আল-কোৰআনুল কাৰীমৰ অৰ্থানুবাদ - আল-মুখতাচাৰ ফী তাফছীৰিল কোৰআনিল কাৰীমৰ আজেৰী অনুবাদ

ət-Təkasur

ছুৰাৰ উদ্দেশ্য:
تذكير المتكاثرين واللاهين بالدنيا بالقبور والحساب.
Dünya malını artıran və dünyanın bər-bəzəyinə uyan kimsələri qəbir həyatını və haqq-hesaba çəkilməni xatırlatmaq. info

external-link copy
1 : 102

أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ

Ey insanlar! Mal-dövlət və övladlarla fəxr etmək sizi Allaha itaət etməkdən yayındırdı. info
التفاسير:

external-link copy
2 : 102

حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ

Hətta, dünyadan köçüb qəbirlərinizə girdiniz. info
التفاسير:

external-link copy
3 : 102

كَلَّا سَوۡفَ تَعۡلَمُونَ

Siz dünya malı ilə fəxr edib Allahın itaətindən yayınmamalıydınız. Siz bu bihudə məşğuliyyətin pis aqibətini hökmən biləcəksiniz. info
التفاسير:

external-link copy
4 : 102

ثُمَّ كَلَّا سَوۡفَ تَعۡلَمُونَ

Bəli, siz onun aqibətini hökmən biləcəksiniz! info
التفاسير:

external-link copy
5 : 102

كَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ

Doğrusu, əgər siz dirilib Allahın hüzuruna qayıdacağınızı və Onun sizə əməllərinizin əvəzini verəcəyini yəqin bilsəydiniz, mal-dövlət və oğul-uşaqla fəxr etməklə məşğul olmazdınız. info
التفاسير:

external-link copy
6 : 102

لَتَرَوُنَّ ٱلۡجَحِيمَ

Allaha and olsun ki, siz qiyamət günü Cəhənnəm odunu görəcəksiniz. info
التفاسير:

external-link copy
7 : 102

ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ

Heç şübhəsiz ki, siz onu öz gözünüzlə mütləq görəcəksiniz. info
التفاسير:

external-link copy
8 : 102

ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ

Sonra, o gün Allah, sizə bəxş etdiyi sağlamlıq, var-dövlət və başqa bu kimi nemətlər barədə sizdən soruşacaqdır. info
التفاسير:
এই পৃষ্ঠাৰ আয়াতসমূহৰ পৰা সংগৃহীত কিছুমান উপকাৰী তথ্য:
• خطر التفاخر والتباهي بالأموال والأولاد.
Mal-dövlət və oğul-uşaqla fəxr etməyin və lovğalanmağın təhlükəsi. info

• القبر مكان زيارة سرعان ما ينتقل منه الناس إلى الدار الآخرة.
Qəbir, ziyarət məkanıdır. Belə ki, insanlar tez bir zamanda oradan axirət yurduna köçürlər. info

• يوم القيامة يُسْأل الناس عن النعيم الذي أنعم به الله عليهم في الدنيا.
Qiyamət günü insanlar Allahın dünyada onlara verdiyi nemətlər barədə sorğu-suala çəkiləcəklər. info

• الإنسان مجبول على حب المال.
İnsan mal-dövləti sevməyə həris olaraq yaradılmışdır. info