আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

ər-Rəhman

ছুৰাৰ উদ্দেশ্য:
تذكير الجن والإنس بنعم الله الباطنة والظاهرة، وآثار رحمته في الدنيا والآخرة.
Cinlərə və insanlara Allahın gizli və aşkar nemətlərini, habelə, Onun rəhmətinin dünyada və axirətdə olan təsirini xatırlatmaq. info

external-link copy
1 : 55

ٱلرَّحۡمَٰنُ

Geniş rəhmət sahibi olan Mərhəmətli Allah. info
التفاسير:

external-link copy
2 : 55

عَلَّمَ ٱلۡقُرۡءَانَ

İnsanlara Quranın əzbərləməyin və onun mənəsanı başa düşməyin asan yolunu öyrətdi. info
التفاسير:

external-link copy
3 : 55

خَلَقَ ٱلۡإِنسَٰنَ

İnsanı kamil biçimdə yaradıb gözəl şəkilə saldı. info
التفاسير:

external-link copy
4 : 55

عَلَّمَهُ ٱلۡبَيَانَ

Ona öz fikirlərini həm şifahi, həm də yazılı şəkildə ifadə etməyi öyrətdi. info
التفاسير:

external-link copy
5 : 55

ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٖ

İnsanlar illərin sayını və hesabı bilsinlər deyə günəş və ayın hərəkətini müəyyən bir ölçüyə uyğun etdi. info
التفاسير:

external-link copy
6 : 55

وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ

Gövdəsiz bitkilər da, ağaclar da Uca Allahın əmrinə boyun əyərək və Ona təslim olaraq Ona səcdə edir. info
التفاسير:

external-link copy
7 : 55

وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ

Allah göyü yerin üzərində ucaldıb onun üçün tavan etdi və yer üzündə ədaləti bərqərar edib, qullarına ədalətli olmağı əmr etdi. info
التفاسير:

external-link copy
8 : 55

أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ

Ey insnalar! Haqsızlığa yol verməməyiniz, həmçinin, ölçüdə və çəkidə xəyanət etməməyiniz üçün Biz yer üzündə ədaləti bərqərar etdik. info
التفاسير:

external-link copy
9 : 55

وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ

Öz aranızda əşyaları tərəzidə insafla çəkin və başqaları üçün bir şey ölçdükdə və ya çəkdikdə ölçünü və çəkini əskiltməyin. info
التفاسير:

external-link copy
10 : 55

وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ

Məxluqat yerin üzərində qərar tutsun deyə, Allah onu döşədi. info
التفاسير:

external-link copy
11 : 55

فِيهَا فَٰكِهَةٞ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ

Orada meyvə verən ağaclar və bar verən sal­xımları olan xurma ağacları vardır. info
التفاسير:

external-link copy
12 : 55

وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ

Həmçinin, buğda və arpa kimi saçaqlı dənli bitkilər və iyləyəcəyiniz xoş ətirli çiçəklər də vardır. info
التفاسير:

external-link copy
13 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
14 : 55

خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٖ كَٱلۡفَخَّارِ

O, Adəmi (əleyhissəlam) insanı saxsı kimi səs çıxaran bişmiş quru gildən yaratdı. info
التفاسير:

external-link copy
15 : 55

وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٖ مِّن نَّارٖ

Cinlərin atasını da tüstüsüz xalis oddan yaratdı. info
التفاسير:

external-link copy
16 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
17 : 55

رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ

O, günəşin yaydakı iki məşriqinin və qışdakı iki məğribin Rəbbidir. info
التفاسير:

external-link copy
18 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
Əməllərin həm kiçiyinin, həm də böyüyünün, əməlllərin qeydə alındığı səhifələrə yazılması. info

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
Mərhəmətli Allahın bu surənin əvvəlində Quranın nemət olduğunu zikr etməsi, Quranın şərəfli olduğuna və Allahın onun sayəsində Öz yaratdıqlarına böyük lütf göstərməsinə dəlalət edir. info

• مكانة العدل في الإسلام.
Ədalətin İslamda olan yeri. info

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
Allahın nemətləri bizdən onları yalan saymağı və onlara qarşı nankor olmağı yox, əksinə, onları tanımağı və onlara görə Uca Allaha şükr etməyi tələb edir. info

external-link copy
19 : 55

مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ

Allah, qarşı-qarşıya gələn, birinin suyu şirin, digərininki isə duzlu olan iki dənizi, göz gördüyü qədər bir-birinə qovuşdurdu. info
التفاسير:

external-link copy
20 : 55

بَيۡنَهُمَا بَرۡزَخٞ لَّا يَبۡغِيَانِ

O dənizlərin arasında elə bir maneə var ki, o, bu dənizlərdən hər birinin digərinə qarışmasına mane olur. Bu, suyu şirin olan dəniz şirinliydə, duzlu olan da duzluluğunda qalması üçündür. info
التفاسير:

external-link copy
21 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
22 : 55

يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ

O iki dənizdən böyük və kiçik mirvarilər çıxır. info
التفاسير:

external-link copy
23 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
24 : 55

وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ

Dənizlərdə dağlar kimi üzən gə­mi­ləri yönəltmək də pak və müqəddəs Allaha aiddir. info
التفاسير:

external-link copy
25 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
26 : 55

كُلُّ مَنۡ عَلَيۡهَا فَانٖ

Yer üzündə olan məxluqatın hamısı, sözüsüz ki, həlak olacaqdır. info
التفاسير:

external-link copy
27 : 55

وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ

Ey peyğəmbər! Öz qullarına qarşı lütfükar olan, əzə­mət­li və kə­ramətli Rəbbinin Üzü isə əbə­didir. Ölüm əsla Ona aid ola bilməz. info
التفاسير:

external-link copy
28 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
29 : 55

يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٖ

Göylərdə olan mələklər və yerdə olan cinlər və insanlar öz ehtiyaclarını On­dan dilə­yirlər. O hər gün Öz qullarının işlərini görür - yaradır, öldürür, ruzi verir və s. info
التفاسير:

external-link copy
30 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
31 : 55

سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ

Ey insan və cin tayfası! Tezliklə sizinlə haqq-hesab çəkəcəyik və sizlərdən hər kəsə etdiyi əməlinin əvəzini - mükafatını və ya cəzasını verəcəyik. info
التفاسير:

external-link copy
32 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
33 : 55

يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٖ

Qiyamət günü Allah cinləri və insanları bir yerə toplayacağı zaman belə buyuracaq: "Ey cin və insan tayfası! Əgər göy­lərin və yerin hər hansı bir nahiyəsindən yarıb keçə bilirsiniz, keçin! Siz ancaq qüdrət və qüv­vətlə keçə bilərsiniz. Lakin hardadı sizdə o güc-qüvvət?! info
التفاسير:

external-link copy
34 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
35 : 55

يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٞ مِّن نَّارٖ وَنُحَاسٞ فَلَا تَنتَصِرَانِ

Ey insanlar və cinlər! Sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü gön­də­ri­ləcək və siz bunun qarşısnı almaq üçün gücünüz yetməyəcəkdir. info
التفاسير:

external-link copy
36 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
37 : 55

فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةٗ كَٱلدِّهَانِ

Mələklərin yerə enməsi üçün göy yarılacaq, rəngi də, dağ basılmış yağ ki­mi qıpqırmızı olacaqdır. info
التفاسير:

external-link copy
38 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
39 : 55

فَيَوۡمَئِذٖ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٞ وَلَا جَآنّٞ

O əzəmətli gündə Allah insanların və cinlərin (dünyada) nə əməllər etdiklərini bildiyinə görə, onlar öz günahları barədə sorğu-sual olunmayacaqlar. info
التفاسير:

external-link copy
40 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
41 : 55

يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ

Qiyamət günü günahkarlar əlamətlərindən - üzlərinin qara, gözlərinin də göy olmasından tanı­nacaq, üstəlik, kəkilləri ilə ayaqla­rı bir-birinə bitişik halda tutulub yaxalanaraq Cəhənnəmə atılacaqlar. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الجمع بين البحر المالح والعَذْب دون أن يختلطا من مظاهر قدرة الله تعالى.
Suyu şirin olan dənizlə suyu duzlu olan dənizin suları bir-birinə qarışmadığı halda onların birləşməsi Uca Allahın qüdrət əlamətlərindəndir. info

• ثبوت الفناء لجميع الخلائق، وبيان أن البقاء لله وحده حضٌّ للعباد على التعلق بالباقي - سبحانه - دون من سواه.
Bütün məxluqatın fani olduğunun isbatı və təkcə Allahın əbədi qalmasının bəyan edilməsi, bəndələrin Allahdan qeyrisinə yox, məhz əbədi qalan Uca Allaha bağlı olmağa təşviq etmək üçündür. info

• إثبات صفة الوجه لله على ما يليق به سبحانه دون تشبيه أو تمثيل.
Uca Allahın Özünə layiq olduğu tərzdə, məxluqa oxşatmadan və heç kəsə tay tutmadan Onun üzünün olmasını isbat etmək. info

• تنويع عذاب الكافر.
Kafirin əzabının müxtəlif dərəcələrdə olması. info

external-link copy
42 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
43 : 55

هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ

Onlara məzəmmət edilərək deyiləcəkdir: "Günahkarların dünyada ikən ya­lan he­sab etdikləri Cəhənnəm budur, onların gözləri önündədir və onlar bunu inkar edə bilməzlər! info
التفاسير:

external-link copy
44 : 55

يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٖ

Onlar cəhənnəm odu ilə istisi olduqca hərarətli olan qaynar su arasında dolanacaqlar. info
التفاسير:

external-link copy
45 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
46 : 55

وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ

Axirətdə Rəbbinin hüzurunda dur­maqdan qorxan və iman gətirib yaxşı işlər görən kimsələri iki cənnət göz­ləyir. info
التفاسير:

external-link copy
47 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
48 : 55

ذَوَاتَآ أَفۡنَانٖ

İkisində də növbənöv mey­vələrlə dolu budaqlı ağaclar vardır. info
التفاسير:

external-link copy
49 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
50 : 55

فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ

Bu iki Cənnətdə suyu axıb gedən iki bu­laq vardır. info
التفاسير:

external-link copy
51 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
52 : 55

فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٖ زَوۡجَانِ

İkisində də hər meyvə­dən iki növ vardır. info
التفاسير:

external-link copy
53 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
54 : 55

مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٖۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٖ

Onlar orada astarları qalın ipəkdən olan döşəklərə dirsəklənəcəklər. Hər iki cənnətin bar verdiyi məhsullar və meyvələr onlara o qədər yaxın olacaq ki, cənnət əhli istər ayaq üstə, istər oturulu vəziyyətdə, istərsə də, uzanmış halda onları dərə biləcəkdir. info
التفاسير:

external-link copy
55 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
56 : 55

فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ

Orada gözlərini öz ərlə­ri­nə dik­miş, ərlərindən əvvəl onların bakirəliyinə heç bir ins-cins toxunmamış qadınlar vardır. info
التفاسير:

external-link copy
57 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
58 : 55

كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ

Onlar gözəllikdə və saflıqda sanki yaqut və mər­candır­lar. info
التفاسير:

external-link copy
59 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
60 : 55

هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ

Rəbbinə itaət etməklə yaxşılıq etmiş kimsənin əməlinin əvəzi, Allah onun mükafatını yaxşılaşdırmaq deyilmi?! info
التفاسير:

external-link copy
61 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
62 : 55

وَمِن دُونِهِمَا جَنَّتَانِ

Zikr edilmiş bu iki cənnətdən başqa daha iki cən­nət də vardır. info
التفاسير:

external-link copy
63 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
64 : 55

مُدۡهَآمَّتَانِ

Hər iki cənnət tünd yaşıldır. info
التفاسير:

external-link copy
65 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
66 : 55

فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ

Bu iki cənnətdə çox bərk və davamlı olaraq fəvvarə vurub qaynaya iki bulaq vardır. info
التفاسير:

external-link copy
67 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
68 : 55

فِيهِمَا فَٰكِهَةٞ وَنَخۡلٞ وَرُمَّانٞ

Bu iki cənnətdə çoxlu mey­vələr, böyük xurma ağacları və nar vardır. info
التفاسير:

external-link copy
69 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• أهمية الخوف من الله واستحضار رهبة الوقوف بين يديه.
Allahdan qorxmağın və Onun hüzurunda durmaqdan əndişələnməyin əhəmiyyətli olması. info

• مدح نساء الجنة بالعفاف دلالة على فضيلة هذه الصفة في المرأة.
Cənnət qadınlarının iffətli olduqlarına görə tərif edilməsi, qadında olan bu xislətin fəzilətli olmasına dəlalət edir. info

• الجزاء من جنس العمل.
Cəza əməlin növünə uyğun verilir. info

external-link copy
70 : 55

فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٞ

Bu iki cənnətdə gözəl əxlaqlı, yaraşıqlı qadınlar vardır. info
التفاسير:

external-link copy
71 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
72 : 55

حُورٞ مَّقۡصُورَٰتٞ فِي ٱلۡخِيَامِ

Çadırlarda mühafizə olunsunlar deyə, orada ərlərinə sadiq olan ismətli hurilər vardır. info
التفاسير:

external-link copy
73 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
74 : 55

لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٞ قَبۡلَهُمۡ وَلَا جَآنّٞ

Ərlərindən əvvəl özlərinə heç bir bir ins-cins toxun­ma­mış qadınlar vardır. info
التفاسير:

external-link copy
75 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
76 : 55

مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٖ وَعَبۡقَرِيٍّ حِسَانٖ

Onlar yaşıl üzlükləri olan balışlara və gözəl dö­şəkçələrə dirsəklənə­cəklər. info
التفاسير:

external-link copy
77 : 55

فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ

Ey cin və insan tayfası! Allahın sizə bəxş etdiyi bol nemətlərinin hansını təkzib edisiniz?! info
التفاسير:

external-link copy
78 : 55

تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ

Sənin əzəmət və kərəm sahibi olan, Öz qullarına lütf göstərən Rəbbinin adı nə qədər əzəməti və nə qədər xeyirli­dir! info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• دوام تذكر نعم الله وآياته سبحانه موجب لتعظيم الله وحسن طاعته.
Pak və müqəddəs Allahın nemətlərini və ayələrini davamlı şəkildə xatırlamaq, Allahı uca tutmağı və gözəl tərzdə Ona ibadət və itaət etməyi vacib edir. info

• انقطاع تكذيب الكفار بمعاينة مشاهد القيامة.
Kafirlər öz gözləri ilə qiyamətin qopacağını gördükdə artıq onu yalan saya bilməyəcəklər. info

• تفاوت درجات أهل الجنة بتفاوت أعمالهم.
Cənnət əhlinin əməllərinin fərqli olduğuna görə, Cənnətdəki dərəcələrinin fərqli olması. info