আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আজেৰি অনুবাদ- আলী খান মুছায়ইভ

পৃষ্ঠা নং:close

external-link copy
112 : 9

ٱلتَّٰٓئِبُونَ ٱلۡعَٰبِدُونَ ٱلۡحَٰمِدُونَ ٱلسَّٰٓئِحُونَ ٱلرَّٰكِعُونَ ٱلسَّٰجِدُونَ ٱلۡأٓمِرُونَ بِٱلۡمَعۡرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلۡمُنكَرِ وَٱلۡحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِۗ وَبَشِّرِ ٱلۡمُؤۡمِنِينَ

(Onlar) tövbə edən, ibadət edən, həmd-səna edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi əmr edib pis işləri qadağan edən və Allahın hüdudlarını qoruyan kimsələrdir. (Belə) möminləri müjdələ. info
التفاسير:

external-link copy
113 : 9

مَا كَانَ لِلنَّبِيِّ وَٱلَّذِينَ ءَامَنُوٓاْ أَن يَسۡتَغۡفِرُواْ لِلۡمُشۡرِكِينَ وَلَوۡ كَانُوٓاْ أُوْلِي قُرۡبَىٰ مِنۢ بَعۡدِ مَا تَبَيَّنَ لَهُمۡ أَنَّهُمۡ أَصۡحَٰبُ ٱلۡجَحِيمِ

Müşriklərin Cəhənnəm əhli olduqları bəlli olduqdan sonra, (hətta) qohum olsalar belə, nə Peyğəmbərə, nə də möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz. info
التفاسير:

external-link copy
114 : 9

وَمَا كَانَ ٱسۡتِغۡفَارُ إِبۡرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوۡعِدَةٖ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوّٞ لِّلَّهِ تَبَرَّأَ مِنۡهُۚ إِنَّ إِبۡرَٰهِيمَ لَأَوَّٰهٌ حَلِيمٞ

İbrahimin öz atası üçün bağışlanma diləməsi isə yalnız ona verdiyi vədə görə idi. Atasının Allaha düşmən olduğu ona bəlli olduqdan sonra isə ondan uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha) çox yalvaran həlim bir kimsə idi. info
التفاسير:

external-link copy
115 : 9

وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوۡمَۢا بَعۡدَ إِذۡ هَدَىٰهُمۡ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٌ

Allah bir qövmü doğru yola yönəltdikdən sonra, qorxub çəkinməli olduqları şeyləri özlərinə xəbərdar etmədən onları (haqq yoldan) azdırmaz. Həqiqətən, Allah hər şeyi biləndir. info
التفاسير:

external-link copy
116 : 9

إِنَّ ٱللَّهَ لَهُۥ مُلۡكُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يُحۡيِۦ وَيُمِيتُۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٖ

Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O, dirildir və öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir yardımçınız vardır. info
التفاسير:

external-link copy
117 : 9

لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِيِّ وَٱلۡمُهَٰجِرِينَ وَٱلۡأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِي سَاعَةِ ٱلۡعُسۡرَةِ مِنۢ بَعۡدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٖ مِّنۡهُمۡ ثُمَّ تَابَ عَلَيۡهِمۡۚ إِنَّهُۥ بِهِمۡ رَءُوفٞ رَّحِيمٞ

Allah, (müsəlmanlardan) bəzilərinin qəlbi (cihaddan) yayınmaq üzrə ikən Peyğəmbəri, çətin anda onun ardınca gedən mühacirləri və ənsarı (əvvəlcə) tövbəyə müvəffəq etdi, sonra da onların tövbələrini qəbul buyurdu. Çünki Allah onlara qarşı çox şəfqətlidir, rəhmlidir. info
التفاسير: