allah yolunda xərcləməyi tələb edilməməsi Uca Allahın Öz qullarına göstərdiyi lütfündəndir. info