আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আজেৰি অনুবাদ- আলী খান মুছায়ইভ

əl-İnsan

external-link copy
1 : 76

هَلۡ أَتَىٰ عَلَى ٱلۡإِنسَٰنِ حِينٞ مِّنَ ٱلدَّهۡرِ لَمۡ يَكُن شَيۡـٔٗا مَّذۡكُورًا

İnsanın üzərindən elə bir dövr ötüb keçmişdir ki, o, (həmin dövrdə məxluqat arasında) xatırlanmağa layiq bir şey olmamışdır! info
التفاسير:

external-link copy
2 : 76

إِنَّا خَلَقۡنَا ٱلۡإِنسَٰنَ مِن نُّطۡفَةٍ أَمۡشَاجٖ نَّبۡتَلِيهِ فَجَعَلۡنَٰهُ سَمِيعَۢا بَصِيرًا

Biz insanı qarışıq nütfədən yaradaraq, onu sınağa çəkmək üçün eşidən və görən etdik. info
التفاسير:

external-link copy
3 : 76

إِنَّا هَدَيۡنَٰهُ ٱلسَّبِيلَ إِمَّا شَاكِرٗا وَإِمَّا كَفُورًا

Biz ona haqq yolu göstərdik! (Bundan sonra o,) istər şükür etsin, istər nankor olsun. info
التفاسير:

external-link copy
4 : 76

إِنَّآ أَعۡتَدۡنَا لِلۡكَٰفِرِينَ سَلَٰسِلَاْ وَأَغۡلَٰلٗا وَسَعِيرًا

Biz kafirlər üçün zəncirlər, buxovlar və alovlu bir atəş hazırlamışıq. info
التفاسير:

external-link copy
5 : 76

إِنَّ ٱلۡأَبۡرَارَ يَشۡرَبُونَ مِن كَأۡسٖ كَانَ مِزَاجُهَا كَافُورًا

Yaxşı əməl sahibləri kafur qatılmış (şərabla dolu) badədən içəcəklər. info
التفاسير:

external-link copy
6 : 76

عَيۡنٗا يَشۡرَبُ بِهَا عِبَادُ ٱللَّهِ يُفَجِّرُونَهَا تَفۡجِيرٗا

O (kafur) elə bir bulaqdır ki, Allahın qulları ondan (doyunca) içər və onu istədikləri səmtə yönəldərlər. info
التفاسير:

external-link copy
7 : 76

يُوفُونَ بِٱلنَّذۡرِ وَيَخَافُونَ يَوۡمٗا كَانَ شَرُّهُۥ مُسۡتَطِيرٗا

Onlar vəd etdikləri nəziri yerinə yetirər və şəri hər tərəfə yayılacaq gündən (Qiyamət günündən) qorxarlar. info
التفاسير:

external-link copy
8 : 76

وَيُطۡعِمُونَ ٱلطَّعَامَ عَلَىٰ حُبِّهِۦ مِسۡكِينٗا وَيَتِيمٗا وَأَسِيرًا

Özlərinin yeməyə olan istəyinə (ehtiyacına) rəğmən ondan miskinə, yetimə və əsirə yedizdirər info
التفاسير:

external-link copy
9 : 76

إِنَّمَا نُطۡعِمُكُمۡ لِوَجۡهِ ٱللَّهِ لَا نُرِيدُ مِنكُمۡ جَزَآءٗ وَلَا شُكُورًا

(və deyərlər:) “Biz sizi yalnız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedirdirik və sizdən nə bir qarşılıq, nə də bir təşəkkür istəyirik! info
التفاسير:

external-link copy
10 : 76

إِنَّا نَخَافُ مِن رَّبِّنَا يَوۡمًا عَبُوسٗا قَمۡطَرِيرٗا

Biz, sərt və cətin bir gündə (Qiyamət günündə) Rəbbimizdən qorxuruq!” info
التفاسير:

external-link copy
11 : 76

فَوَقَىٰهُمُ ٱللَّهُ شَرَّ ذَٰلِكَ ٱلۡيَوۡمِ وَلَقَّىٰهُمۡ نَضۡرَةٗ وَسُرُورٗا

Allah onları o günün şərindən qoruyar və onlara (üzlərinə) nur, (qəlblərinə) sevinc bəxş edər, info
التفاسير:

external-link copy
12 : 76

وَجَزَىٰهُم بِمَا صَبَرُواْ جَنَّةٗ وَحَرِيرٗا

onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və (onları orada geyəcəkləri) ipəklə mükafatlandırar. info
التفاسير:

external-link copy
13 : 76

مُّتَّكِـِٔينَ فِيهَا عَلَى ٱلۡأَرَآئِكِۖ لَا يَرَوۡنَ فِيهَا شَمۡسٗا وَلَا زَمۡهَرِيرٗا

Onlar orada taxtlar üzərində (mütəkkələrə) dirsəklənəcək və orada nə günəş, nə də soyuq görəcəklər. info
التفاسير:

external-link copy
14 : 76

وَدَانِيَةً عَلَيۡهِمۡ ظِلَٰلُهَا وَذُلِّلَتۡ قُطُوفُهَا تَذۡلِيلٗا

(Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də onların ixtiyarına veriləcəkdir. info
التفاسير:

external-link copy
15 : 76

وَيُطَافُ عَلَيۡهِم بِـَٔانِيَةٖ مِّن فِضَّةٖ وَأَكۡوَابٖ كَانَتۡ قَوَارِيرَا۠

Onların ətrafına (təamlarla dolu) gümüşdən qablar və büllur qədəhlər dolandırılacaq. info
التفاسير:

external-link copy
16 : 76

قَوَارِيرَاْ مِن فِضَّةٖ قَدَّرُوهَا تَقۡدِيرٗا

Gümüşdən olan (şəffaflığından bayırından içərisi görünən) elə büllur qədəhlər ki, (Cənnətdəki xidmətçilər) onları (Cənnət əhlinin) içmək istədikləri həcmdə etmişlər. info
التفاسير:

external-link copy
17 : 76

وَيُسۡقَوۡنَ فِيهَا كَأۡسٗا كَانَ مِزَاجُهَا زَنجَبِيلًا

Onlara orada zəncəfil qatılmış (şərab) badəsi də içirdiləcəkdir. info
التفاسير:

external-link copy
18 : 76

عَيۡنٗا فِيهَا تُسَمَّىٰ سَلۡسَبِيلٗا

Oradakı Səlsəbil adlanan bir bulaqdan. info
التفاسير:

external-link copy
19 : 76

۞ وَيَطُوفُ عَلَيۡهِمۡ وِلۡدَٰنٞ مُّخَلَّدُونَ إِذَا رَأَيۡتَهُمۡ حَسِبۡتَهُمۡ لُؤۡلُؤٗا مَّنثُورٗا

Onların ətrafında həmişəcavan olan (xidmətçi) oğlanlar dolanacaqlar. Sən onları gördükdə (ətrafa) səpələnmiş mirvari olduqlarını sanarsan. info
التفاسير:

external-link copy
20 : 76

وَإِذَا رَأَيۡتَ ثَمَّ رَأَيۡتَ نَعِيمٗا وَمُلۡكٗا كَبِيرًا

(Cənnətdə) hara baxsan nemət və böyük bir mülk görərsən. info
التفاسير:

external-link copy
21 : 76

عَٰلِيَهُمۡ ثِيَابُ سُندُسٍ خُضۡرٞ وَإِسۡتَبۡرَقٞۖ وَحُلُّوٓاْ أَسَاوِرَ مِن فِضَّةٖ وَسَقَىٰهُمۡ رَبُّهُمۡ شَرَابٗا طَهُورًا

Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər taxılacaqdır. Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. info
التفاسير:

external-link copy
22 : 76

إِنَّ هَٰذَا كَانَ لَكُمۡ جَزَآءٗ وَكَانَ سَعۡيُكُم مَّشۡكُورًا

(Onlara belə deyiləcəkdir:) “Bu sizin mükafatınızdır. Səyiniz (Allah yanında) məqbuldur”. info
التفاسير:

external-link copy
23 : 76

إِنَّا نَحۡنُ نَزَّلۡنَا عَلَيۡكَ ٱلۡقُرۡءَانَ تَنزِيلٗا

(Ey Peyğəmbər!) Biz Quranı sənə hissə-hissə aramla nazil etdik. info
التفاسير:

external-link copy
24 : 76

فَٱصۡبِرۡ لِحُكۡمِ رَبِّكَ وَلَا تُطِعۡ مِنۡهُمۡ ءَاثِمًا أَوۡ كَفُورٗا

Elə isə Rəbbinin hökmünə səbr et və onlardan heç bir günahkara və ya nankora itaət etmə! info
التفاسير:

external-link copy
25 : 76

وَٱذۡكُرِ ٱسۡمَ رَبِّكَ بُكۡرَةٗ وَأَصِيلٗا

Səhər-axşam Rəbbinin adını zikr et! info
التفاسير:

external-link copy
26 : 76

وَمِنَ ٱلَّيۡلِ فَٱسۡجُدۡ لَهُۥ وَسَبِّحۡهُ لَيۡلٗا طَوِيلًا

Gecənin bir hissəsində Ona səcdə et (məğrib və işa namazlarını qıl). Gecədə uzun müddət Onu təsbih et! (Təhəccüd namazı qıl!) info
التفاسير:

external-link copy
27 : 76

إِنَّ هَٰٓؤُلَآءِ يُحِبُّونَ ٱلۡعَاجِلَةَ وَيَذَرُونَ وَرَآءَهُمۡ يَوۡمٗا ثَقِيلٗا

Bunlar (Məkkə müşrikləri) keçici dünyanı sevir, qarşılarındakı ağır günə (qiyamət gününə) isə üz çevirərlər. info
التفاسير:

external-link copy
28 : 76

نَّحۡنُ خَلَقۡنَٰهُمۡ وَشَدَدۡنَآ أَسۡرَهُمۡۖ وَإِذَا شِئۡنَا بَدَّلۡنَآ أَمۡثَٰلَهُمۡ تَبۡدِيلًا

Onları Biz yaratdıq və xilqətlərini möhkəmlətdik (oynaqlarını və əzələlərini bir-birinə bağladıq). Əgər istəsəydik, (onları) özlərinə bənzərləri ilə əvəz edərdik. info
التفاسير:

external-link copy
29 : 76

إِنَّ هَٰذِهِۦ تَذۡكِرَةٞۖ فَمَن شَآءَ ٱتَّخَذَ إِلَىٰ رَبِّهِۦ سَبِيلٗا

Bu (surə) bir öyüd-nəsihətdir. Kim istəsə Rəbbinə aparan bir yol tutar. info
التفاسير:

external-link copy
30 : 76

وَمَا تَشَآءُونَ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا

Allah (Ona aparan doğru yol tutmağı kiməsə) istəməyincə, siz (bunu özünüz üçün) istəyə bilməzsiniz! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir! info
التفاسير:

external-link copy
31 : 76

يُدۡخِلُ مَن يَشَآءُ فِي رَحۡمَتِهِۦۚ وَٱلظَّٰلِمِينَ أَعَدَّ لَهُمۡ عَذَابًا أَلِيمَۢا

Allah istədiyini Öz mərhəmətinə qovuşdurar. Zalımlara isə ağrılı-acılı bir əzab hazırlamışdır. info
التفاسير: