আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

পৃষ্ঠা নং:close

external-link copy
35 : 13

۞ مَّثَلُ ٱلۡجَنَّةِ ٱلَّتِي وُعِدَ ٱلۡمُتَّقُونَۖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُۖ أُكُلُهَا دَآئِمٞ وَظِلُّهَاۚ تِلۡكَ عُقۡبَى ٱلَّذِينَ ٱتَّقَواْۚ وَّعُقۡبَى ٱلۡكَٰفِرِينَ ٱلنَّارُ

Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müttəqilərə Allahın vəd etdiyi Cən­nə­tin vəsfi belədir: onun qəsrləri və ağac­la­rı altından çaylar axar, dünya meyvələrinin tam əksi olaraq orada olan meyvələr heç vaxt zaval olmayan, davamlıdır, köl­gəsi də daimidir, əsla yox olmaz və yaxud qısalmaz. Bu gözəl aqibət , Allahın əmrlərini yerinə yetirib qadağalarından çəkinən müt­təqilərə aiddir. Kafir­lərin aqibəti isə içərisində əbədi qalacaqları Cəhənnəm atəşidir. info
التفاسير:

external-link copy
36 : 13

وَٱلَّذِينَ ءَاتَيۡنَٰهُمُ ٱلۡكِتَٰبَ يَفۡرَحُونَ بِمَآ أُنزِلَ إِلَيۡكَۖ وَمِنَ ٱلۡأَحۡزَابِ مَن يُنكِرُ بَعۡضَهُۥۚ قُلۡ إِنَّمَآ أُمِرۡتُ أَنۡ أَعۡبُدَ ٱللَّهَ وَلَآ أُشۡرِكَ بِهِۦٓۚ إِلَيۡهِ أَدۡعُواْ وَإِلَيۡهِ مَـَٔابِ

Ey Peyğəmbər! Yəhudilərdən özlərinə Tövrat yerdiyimiz bəzi kimsələr və həmçinin nəsranilərdən özlərinə İncil verdiyimiz bəzi kimsələr özlərinə nazil edilənin bəzisinin sə­nə na­zil edilənlə üst-üstə düşdüyü üçün sevinirlər. Yəhudi və nəsrani tayfaları arasında elə­si də var­ ki, sənə nazil edilən öz havalarına müvafiq olmadığı üçün onun bir qismini in­kar edir və ya onun dəyişdirilib təhrif edildiyini itihham etməklə sənə nazil edilənlərin bir qismini inkar edirlər. Ey Peyğəmbər! Onlara de: "Şübhəsik ki, Allaha mənə yalnız Ona iba­dət et­məyi və Ona heç bir şeyi şərik qoşma­maq əmr edil­miş­dir. Mən yalnız Ona dua edirəm, Ondan başqa heç kimsəyə dua etmirəm və mənin dönüşümdə yalnız Onadır. Tövrat və İncildə insanlara elə bunları əmr etmişdir!" info
التفاسير:

external-link copy
37 : 13

وَكَذَٰلِكَ أَنزَلۡنَٰهُ حُكۡمًا عَرَبِيّٗاۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا وَاقٖ

Ey Peyğəmbər! Biz əvvəlki kitabları hər qövmün öz dillərində nazil etdiyimiz kimi, Qu­ranı da sənə haqqı açıq-aydın bəyan edən ərəb­cə bir kitab olaraq nazil et­dik. Ey Peyğəmbər! Əgər Allahın sənə öyrətdiyi bu elm gəldikdən son­ra Kitab əhlinin nəfislərinə xoş gəlməyən hökmləri Qurandan silmək istəklə­rinə tabe ol­san, sə­ni Allahdan başqa işlərinə nə himayə edən, düşmənlərin üzərində qələbə çalmağa sənə yardım nə edən və nə də ki, səni Allahın əzabından qoruyan heç bir köməkçin yoxdur! info
التفاسير:

external-link copy
38 : 13

وَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ وَجَعَلۡنَا لَهُمۡ أَزۡوَٰجٗا وَذُرِّيَّةٗۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ لِكُلِّ أَجَلٖ كِتَابٞ

Ey Peyğəmbər! Biz səndən öncə də Adəm övladından olan elçilər gön­dərdik. Sən heç də elçilərin birincisi deyilsən. Biz o elçiləri evlənməyən, dünyaya övlad gətirməyən mələklər kimi etmədik, əksinə onlara başqa insanlar kimi zöv­cələr və övladlar ver­dik. Sən də, özündən əvvəl gəlib-getmiş, evlənən və övladı olan elçilərdən birisən. Axı müşriklər nə üçün sənin belə olduğundan təəccüb edirlər? Heç bir elçi Alla­hın izni olma­dan özündən heç bir möcüzə gətirməyə qadir deyil. Allahın təqdir etdiyi hər bir iş əvvəlcədən kitabda qeyd edilmişdir. Kitabda qeyd edilən vaxtdan nə tez olar, nə də gec. info
التفاسير:

external-link copy
39 : 13

يَمۡحُواْ ٱللَّهُ مَا يَشَآءُ وَيُثۡبِتُۖ وَعِندَهُۥٓ أُمُّ ٱلۡكِتَٰبِ

Uca Allah bu yazıdan xeyir, şər, xoşbəxt, bədbəxt və s. istə­di­yini silər, onlardan istədiyini də sabit sax­layar. Lövhi-məhfuz Onun yanındadır. O, hər bir şeyin dönüş yeridir. Hökmü silinən və ya sabit saxlanan hər bir hökm orada yazılı olana müvafiqdir. info
التفاسير:

external-link copy
40 : 13

وَإِن مَّا نُرِيَنَّكَ بَعۡضَ ٱلَّذِي نَعِدُهُمۡ أَوۡ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيۡكَ ٱلۡبَلَٰغُ وَعَلَيۡنَا ٱلۡحِسَابُ

Ey Peyğəmbər! Sən vəfat etməzdən əvvəl onlara vəd etdiyimi­z əzabın bir qismini sənə göstərsək də, sənə göstərmədən öncə canını alsaq da, sənin öhdənə dü­şən yalnız sənə təbliğ etməyi əmr etdiyimiz dini onlara təbliğ et­məkdir. Onlara əməllərinin müqabilini vermək yaxud onları haqq-he­sab çəkmək isə sənin işin deyildir. Bu ancaq, Bizə aiddi olan bir işdir. info
التفاسير:

external-link copy
41 : 13

أَوَلَمۡ يَرَوۡاْ أَنَّا نَأۡتِي ٱلۡأَرۡضَ نَنقُصُهَا مِنۡ أَطۡرَافِهَاۚ وَٱللَّهُ يَحۡكُمُ لَا مُعَقِّبَ لِحُكۡمِهِۦۚ وَهُوَ سَرِيعُ ٱلۡحِسَابِ

Məgər bu kafirlər Bizim küfür diyarına gəlib müsəlmanların oranı fəth etməsi və orada İslamın yayılması ilə onu bəzi tərəf­lə­rin­dən əksildib kiçiltməyimizlə müsəl­man­ların ixti­yarına ver­diyi­mi­zi gör­mür­lər­mi? Allah qulları arasında istədiyi kimi hökm verir. O, hökm verdikdən sonra kimsə Onun hök­münü əsl dəyişə və ya ləğv edə bilməz. Pak olan Uca Allah haqq-hesabı tez bir zamanda çəkəndir. O, əvvəlkiləridə və onlardan sonra gələnləridə hamısını bir gündə hesaba çəkəcəkdir. info
التفاسير:

external-link copy
42 : 13

وَقَدۡ مَكَرَ ٱلَّذِينَ مِن قَبۡلِهِمۡ فَلِلَّهِ ٱلۡمَكۡرُ جَمِيعٗاۖ يَعۡلَمُ مَا تَكۡسِبُ كُلُّ نَفۡسٖۗ وَسَيَعۡلَمُ ٱلۡكُفَّٰرُ لِمَنۡ عُقۡبَى ٱلدَّارِ

Əvvəlki ümmətlər də öz peyğəmbərlərinə qarşı hiylə qurdular və onların təbliğ etdiklərini yalan hesab etdilər. Onların peyğəmbərlərə qarşı qurduqları hiylənin nə faydası oldu?! Heç bir faydası olmadı. Çünki hiylə quran hər kəsin hiyləsi, Allahın təqdir və tədbirindən kənara çıxa bilməz. Uca Allah hər kəsin nə qazandığını bilir və onların əməllərindən Allaha heç bir şey gizli qalmaz. Məhz o zaman onlar dünyada ikən Allaha iman etmədiklərinə görə özlərinin nə qədər xəta etdiklərini, Allaha iman edən möminlərin də nə qədər doğru əməl etdiklərini və beləliklə də, Cənnətə və ən gözəl sonluğa nail olduqlarını biləcəklər.
info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• الترغيب في الجنة ببيان صفتها، من جريان الأنهار وديمومة الرزق والظل.
• Cənnətdə olan axar çayları, oradakl daimi ruziləri və kölgələri bəyan etməklə Cənnətə rəğbətləndirmək. info

• خطورة اتباع الهوى بعد ورود العلم وأنه من أسباب عذاب الله.
• Elm gəldikdən sonra nəfsin istəklərinə tabe olmağın təhlükəli olması, çünki bu, Allahın əzab göndərməsini vacib edən səbəblərdən biridir. info

• بيان أن الرسل بشر، لهم أزواج وذريات، وأن نبينا صلى الله عليه وسلم ليس بدعًا بينهم، فقد كان مماثلًا لهم في ذلك.
• Peyğəmbərlərin bəşər övladı olduqlarının, Allahın onlara zövcələr və övladlar verməsinin, Peyğəmbərimizin (sallallahu aleyhi və səlləm) heç də peyğəmbərlərin birincisi olmadığının və onun özündən əvvəl gəlib-getmiş peyğəmbərlər kimi bir peyğəmbər olduğunun bəyanı. info