আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আজেৰি অনুবাদ- আলী খান মুছায়ইভ

পৃষ্ঠা নং:close

external-link copy
44 : 25

أَمۡ تَحۡسَبُ أَنَّ أَكۡثَرَهُمۡ يَسۡمَعُونَ أَوۡ يَعۡقِلُونَۚ إِنۡ هُمۡ إِلَّا كَٱلۡأَنۡعَٰمِ بَلۡ هُمۡ أَضَلُّ سَبِيلًا

Yoxsa sən onların çoxunun eşidəcəyini və ya anlayacağını zənn edirsən? Onlar heyvan kimidirlər, bəlkə, ondan da (heyvandan da) daha çox haqq yoldan azmışlar. info
التفاسير:

external-link copy
45 : 25

أَلَمۡ تَرَ إِلَىٰ رَبِّكَ كَيۡفَ مَدَّ ٱلظِّلَّ وَلَوۡ شَآءَ لَجَعَلَهُۥ سَاكِنٗا ثُمَّ جَعَلۡنَا ٱلشَّمۡسَ عَلَيۡهِ دَلِيلٗا

Məgər Rəbbinin kölgəni necə uzatdığını görmürsənmi? Əgər Allah istəsəydi, onu hərəkətsiz bir halda saxlayardı. Sonra Biz günəşi ona dəlil etdik (kölgənin varlığını günəşə bağlı etdik). info
التفاسير:

external-link copy
46 : 25

ثُمَّ قَبَضۡنَٰهُ إِلَيۡنَا قَبۡضٗا يَسِيرٗا

Sonra o kölgəni yavaş-yavaş Özümüzə tərəf çəkdik. info
التفاسير:

external-link copy
47 : 25

وَهُوَ ٱلَّذِي جَعَلَ لَكُمُ ٱلَّيۡلَ لِبَاسٗا وَٱلنَّوۡمَ سُبَاتٗا وَجَعَلَ ٱلنَّهَارَ نُشُورٗا

Sizin üçün gecəni örtük, yuxunu rahatlıq, gündüzü də (ruzi qazanasız deyə) canlanma vaxtı edən Odur. info
التفاسير:

external-link copy
48 : 25

وَهُوَ ٱلَّذِيٓ أَرۡسَلَ ٱلرِّيَٰحَ بُشۡرَۢا بَيۡنَ يَدَيۡ رَحۡمَتِهِۦۚ وَأَنزَلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ طَهُورٗا

Küləkləri Öz mərhəməti önündə (yağışdan qabaq) müjdəçi olaraq göndərən Odur. Biz göydən tərtəmiz su endirdik ki, info
التفاسير:

external-link copy
49 : 25

لِّنُحۡـِۧيَ بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗا وَنُسۡقِيَهُۥ مِمَّا خَلَقۡنَآ أَنۡعَٰمٗا وَأَنَاسِيَّ كَثِيرٗا

onunla ölü bir diyarı canlandıraq, yaratdığımız neçə-neçə heyvana və neçə-neçə insana ondan içirdək. info
التفاسير:

external-link copy
50 : 25

وَلَقَدۡ صَرَّفۡنَٰهُ بَيۡنَهُمۡ لِيَذَّكَّرُواْ فَأَبَىٰٓ أَكۡثَرُ ٱلنَّاسِ إِلَّا كُفُورٗا

Biz düşünüb ibrət alsınlar deyə o suyu onların arasında paylaşdırdıq. Lakin insanların çoxu küfrdən başqa bir şey qəbul etmədi. info
التفاسير:

external-link copy
51 : 25

وَلَوۡ شِئۡنَا لَبَعَثۡنَا فِي كُلِّ قَرۡيَةٖ نَّذِيرٗا

Əgər istəsəydik, hər məmləkətə xəbərdarlıq edən bir peyğəmbər göndərərdik. info
التفاسير:

external-link copy
52 : 25

فَلَا تُطِعِ ٱلۡكَٰفِرِينَ وَجَٰهِدۡهُم بِهِۦ جِهَادٗا كَبِيرٗا

Kafirlərə baş əymə və onlara qarşı (Quranla) böyük bir cihad et! info
التفاسير:

external-link copy
53 : 25

۞ وَهُوَ ٱلَّذِي مَرَجَ ٱلۡبَحۡرَيۡنِ هَٰذَا عَذۡبٞ فُرَاتٞ وَهَٰذَا مِلۡحٌ أُجَاجٞ وَجَعَلَ بَيۡنَهُمَا بَرۡزَخٗا وَحِجۡرٗا مَّحۡجُورٗا

Birinin suyu olduqca şirin, digərininki isə olduqca şor olan iki dənizi qovuşduraraq aralarında maneə və keçilməz sədd qoyan Odur. info
التفاسير:

external-link copy
54 : 25

وَهُوَ ٱلَّذِي خَلَقَ مِنَ ٱلۡمَآءِ بَشَرٗا فَجَعَلَهُۥ نَسَبٗا وَصِهۡرٗاۗ وَكَانَ رَبُّكَ قَدِيرٗا

Sudan insan yaradan, sonra onu nəsəb və qohum-əqraba sahibi edən Odur. Rəbbin (hər şeyə) Qadirdir. info
التفاسير:

external-link copy
55 : 25

وَيَعۡبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُهُمۡ وَلَا يَضُرُّهُمۡۗ وَكَانَ ٱلۡكَافِرُ عَلَىٰ رَبِّهِۦ ظَهِيرٗا

Onlar Allahı qoyub özlərinə nə xeyir, nə də zərər verə bilməyənlərə ibadət edirlər. Kafir öz Rəbbinə qarşı (şeytana) köməkçidir. info
التفاسير: