আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

পৃষ্ঠা নং:close

external-link copy
51 : 56

ثُمَّ إِنَّكُمۡ أَيُّهَا ٱلضَّآلُّونَ ٱلۡمُكَذِّبُونَ

Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, meyvələrin ən şərli və murdar olanıdır.
info
التفاسير:

external-link copy
52 : 56

لَأٓكِلُونَ مِن شَجَرٖ مِّن زَقُّومٖ

Sonra siz, ey dirilməni yalan sayan və düz yoldan azan kimsələr, Qiyamət günü zəqqum ağacının meyvəsindən yeyəcəksiniz. Bu isə, ən şər və murdar meyvədir.
info
التفاسير:

external-link copy
53 : 56

فَمَالِـُٔونَ مِنۡهَا ٱلۡبُطُونَ

Boş qarnınızı o ağacın acı meyvəsi ilə dol­dura­caq­sınız, info
التفاسير:

external-link copy
54 : 56

فَشَٰرِبُونَ عَلَيۡهِ مِنَ ٱلۡحَمِيمِ

Üstündən də olduqca hərarətli olan qaynar su içəcək­si­niz. info
التفاسير:

external-link copy
55 : 56

فَشَٰرِبُونَ شُرۡبَ ٱلۡهِيمِ

Siz onu susuzluq xəstəliyinə tutulmuş dəvənin çoxlu su içdiyi ki­mi çoxlu-çoxlu içəcəksiniz”. info
التفاسير:

external-link copy
56 : 56

هَٰذَا نُزُلُهُمۡ يَوۡمَ ٱلدِّينِ

Bu zikr edilən acı yemək və qaynar içki, haqq-hesab günü onlara veriləcək ziyafətdir. info
التفاسير:

external-link copy
57 : 56

نَحۡنُ خَلَقۡنَٰكُمۡ فَلَوۡلَا تُصَدِّقُونَ

Ey haqqı yalan sayanlar! Siz yox ikən sizi Biz yaratdıq. Bəs nə üçün siz öldükdən sonra Bizim sizi di­rildəcəyimizi təsdiq etmirsiniz?! info
التفاسير:

external-link copy
58 : 56

أَفَرَءَيۡتُم مَّا تُمۡنُونَ

Ey insanlar! Qadınlarınızın uşaqlığına axıtdığınız mənini gördünüzmü?! info
التفاسير:

external-link copy
59 : 56

ءَأَنتُمۡ تَخۡلُقُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلۡخَٰلِقُونَ

O mənini siz yaradırsınız, yox­sa onu yaradan Bizik?! info
التفاسير:

external-link copy
60 : 56

نَحۡنُ قَدَّرۡنَا بَيۡنَكُمُ ٱلۡمَوۡتَ وَمَا نَحۡنُ بِمَسۡبُوقِينَ

Sizin aranızda ölümü Biz müəy­yən etdik. Sizlərdən hər kəsin əvvəlcədən müəyyən edilmiş əcəli vardır, o, nə qabağa keçər, nə də yubanar. Biz acizdə deyilik. info
التفاسير:

external-link copy
61 : 56

عَلَىٰٓ أَن نُّبَدِّلَ أَمۡثَٰلَكُمۡ وَنُنشِئَكُمۡ فِي مَا لَا تَعۡلَمُونَ

Sizi bildiyiniz xilqətinizi və görünüşünüzü başqası ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir xilqətdə və şəkildə yaratmağa Bizə mane olan tapıl­maz. info
التفاسير:

external-link copy
62 : 56

وَلَقَدۡ عَلِمۡتُمُ ٱلنَّشۡأَةَ ٱلۡأُولَىٰ فَلَوۡلَا تَذَكَّرُونَ

Siz artıq Bizim sizi ilk dəfə necə xəlq etdiyimizi bilirsi­niz. Bəs nə üçün sizi ilk dəfə yaradan Allahın, siz öldükdən sonra sizi yenidən diriltməyə qadirdir olduğunu düşünüb ibrət almırsınız?! info
التفاسير:

external-link copy
63 : 56

أَفَرَءَيۡتُم مَّا تَحۡرُثُونَ

Torpağa səpdiyiniz toxumu gördünüzmü?! info
التفاسير:

external-link copy
64 : 56

ءَأَنتُمۡ تَزۡرَعُونَهُۥٓ أَمۡ نَحۡنُ ٱلزَّٰرِعُونَ

O toxumu siz bitirisiniz, yox­sa onu bitirən Bizik?! info
التفاسير:

external-link copy
65 : 56

لَوۡ نَشَآءُ لَجَعَلۡنَٰهُ حُطَٰمٗا فَظَلۡتُمۡ تَفَكَّهُونَ

Əgər Biz istəsəydik, o əkin yetişib məhsul verdiyi zaman onu saman çöpünə döndərər, siz də onun nə kökə düşdüyünə heyrət edərdiniz, info
التفاسير:

external-link copy
66 : 56

إِنَّا لَمُغۡرَمُونَ

Və deyərdiniz: “Biz xərc qoyduğumuz işdə zi­ya­na uğra­maqla əzaba düçar olduq. info
التفاسير:

external-link copy
67 : 56

بَلۡ نَحۡنُ مَحۡرُومُونَ

Xeyr, biz ruzidən məhrum olduq!” info
التفاسير:

external-link copy
68 : 56

أَفَرَءَيۡتُمُ ٱلۡمَآءَ ٱلَّذِي تَشۡرَبُونَ

Susadığınız zaman içdiyiniz suyu gördü­nüz­mü?! info
التفاسير:

external-link copy
69 : 56

ءَأَنتُمۡ أَنزَلۡتُمُوهُ مِنَ ٱلۡمُزۡنِ أَمۡ نَحۡنُ ٱلۡمُنزِلُونَ

Onu göydəki buluddan siz endi­rirsiniz, yoxsa onu endirən Bizik?! info
التفاسير:

external-link copy
70 : 56

لَوۡ نَشَآءُ جَعَلۡنَٰهُ أُجَاجٗا فَلَوۡلَا تَشۡكُرُونَ

Əgər istəsəydik, o suyu elə duzlu edərdik ki, o, nə içməyə, nə də suvarılmağa yaralı olardı. Bəs nə üçün Allahın sizə rəhmət olaraq şirin su endirdiyinə görə Ona şükür etmirsiniz?! info
التفاسير:

external-link copy
71 : 56

أَفَرَءَيۡتُمُ ٱلنَّارَ ٱلَّتِي تُورُونَ

Öz mənfəətiniz üçün yandırdığınız odu gör­dünüzmü?! info
التفاسير:

external-link copy
72 : 56

ءَأَنتُمۡ أَنشَأۡتُمۡ شَجَرَتَهَآ أَمۡ نَحۡنُ ٱلۡمُنشِـُٔونَ

Yandırdığınız ağacı siz yara­tdınız, yoxsa onu Biz sizə mərhəmət olaraq yaradırıq?! info
التفاسير:

external-link copy
73 : 56

نَحۡنُ جَعَلۡنَٰهَا تَذۡكِرَةٗ وَمَتَٰعٗا لِّلۡمُقۡوِينَ

Biz onu axirət odunu yada salmağınız və sizlərdən səfərə çıxan müsafirlərin istifa­dəsi üçün yarat­dıq. info
التفاسير:

external-link copy
74 : 56

فَسَبِّحۡ بِٱسۡمِ رَبِّكَ ٱلۡعَظِيمِ

Ey Peyğəmbər! Elə isə, əzəmətli Rəbbini Ona layiq olmayan sifətlərdən uzaq tutaq şəninə təriflər de! info
التفاسير:

external-link copy
75 : 56

۞ فَلَآ أُقۡسِمُ بِمَوَٰقِعِ ٱلنُّجُومِ

Uca Allah ulduzların batdığı və olduğu yer­lərə and içir. info
التفاسير:

external-link copy
76 : 56

وَإِنَّهُۥ لَقَسَمٞ لَّوۡ تَعۡلَمُونَ عَظِيمٌ

Kaş bu yerlərə and içməyin, onda olan dəlillərə və məhdud olmayan ibrətlərə görə, böyük bir and olduğunu biləy­di­niz. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• دلالة الخلق الأول على سهولة البعث ظاهرة.
Məxluqatın yoxdan yaradılması, onların dirildiləcəyinin asan olmasına açıq-aşkar dəlalət edir. info

• إنزال الماء وإنبات الأرض والنار التي ينتفع بها الناس نعم تقتضي من الناس شكرها لله، فالله قادر على سلبها متى شاء.
Yağışın yağması, yerdən bitkilərin çıxması, insanların oddan istifadə etməsi, bütün bunlar insanlardan Allaha şükür etməyi tələb edən nemətlərdir. Çünki Allah istədyi vaxt onları bu nemətlərdən məhrum etməyə qadirdir. info

• الاعتقاد بأن للكواكب أثرًا في نزول المطر كُفْرٌ، وهو من عادات الجاهلية.
Ulduzların yağış yağmasına təsir göstərdiyini etiqad etmək küfrdür və bu, cahiliyyət dövrünün adətlərindən biridir. info