আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আজেৰি অনুবাদ- আলী খান মুছায়ইভ

Fatir

external-link copy
1 : 35

ٱلۡحَمۡدُ لِلَّهِ فَاطِرِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ جَاعِلِ ٱلۡمَلَٰٓئِكَةِ رُسُلًا أُوْلِيٓ أَجۡنِحَةٖ مَّثۡنَىٰ وَثُلَٰثَ وَرُبَٰعَۚ يَزِيدُ فِي ٱلۡخَلۡقِ مَا يَشَآءُۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ

Həmd, göyləri və yeri yaradan, mələkləri iki, üç və dördqanadlı elçilər edən Allaha məxsusdur! O, yaratdıqlarından istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. info
التفاسير:

external-link copy
2 : 35

مَّا يَفۡتَحِ ٱللَّهُ لِلنَّاسِ مِن رَّحۡمَةٖ فَلَا مُمۡسِكَ لَهَاۖ وَمَا يُمۡسِكۡ فَلَا مُرۡسِلَ لَهُۥ مِنۢ بَعۡدِهِۦۚ وَهُوَ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ

Allahın insanlara bəxş etdiyi mərhəmətin qarşısını heç kəs ala bilməz. Onun vermədiyi bir şeyi də Ondan başqa heç kəs göndərə bilməz. O, Qüdrətlidir, Hikmət sahibidir. info
التفاسير:

external-link copy
3 : 35

يَٰٓأَيُّهَا ٱلنَّاسُ ٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡۚ هَلۡ مِنۡ خَٰلِقٍ غَيۡرُ ٱللَّهِ يَرۡزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلۡأَرۡضِۚ لَآ إِلَٰهَ إِلَّا هُوَۖ فَأَنَّىٰ تُؤۡفَكُونَ

Ey insanlar! Allahın sizə verdiyi nemətini xatırlayın. Allahdan başqa sizə göydən və yerdən ruzi verən bir xaliq varmı?! Ondan başqa (ibadətə layiq olan) ilah yoxdur. Siz necə də (haqdan) döndərilirsiniz! info
التفاسير: