કુરઆન મજીદના શબ્દોનું ભાષાંતર - અઝેરિયહ ભાષામાં અલ્ મુખતસર ફી તફસીરિલ્ કુરઆનીલ્ કરીમ કિતાબનું અનુવાદ

external-link copy
68 : 29

وَمَنۡ أَظۡلَمُ مِمَّنِ ٱفۡتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوۡ كَذَّبَ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُۥٓۚ أَلَيۡسَ فِي جَهَنَّمَ مَثۡوٗى لِّلۡكَٰفِرِينَ

Allahın şəriki olduğunu iddia edərək Ona qarşı yalan uyduran, yaxud Onun rəsulunun - səllallahu aleyhi və səlləm - gətirdiyi haqqı yalan sayan kəsdən daha zalım kim ola bilər?! Şəkk yoxdur ki, Cəhənnəmdə kafirlər və onların bənzərləri üçün yer vardır. info
التفاسير:
આયતોના ફાયદાઓ માંથી:
• لجوء المشركين إلى الله في الشدة ونسيانهم لأصنامهم، وإشراكهم به في الرخاء؛ دليل على تخبطهم.
Müşriklərin sıxıntı anında öz bütlərini unudub, Allaha sığınmaları, xoş güzəranda da onları Allaha şərik qoşmaları, onların ağıldan kəm olduqlarını göstərir. info

• الجهاد في سبيل الله سبب للتوفيق إلى الحق.
Allah yolunda cihad etmək haqqa müvəffəq olmaq üçün səbəbdir. info

• إخبار القرآن بالغيبيات دليل على أنه من عند الله.
Quranın qeybdən xəbər verməsi, onun Allahdan nazil olduğuna dəlalət edir. info