Firo maanaaji al-quraan tedduɗo oo - Eggo e haala Azeri wonande Firo Alkur'aana raɓɓinaango.

external-link copy
98 : 4

إِلَّا ٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ لَا يَسۡتَطِيعُونَ حِيلَةٗ وَلَا يَهۡتَدُونَ سَبِيلٗا

98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edən­dir, onlardan tövbə edəni isə ba­ğış­layandır. info
التفاسير:
Ina jeyaa e nafoore aayeeje ɗee e ngol hello:
• فضل الجهاد في سبيل الله وعظم أجر المجاهدين، وأن الله وعدهم منازل عالية في الجنة لا يبلغها غيرهم.
• Allah yolunda cihad etməyin fəziləti, mücahidlərin savabının böyüklüyü və Allahın mücahidlərə cənnətdə onlardan başqa heç kimsənin nail ola bilməyəcəyi yüksək dərəcələr bəxş edəcəyini vəd etməsi. info

• أصحاب الأعذار يسقط عنهم فرض الجهاد مع ما لهم من أجر إن حسنت نيتهم.
• Üzürlü səbəbdən cihad edə bilməyənlərin niyyəti saleh olarsa, əcir qazanmaqla yanaşı fərz cihadı onların boynundan düşür. info

• فضل الهجرة إلى بلاد الإسلام، ووجوبها على القادر إن كان يخشى على دينه في بلده.
• İslam diyarına hicrət etməyin fəziləti və hicrət etməyə qadir olan kimsənin vətənində dininə zərər gələcəyindən qorxursa, hicrət etməsinin vacibliyi. info

• مشروعية قصر الصلاة في حال السفر.
• Səfərdə ikən dörd rükətli namazları qısaldaraq iki rükət qılmağın icazəli olması. info