Firo maanaaji al-quraan tedduɗo oo - Eggo maanaaji Kur'aana e haala Azerbejan - Ali Khan Mosayif

Tonngoode hello ngoo:close

external-link copy
12 : 19

يَٰيَحۡيَىٰ خُذِ ٱلۡكِتَٰبَ بِقُوَّةٖۖ وَءَاتَيۡنَٰهُ ٱلۡحُكۡمَ صَبِيّٗا

(Yəhyaya da:) “Ey Yəhya! Kitabdan (Tövratdan) möhkəm yapış!”– (deyə vəhy etdik). Biz ona uşaq ikən hikmət bəxş etdik. info
التفاسير:

external-link copy
13 : 19

وَحَنَانٗا مِّن لَّدُنَّا وَزَكَوٰةٗۖ وَكَانَ تَقِيّٗا

Ona Öz tərəfimizdən bir şəfqət və paklıq da (bəxş etdik). O, müttəqi idi. info
التفاسير:

external-link copy
14 : 19

وَبَرَّۢا بِوَٰلِدَيۡهِ وَلَمۡ يَكُن جَبَّارًا عَصِيّٗا

Ata-anasına qarşı da qayğıkeş idi; lovğa və asi deyildi. info
التفاسير:

external-link copy
15 : 19

وَسَلَٰمٌ عَلَيۡهِ يَوۡمَ وُلِدَ وَيَوۡمَ يَمُوتُ وَيَوۡمَ يُبۡعَثُ حَيّٗا

Doğulduğu gün də, öləcəyi gün də, yenidən dirildiləcəyi gün də ona salam olsun! info
التفاسير:

external-link copy
16 : 19

وَٱذۡكُرۡ فِي ٱلۡكِتَٰبِ مَرۡيَمَ إِذِ ٱنتَبَذَتۡ مِنۡ أَهۡلِهَا مَكَانٗا شَرۡقِيّٗا

Kitabda Məryəmi də yada sal. O zaman o, ailəsindən (ayrılıb) şərq tərəfdə olan bir yerə çəkilmiş info
التفاسير:

external-link copy
17 : 19

فَٱتَّخَذَتۡ مِن دُونِهِمۡ حِجَابٗا فَأَرۡسَلۡنَآ إِلَيۡهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرٗا سَوِيّٗا

və (ibadət vaxtı) onlardan (gizlənmək üçün) pərdə tutmuşdu. Biz Öz Ruhumuz (Cəbraili) onun yanına göndərdik. O, Məryəmin qarşısında kamil bir insan surətində peyda oldu. info
التفاسير:

external-link copy
18 : 19

قَالَتۡ إِنِّيٓ أَعُوذُ بِٱلرَّحۡمَٰنِ مِنكَ إِن كُنتَ تَقِيّٗا

(Məryəm) dedi: “Mən səndən Rəhmana sığınıram! Əgər müttəqisənsə (mənə toxunma)”. info
التفاسير:

external-link copy
19 : 19

قَالَ إِنَّمَآ أَنَا۠ رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَٰمٗا زَكِيّٗا

(Mələk) dedi: “Mən sənə pak bir oğlan bəxş etmək üçün Rəbbinin (göndərdiyi) elçisiyəm”. info
التفاسير:

external-link copy
20 : 19

قَالَتۡ أَنَّىٰ يَكُونُ لِي غُلَٰمٞ وَلَمۡ يَمۡسَسۡنِي بَشَرٞ وَلَمۡ أَكُ بَغِيّٗا

(Məryəm) dedi: “Mənə bir insan toxunmadığı və özüm də zinakar olmadığım halda, mənim necə övladım ola bilər?” info
التفاسير:

external-link copy
21 : 19

قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٞۖ وَلِنَجۡعَلَهُۥٓ ءَايَةٗ لِّلنَّاسِ وَرَحۡمَةٗ مِّنَّاۚ وَكَانَ أَمۡرٗا مَّقۡضِيّٗا

(Mələk) dedi: «Bu belədir, lakin Rəbbin buyurdu: “Bu, Mənim üçün asandır. Biz onu insanlar üçün bir ayə və Öz tərəfimizdən bir mərhəmət edəcəyik. Bu, (əzəldən) hökmü verilmiş bir işdir”». info
التفاسير:

external-link copy
22 : 19

۞ فَحَمَلَتۡهُ فَٱنتَبَذَتۡ بِهِۦ مَكَانٗا قَصِيّٗا

(Məryəm) uşağa qaldı və bətnindəki ilə birlikdə uzaq bir yerə çəkildi. info
التفاسير:

external-link copy
23 : 19

فَأَجَآءَهَا ٱلۡمَخَاضُ إِلَىٰ جِذۡعِ ٱلنَّخۡلَةِ قَالَتۡ يَٰلَيۡتَنِي مِتُّ قَبۡلَ هَٰذَا وَكُنتُ نَسۡيٗا مَّنسِيّٗا

Doğuş sancıları onu bir xurma ağacının gövdəsinə söykənməyə vadar etdi. O dedi: “Kaş bundan əvvəl öləydim və birdəfəlik unudulaydım!” info
التفاسير:

external-link copy
24 : 19

فَنَادَىٰهَا مِن تَحۡتِهَآ أَلَّا تَحۡزَنِي قَدۡ جَعَلَ رَبُّكِ تَحۡتَكِ سَرِيّٗا

(Məryəmin) aşağı tərəfindən (İsa və ya Cəbrail) onu səsləyib dedi: “Qəm yemə, Rəbbin sənin (ayağının) altından bir bulaq axıtdı. info
التفاسير:

external-link copy
25 : 19

وَهُزِّيٓ إِلَيۡكِ بِجِذۡعِ ٱلنَّخۡلَةِ تُسَٰقِطۡ عَلَيۡكِ رُطَبٗا جَنِيّٗا

Xurma ağacının gövdəsini özünə tərəf silkələ ki, üstünə yetişmiş, təzə xurma tökülsün. info
التفاسير: