আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

Qaf

ছুৰাৰ উদ্দেশ্য:
وعظ القلوب بالموت والبعث.
Qəlblərə ölməni və dirilməni yada salmaqla nəsihət etmək. info

external-link copy
1 : 50

قٓۚ وَٱلۡقُرۡءَانِ ٱلۡمَجِيدِ

﴾Qaf.﴿ Bəqərə surəsinin əvvəlində buna oxşar mövzu barədə danışılmışdır. Uca Allah, özündə çox mənalar, çoxlu xeyir və bərəkət cəm edən Qurani Kərimə and içir ki, qiyamət günü siz mütləq dirilib haqq-hesaba çəkiləcək və əməllərinizin əvəzini alacaqsınız. info
التفاسير:

external-link copy
2 : 50

بَلۡ عَجِبُوٓاْ أَن جَآءَهُم مُّنذِرٞ مِّنۡهُمۡ فَقَالَ ٱلۡكَٰفِرُونَ هَٰذَا شَيۡءٌ عَجِيبٌ

Onların haqqı inkar etmələrinin səbəbi səni yalançı saymaları olmamışdı, çünki onlar sənin doğru danışdığını bilirdilər. Xeyr, onlar mələklərdən deyil, özləri kimi bir insanın onlara qorxudan bir peyğəmbər göndərildiyinə təəccüb etdilər və elə buna görə də dedilər: “Bəşər övladının bizə peyğəmbər göndərilməsi əcaib bir şeydir. info
التفاسير:

external-link copy
3 : 50

أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗاۖ ذَٰلِكَ رَجۡعُۢ بَعِيدٞ

Məgər biz ölüb torpağa qarış­dıq­dan sonra yenidən diriləcəyik?! Bu dirilmə və cəsədimiz çürüyüb yox olduqdan sonra yenidən ona həyat verilməsi mümkün deyil”. info
التفاسير:

external-link copy
4 : 50

قَدۡ عَلِمۡنَا مَا تَنقُصُ ٱلۡأَرۡضُ مِنۡهُمۡۖ وَعِندَنَا كِتَٰبٌ حَفِيظُۢ

Onlar öldükdən sonra yerin onların cəsədlərini necə çürüdüb yox etdiyini bi­lirik. Heç bir şey Bizdən gizli qalmaz. Biz­də, Uca Allahın onların həyatında və ölümündən sonra nələr baş verəcəyinə dair əzəldən yazdığı qədəri qo­ruyan bir kitab var. info
التفاسير:

external-link copy
5 : 50

بَلۡ كَذَّبُواْ بِٱلۡحَقِّ لَمَّا جَآءَهُمۡ فَهُمۡ فِيٓ أَمۡرٖ مَّرِيجٍ

Lakin Peyğəmbər Quranı o müşriklərə gətirdikdə onlar Quranı yalan hesab et­di­lər. İndi on­lar çaşqın və­ziy­yətdədirlər və Quran barəsində nə qərar verəcəklərini bilmirlər. info
التفاسير:

external-link copy
6 : 50

أَفَلَمۡ يَنظُرُوٓاْ إِلَى ٱلسَّمَآءِ فَوۡقَهُمۡ كَيۡفَ بَنَيۡنَٰهَا وَزَيَّنَّٰهَا وَمَا لَهَا مِن فُرُوجٖ

Dirilməni yalab sayan o kimsələr başları üs­tün­dəki gö­yə baxıb onu necə yaratdığımızı, necə qurduğumuzu, ulduzlarla necə bəzədiyimizi və onda naqislik gətirən yarıqlar olmadığını görmürlərmi?! Bu göyü yaradan Allah, insanlar öldükdən sonra onları diriltməyə aciz deyildir. info
التفاسير:

external-link copy
7 : 50

وَٱلۡأَرۡضَ مَدَدۡنَٰهَا وَأَلۡقَيۡنَا فِيهَا رَوَٰسِيَ وَأَنۢبَتۡنَا فِيهَا مِن كُلِّ زَوۡجِۭ بَهِيجٖ

Biz yeri, sakinləri onun üzərində qərar tuta bilsin deyə döşədik, yer silkələnməsin deyə orada möhkəm dağlar yerləşdirdik və orada göz oxşayan bit­ki­lərin və ağacların hər nö­vündən yetişdirdik. info
التفاسير:

external-link copy
8 : 50

تَبۡصِرَةٗ وَذِكۡرَىٰ لِكُلِّ عَبۡدٖ مُّنِيبٖ

Bütün bunları itaət edərək Rəbbinə üz tutan hər bir qul üçün ibrət və öyüd-nə­sihət olsun deyə yaratdıq. info
التفاسير:

external-link copy
9 : 50

وَنَزَّلۡنَا مِنَ ٱلسَّمَآءِ مَآءٗ مُّبَٰرَكٗا فَأَنۢبَتۡنَا بِهِۦ جَنَّٰتٖ وَحَبَّ ٱلۡحَصِيدِ

Biz göydən çox faydalı və xeyirli su endirdik və o su ilə bağ-bostanlar, habelə, bi­çilən ta­xıl dənələri və s. bitirdik. info
التفاسير:

external-link copy
10 : 50

وَٱلنَّخۡلَ بَاسِقَٰتٖ لَّهَا طَلۡعٞ نَّضِيدٞ

Həmçinin, o su ilə meyvələri üst-üstə asılmış hündür uca xur­ma ağacları bitirdik. info
التفاسير:

external-link copy
11 : 50

رِّزۡقٗا لِّلۡعِبَادِۖ وَأَحۡيَيۡنَا بِهِۦ بَلۡدَةٗ مَّيۡتٗاۚ كَذَٰلِكَ ٱلۡخُرُوجُ

Biz orada bitkilər yetişdirdik ki, insanlar ruzi olarq ondan yesinlər. Həmçinin, Biz bu yağışla bitki bitməyən bir məm­lə­kə­ti diriltdik. Eləcə də, ölüləri dirildib qə­birlərindən çıxardacağıq. info
التفاسير:

external-link copy
12 : 50

كَذَّبَتۡ قَبۡلَهُمۡ قَوۡمُ نُوحٖ وَأَصۡحَٰبُ ٱلرَّسِّ وَثَمُودُ

Ey Peyğəmbər! Səni yalançı sayan o kəslərdən əvvəl bir çox qövmlər - Nuh qövmü, quyu əhli və Səmud tayfası öz peyğəmbərlərini ya­lançı saydı. info
التفاسير:

external-link copy
13 : 50

وَعَادٞ وَفِرۡعَوۡنُ وَإِخۡوَٰنُ لُوطٖ

Həmçinin, Ad qövmü, Firon xalqı, Lut tayfa­sı yalançı saydı, info
التفاسير:

external-link copy
14 : 50

وَأَصۡحَٰبُ ٱلۡأَيۡكَةِ وَقَوۡمُ تُبَّعٖۚ كُلّٞ كَذَّبَ ٱلرُّسُلَ فَحَقَّ وَعِيدِ

Şueybin qövmü Əykə əhlinin və Yəmən hökmdarıTubbə qövmünün yalançı saydı. Bütün bu qövmlər Allahın onlara göndərdiyi elçiləri yalançı saydılar. Odur ki, Allahın onlara vəd etdiyi əzab onları yaxaladı.
info
التفاسير:

external-link copy
15 : 50

أَفَعَيِينَا بِٱلۡخَلۡقِ ٱلۡأَوَّلِۚ بَلۡ هُمۡ فِي لَبۡسٖ مِّنۡ خَلۡقٖ جَدِيدٖ

Məgər Biz sizi ilk dəfə yaratdıqda aciz qalmışdıq ki, sizi diriltməkdə də aciz qalaq?! Xeyr! Onlar ilk yaradılışlarından sonrakı yeni yaradılış ba­rə­sində şəkk-şübhə içindədirlər. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
Müşriklər peyğəmbərliyin bəşər övladına verilməsini qeyri-mümkün sayır və daşlara ilahi sifətlər nisbət edirlər. info

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
Göylərin və yerin yaradılışı, yağışın nazil edilməsi, ölü torpağın yaşıllaşdırılması və ilk məxluqun yardılışı - bunların hamısı öldükdən sonra dirilməni sübut edən dəlillərdir. info

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
Elçiləri yalançı saymaq keçmiş ümmətlərin adətidir. Elçiləri yalançı sayanları cəzalandırmaq da, ilahi qanundur. info