আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আজেৰি অনুবাদ- আলী খান মুছায়ইভ

əl-Fəth

external-link copy
1 : 48

إِنَّا فَتَحۡنَا لَكَ فَتۡحٗا مُّبِينٗا

(Ey Peyğəmbər!) Həqiqətən, Biz sənə (Hüdeybiyyə sülhü ilə) aydın bir zəfər bəxş etdik ki, info
التفاسير:

external-link copy
2 : 48

لِّيَغۡفِرَ لَكَ ٱللَّهُ مَا تَقَدَّمَ مِن ذَنۢبِكَ وَمَا تَأَخَّرَ وَيُتِمَّ نِعۡمَتَهُۥ عَلَيۡكَ وَيَهۡدِيَكَ صِرَٰطٗا مُّسۡتَقِيمٗا

Allah sənin əvvəlki və sonrakı günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni düz yola yönəltsin info
التفاسير:

external-link copy
3 : 48

وَيَنصُرَكَ ٱللَّهُ نَصۡرًا عَزِيزًا

və Allah sənə şanlı bir zəfər ilə kömək etsin. info
التفاسير:

external-link copy
4 : 48

هُوَ ٱلَّذِيٓ أَنزَلَ ٱلسَّكِينَةَ فِي قُلُوبِ ٱلۡمُؤۡمِنِينَ لِيَزۡدَادُوٓاْ إِيمَٰنٗا مَّعَ إِيمَٰنِهِمۡۗ وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَلِيمًا حَكِيمٗا

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir. info
التفاسير:

external-link copy
5 : 48

لِّيُدۡخِلَ ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَا وَيُكَفِّرَ عَنۡهُمۡ سَيِّـَٔاتِهِمۡۚ وَكَانَ ذَٰلِكَ عِندَ ٱللَّهِ فَوۡزًا عَظِيمٗا

(Bütün bunlar,) Allahın, mömin kişiləri və mömin qadınları içində əbədi qalacaqları, (ağacları və qəsrləri) altından çaylar axan cənnətlərə daxil etməsi və onların günahlarından keçməsi üçündür. Bu, Allah yanında böyük uğurdur. info
التفاسير:

external-link copy
6 : 48

وَيُعَذِّبَ ٱلۡمُنَٰفِقِينَ وَٱلۡمُنَٰفِقَٰتِ وَٱلۡمُشۡرِكِينَ وَٱلۡمُشۡرِكَٰتِ ٱلظَّآنِّينَ بِٱللَّهِ ظَنَّ ٱلسَّوۡءِۚ عَلَيۡهِمۡ دَآئِرَةُ ٱلسَّوۡءِۖ وَغَضِبَ ٱللَّهُ عَلَيۡهِمۡ وَلَعَنَهُمۡ وَأَعَدَّ لَهُمۡ جَهَنَّمَۖ وَسَآءَتۡ مَصِيرٗا

(Bu, həm də) Allah barəsində pis fikirdə olan münafiq kişi və münafiq qadınlara, müşrik kişi və müşrik qadınlara əzab verməsi üçündür. Onların pis niyyəti öz başlarına olsun! Allahın onlara qəzəbi tutmuşdur. (Allah) onları lənətləmiş və onlar üçün Cəhənnəm hazırlamışdır. Ora nə pis dönüş yeridir. info
التفاسير:

external-link copy
7 : 48

وَلِلَّهِ جُنُودُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ وَكَانَ ٱللَّهُ عَزِيزًا حَكِيمًا

Göylərin və yerin orduları Allaha məxsusdur. Allah Qüdrətlidir, Hikmət sahibidir. info
التفاسير:

external-link copy
8 : 48

إِنَّآ أَرۡسَلۡنَٰكَ شَٰهِدٗا وَمُبَشِّرٗا وَنَذِيرٗا

(Ey Peyğəmbər!) Biz səni şahid, müjdəçi və xəbərdarlıq edən bir elçi olaraq göndərdik. info
التفاسير:

external-link copy
9 : 48

لِّتُؤۡمِنُواْ بِٱللَّهِ وَرَسُولِهِۦ وَتُعَزِّرُوهُ وَتُوَقِّرُوهُۚ وَتُسَبِّحُوهُ بُكۡرَةٗ وَأَصِيلًا

(Biz belə etdik ki, bəlkə) siz, Allaha və Onun Elçisinə iman gətirəsiniz, ona kömək edəsiniz, onun hörmətini saxlayasınız və səhər-axşam Allahın şəninə təriflər deyəsiniz. info
التفاسير: