আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

Yusuf

ছুৰাৰ উদ্দেশ্য:
الاعتبار بلطف تدبير الله لأوليائه وتمكينهم، وحسن عاقبتهم.
Allahın Öz dostlarına lütf göstərməsində, onlara yadım etməsində və onların gözəl aqibətindəki ibrətlər. info

external-link copy
1 : 12

الٓرۚ تِلۡكَ ءَايَٰتُ ٱلۡكِتَٰبِ ٱلۡمُبِينِ

﴾Əlif. Ləm. Ra﴿. Bəqərə surəsinin əvvəlində bu ayəyə bənzər, ﴾Əlif. Ləm. Mim﴿ ayəsini təfsir edərkən, belə ayələrin təfsiri barədə ətraflı izah verilmişdir. Yusif surəsində nazil edilən bu ayələr, açıq-aydın Quranın özündə hikmət və əhkamları əhatə edən ayələrindən biridir. info
التفاسير:

external-link copy
2 : 12

إِنَّآ أَنزَلۡنَٰهُ قُرۡءَٰنًا عَرَبِيّٗا لَّعَلَّكُمۡ تَعۡقِلُونَ

Ey Ərəblər! Biz Quranı bəlkə onu mənalarını anlayasınız deyə ərəb dilində endirdik. info
التفاسير:

external-link copy
3 : 12

نَحۡنُ نَقُصُّ عَلَيۡكَ أَحۡسَنَ ٱلۡقَصَصِ بِمَآ أَوۡحَيۡنَآ إِلَيۡكَ هَٰذَا ٱلۡقُرۡءَانَ وَإِن كُنتَ مِن قَبۡلِهِۦ لَمِنَ ٱلۡغَٰفِلِينَ

Ey Peyğəmbər! Biz bu Quranı sənə nazil et­məklə, doğruluğuna, ləfzlərinin gözəl düzülüşünə və bəlağətinə görə qissələrin ən gözəlini sənə danışırıq. Hal­buki, bu Quran nazil edilməzdən əvvəl sən bu qissədən xəbərsiz idin və bu haqda heç bir biliyə sahib deyildin. info
التفاسير:

external-link copy
4 : 12

إِذۡ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّي رَأَيۡتُ أَحَدَ عَشَرَ كَوۡكَبٗا وَٱلشَّمۡسَ وَٱلۡقَمَرَ رَأَيۡتُهُمۡ لِي سَٰجِدِينَ

Ey Peyğəmbər! Biz sənə, bir zaman Yusifin atası Yəquba: "Ata­can! Mən yuxu­da on bir ul­duz, günəş və ay gör­düm. Onların hamısının mənə səcdə etdiyini gör­düm" – dediyini xəbər veririk. Bu yuxu, Yusif - aleyihssəlam - üçün yaxın zamanda ona veriləcək bir müjdə xəbəri idi. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• بيان الحكمة من القصص القرآني، وهي تثبيت قلب النبي صلى الله عليه وسلم وموعظة المؤمنين.
• Quran Kərimdə hekayələrin nəql edilməsindəki hikmətin bəyanı. Bu hikmət, Peyğəmbərin (sallallahu aleyhi və səlləm) qəlbinə təskinlik və möminlərə isə öyüd-nəsihət verməkdən ibarətdir. info

• انفراد الله تعالى بعلم الغيب لا يشركه فيه أحد.
• Qeyb elmini yalnız Uca Allahın bilməsi və bu işdə Onun heç bir şərikinin olmaması. info

• الحكمة من نزول القرآن عربيًّا أن يعقله العرب؛ ليبلغوه إلى غيرهم.
• Quranın ərəb dilində nazil edilməsinin hikməti, ərəblərin Quranı anlayıb və Onu başqalarınada təbliğ etməkdən ibarətdir. info

• اشتمال القرآن على أحسن القصص.
• Quranı özündə ən gözəl hekayələri ehtiva etmişdir. info