Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Azeri wonande Firo Alkur'aana raɓɓinaango.

external-link copy
71 : 7

قَالَ قَدۡ وَقَعَ عَلَيۡكُم مِّن رَّبِّكُمۡ رِجۡسٞ وَغَضَبٌۖ أَتُجَٰدِلُونَنِي فِيٓ أَسۡمَآءٖ سَمَّيۡتُمُوهَآ أَنتُمۡ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلۡطَٰنٖۚ فَٱنتَظِرُوٓاْ إِنِّي مَعَكُم مِّنَ ٱلۡمُنتَظِرِينَ

Hud onlara cavab olaraq dedi: "Pis əməllərinizlə özünüzə Allahın əzabını və qəzəbini vacib etdiniz. Bu sizə mütləq baş verəcəkdir. Sizin və ata-babaları­nızın özlərindən uydurub ilah adlandırdıqları batil bütlər ba­­­rə­sində mə­nim­lə mübahi­səmi edir­si­niz? Halbuki Allah onların ilah olduğu iddianız barədə sübut etməyiniz üçün heç bir də­lil nazil et­məmişdir. Elə isə sizə tez gəlməsini istədiyiniz əzabın gəlişini gözləyin! Şüb­hə­siz ki, mən də sizinlə bir­likdə göz­ləyənlər­də­nəm. O əzab mütləq gələcəkdir". info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• ينبغي التّحلّي بالصبر في الدعوة إلى الله تأسيًا بالأنبياء عليهم السلام.
• İnsan Peyğəmbərləri -Əleyhimus-salam- özünə nümunə götürüb Allaha dəvət edərkən səbirli olması vacibdir. info

• من أولويات الدعوة إلى الله الدعوة إلى عبادة الله وحده لا شريك له، ورفض الإشراك به ونبذه.
• Heç bir şəriki olmayam Tək Allaha ibadət etməyə dəvət etmək və Ona şərik qoşmağdan çəkindirmək Allaha olan dəvətin ən birincisi olmalıdır. info

• الاغترار بالقوة المادية والجسدية يصرف صاحبها عن الاستجابة لأوامر الله ونواهيه.
• İnsanın maddi və fiziki imkanlarına arxalanması onu Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkindirməldən yayındırır. info

• النبي يكون من جنس قومه، لكنه من أشرفهم نسبًا، وأفضلهم حسبًا، وأكرمهم مَعْشرًا، وأرفعهم خُلُقًا.
• Allah insanlara Peyğəmbərləri elə öz qövmündən göndərir. Lakin Allah onları ən şərəfli nəsil-nəcabətdən, qövmü arasında ən hörmətli və ən əxlaqlı insanlardan edir. info

• الأنبياء وورثتهم يقابلون السّفهاء بالحِلم، ويغضُّون عن قول السّوء بالصّفح والعفو والمغفرة.
• Peyğəmbərlər və onun ardıcılları səfeh insanlarla mülayim rəftar edər, onlara deyilən pis sözlərə bağışlama ilə cavab verərlər. info