আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

əl-Hicr

ছুৰাৰ উদ্দেশ্য:
توعد المستهزئين بالقرآن، والوعد بحفظه تأييدًا للنبي وتثبيتًا له.
Qurana istehza edənlərin əzabla təhdid edilməsi, üstəlik, Peyğəmbərə dəstək vermək və onun sabit qədəm olması üçün Quranın qorunacağına dair vəd verilməsi. info

external-link copy
1 : 15

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ وَقُرۡءَانٖ مُّبِينٖ

﴾Əlif. Ləm. Ra﴿. Bu ayə ilə əlaqəli açıqlama əl-Bəqərə surəsinin əvvəlində keçmişdir. Bu ayələr, yüksək məqama sahib olan Allah tərəfindən nazil edilməsinə dəlalət edən, Allahın vəhdaniyyətini, dini əmrləri və qadağaları açıq-aydın izah edən Quran ayələridir. info
التفاسير:

external-link copy
2 : 15

رُّبَمَا يَوَدُّ ٱلَّذِينَ كَفَرُواْ لَوۡ كَانُواْ مُسۡلِمِينَ

Qiyamət günü kafirlər, peyğəmbərlərin dünyada ikən onları xəbərdar etdiklərinin həqiqət olduğunu və onların dünyada batil yol üzərində olduqlarını anladıqda özlərinin, müsəl­man olma­la­rını arzulayacaq­lar. info
التفاسير:

external-link copy
3 : 15

ذَرۡهُمۡ يَأۡكُلُواْ وَيَتَمَتَّعُواْ وَيُلۡهِهِمُ ٱلۡأَمَلُۖ فَسَوۡفَ يَعۡلَمُونَ

Ey Peyğəbmər! Yalan sayan kimsələri tərk et, qoy onlar dünyada bir müddət heyvan kimi yeyib-içsinlər, fani dünya həyatının ləzzətləri ilə əylənsinlər və xam xə­yal­larla başlarını qatıb, iman gətirib, saleh əməllər etdməkdən yayınsınlar. Onlar, Qiyamət günü Allahın hüzuruna cəm olduqda, özlərinin ziyan içində olduqlarını biləcəklər. info
التفاسير:

external-link copy
4 : 15

وَمَآ أَهۡلَكۡنَا مِن قَرۡيَةٍ إِلَّا وَلَهَا كِتَابٞ مَّعۡلُومٞ

Biz, məhv etdiyimiz hər bir zalın di­yarın, Allah qatında əvvəlcədən təyin edilmiş mə­lum bir vaxtı vardır. Həlak onlara əvvəlcədən təyin edilmiş vaxtdan nə bir an tez gələr, nə də ki, gecikər. info
التفاسير:

external-link copy
5 : 15

مَّا تَسۡبِقُ مِنۡ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسۡتَـٔۡخِرُونَ

Heç bir ümmətin həlakı əvvəlcədən təyin edilmiş vaxtdan öncə gəlməz, nə də, həmin vaxt ərsəyə çatdıqda, gecikməz. Elə buna görə də, zalimlər, Allahın onlara əzabı geçikdirməsinə aldanmasınlar. info
التفاسير:

external-link copy
6 : 15

وَقَالُواْ يَٰٓأَيُّهَا ٱلَّذِي نُزِّلَ عَلَيۡهِ ٱلذِّكۡرُ إِنَّكَ لَمَجۡنُونٞ

Məkkə müşrikləri Peyğəmbərə (sallallahu aleyhi və səlləm) belə dedilər: "Ey özü­nə Zikr na­zil edildiyini idda edən kimsə! Doğru­dan da, sən bu iddianla də­li­sən və dəlillər kimi hərəkət edirsən! info
التفاسير:

external-link copy
7 : 15

لَّوۡمَا تَأۡتِينَا بِٱلۡمَلَٰٓئِكَةِ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

Kaşki göndərilmiş peyğəmbər olduğuna və bizə əzab gələcəyi barədə verdiyin xəbərin doğruluğuna şahidlik edəcək bir mələk gətirəydin.
info
التفاسير:

external-link copy
8 : 15

مَا نُنَزِّلُ ٱلۡمَلَٰٓئِكَةَ إِلَّا بِٱلۡحَقِّ وَمَا كَانُوٓاْ إِذٗا مُّنظَرِينَ

Uca Allah, onların mələklərin gəlməsi haqqında irəli sürdükləri fikirlərinə cavab olaraq belə buyurdu: "Biz mələkləri ancaq əzabla həlak olma vaxtınız yetişdikdə, müəyyən hikmət üçün endiri­rik. Əgər Biz, mələkləri göndərsək və onlar bundan sonra da iman gətirməsələr, bu za­man kafirlərə möhlət ve­ril­məz. Əksinə, əzab onlara daha tez bir vaxta gələr!" info
التفاسير:

external-link copy
9 : 15

إِنَّا نَحۡنُ نَزَّلۡنَا ٱلذِّكۡرَ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

Şübhəsiz ki, bu Quranı insanlara bir öyüd-nəsihət olaraq Muhəmmədin (sallallahu aleyhi və səlləm) qəlbinə Biz na­zil etdik, əlbəttə, Biz də onu hər cür artırılıb-əskiltmədən, təbdildən və təhrifdən qo­ruya­ca­ğıq!" info
التفاسير:

external-link copy
10 : 15

وَلَقَدۡ أَرۡسَلۡنَا مِن قَبۡلِكَ فِي شِيَعِ ٱلۡأَوَّلِينَ

Ey Peyğəmbər! Biz səndən öncə də küfür edən əv­vəlki mil­lət­lərə elçilər göndər­mişdik, onlar da özlərinə göndərilən peyğəmbərləri yalançı hesab etdilər. Ümmətinin səni yalançı hesab etməsində heç də peyğəmbərlərin birincisi deyilsən. info
التفاسير:

external-link copy
11 : 15

وَمَا يَأۡتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُواْ بِهِۦ يَسۡتَهۡزِءُونَ

Küfür edən əv­vəlki mil­lət­lər, özlərinə göndərilən peyğəmbərləri yalançı sayıb, onlara istehza etdilər. info
التفاسير:

external-link copy
12 : 15

كَذَٰلِكَ نَسۡلُكُهُۥ فِي قُلُوبِ ٱلۡمُجۡرِمِينَ

Biz o əvvəlki millətlərin qəlblərinə peyğəmbərləri yalançı hesab etməyi saldığımız kimi, eyni şəkildə, üz çevirib, inadkarlıq etdiklərinə görə onu Məkkə müşriklərin qəlblərinə də salarıq. info
التفاسير:

external-link copy
13 : 15

لَا يُؤۡمِنُونَ بِهِۦ وَقَدۡ خَلَتۡ سُنَّةُ ٱلۡأَوَّلِينَ

Onlar hələ də Muhəmməd Peyğəmbərə (sallallahu aleyhi və səlləm) nazil edilən bu Qu­rana inan­mır­lar. Halbuki Allahın əvvəlki ümmətlərdən peyğəmbərlərin gətirdiklərini yalan sayanların necə həlak etməsi xəbər onlara gəlib çatmışdır. Elə isə qoy yalan sayanlar səndən ibrət alsınlar. info
التفاسير:

external-link copy
14 : 15

وَلَوۡ فَتَحۡنَا عَلَيۡهِم بَابٗا مِّنَ ٱلسَّمَآءِ فَظَلُّواْ فِيهِ يَعۡرُجُونَ

O yalan sayanlar, inadkar insanlardır. Haqq onlara açıq-aydın dəlillərlə bəlli olsa, hətta onlar üçün göydən bir qapı aç­saydıq və onlar dayan­ma­dan oraya qalxsaydılar: info
التفاسير:

external-link copy
15 : 15

لَقَالُوٓاْ إِنَّمَا سُكِّرَتۡ أَبۡصَٰرُنَا بَلۡ نَحۡنُ قَوۡمٞ مَّسۡحُورُونَ

yenə də inanmayıb: "Göz­lərimiz du­manlıdır, əksinə, bizim gördüyümüz şeylər sehrin təsirindəndir, daha doğ­­ru­su biz sehr­lən­mi­şik" – deyər­lər. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• القرآن الكريم جامع بين صفة الكمال في كل شيء، والوضوح والبيان.
• Qurani-Kərim hər bir işdə kamillik, şəffaflıq və güclü ifadə vəsflərini özündə cəm etmişdir. info

• يهتم الكفار عادة بالماديات، فتراهم مُنْغَمِسين في الشهوات والأهواء، مغترين بالأماني الزائفة، منشغلين بالدنيا عن الآخرة.
• Adətən kafirlər maddiyyata önəm verirlər. Sən onları daima şəhvətlərə, arzulara, boş xülyalara dalan və axirəti tərk edib, dünya üçün çalışan görərsən. info

• هلاك الأمم مُقَدَّر بتاريخ معين، ومقرر في أجل محدد، لا تأخير فيه ولا تقديم، وإن الله لا يَعْجَلُ لعجلة أحد.
• Ümmətlərin həlak olmasına dair, Allah yanında əvvəlcədən müəyyən edilmiş zaman vardır. Bu həlak, təyin edilmiş vaxtdan nə tez gələr, nə də ki, o vaxtan bir an gecikər. Şübhəsiz ki, Allah, kiminsə tələsdiyinə görə əsla tələsməz. info

• تكفل الله تعالى بحفظ القرآن الكريم من التغيير والتبديل، والزيادة والنقص، إلى يوم القيامة.
• Uca Allah Qurani-Kərimi ta Qiyamətə qədər hər cür artırılıb-əskiltmədən, təbdildən və təhrifdən qo­ruya­ca­ğına dair vəd vermişdir. info