Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht

Numri i faqes:close

external-link copy
112 : 26

قَالَ وَمَا عِلۡمِي بِمَا كَانُواْ يَعۡمَلُونَ

Nuh - aleyhissəlam - onlara belə dedi: "Axı möminlərin nə et­dik­lərinə dair mənim nə bilgim ola bilər ki! Mən onların əməllərini haqq-hesab etmək üçün vəkil təyin edilməmişəm! info
التفاسير:

external-link copy
113 : 26

إِنۡ حِسَابُهُمۡ إِلَّا عَلَىٰ رَبِّيۖ لَوۡ تَشۡعُرُونَ

Onların haqq-hesabı mənə deyil, yal­nız gizli və aşkarı bilən Uca Allaha aiddir. Əgər söylədiklərinizi başa düşsəydiniz, bunları bir daha söyləməzdiniz! info
التفاسير:

external-link copy
114 : 26

وَمَآ أَنَا۠ بِطَارِدِ ٱلۡمُؤۡمِنِينَ

Siz iman edəsiniz deyə, sizin istədiklərinizi yetinə yetirib möminləri öz məclisimdən qovan de­yiləm! info
التفاسير:

external-link copy
115 : 26

إِنۡ أَنَا۠ إِلَّا نَذِيرٞ مُّبِينٞ

Mən yalnız Allahın əzabı ilə çəkindirən açıq-aşkar bir xəbərdar edənəm!" info
التفاسير:

external-link copy
116 : 26

قَالُواْ لَئِن لَّمۡ تَنتَهِ يَٰنُوحُ لَتَكُونَنَّ مِنَ ٱلۡمَرۡجُومِينَ

Nuhun qövmü ona belə dedi: "Əgər sən bu dəvətindən vaz keçməsən, mütləq təhqir edilənlərdən və daşqalaq edilərək öldürülənlərdən olacaqsan!" info
التفاسير:

external-link copy
117 : 26

قَالَ رَبِّ إِنَّ قَوۡمِي كَذَّبُونِ

Nuh Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi. Onlar, Sənin dərgahından gətirdiyim dinə inanmadılar!" info
التفاسير:

external-link copy
118 : 26

فَٱفۡتَحۡ بَيۡنِي وَبَيۡنَهُمۡ فَتۡحٗا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ ٱلۡمُؤۡمِنِينَ

Onların batil üzərində israr etdiklərinə görə mənimlə onlar arasında, onları məhv edəcək qəti bir hökm ver. Qövmümdən kafir olanları həlak etdyin zaman məni və mə­nimlə bir­lik­də olan möminləri o əzabdan qurtar!" info
التفاسير:

external-link copy
119 : 26

فَأَنجَيۡنَٰهُ وَمَن مَّعَهُۥ فِي ٱلۡفُلۡكِ ٱلۡمَشۡحُونِ

Biz Nuhun - aleyhissəlam - duasına cavab verdik. Biz onu və onunla bir­likdə olan­ları, insanlar və heyvanlarla dolu olan bir gəmidə o əzabdan xi­las et­dik. info
التفاسير:

external-link copy
120 : 26

ثُمَّ أَغۡرَقۡنَا بَعۡدُ ٱلۡبَاقِينَ

Onlardan sonra Nuhun qövmündən geridə qalanları isə su­ya qərq et­dik. info
التفاسير:

external-link copy
121 : 26

إِنَّ فِي ذَٰلِكَ لَأٓيَةٗۖ وَمَا كَانَ أَكۡثَرُهُم مُّؤۡمِنِينَ

Şübhəsiz ki, Nuh və onun qövmü haqqında, Nuhun və onunla birgə olan möminlərin xilas olub və qövmündən kafir olanların isə həlak olması ilə əlaqəli deyilən bu hekayədə, düşünüb ibrət alanlar üçün bir öyüd-nəsihət vardır. Lakin onların əksəriyyəti iman gətirmədi. info
التفاسير:

external-link copy
122 : 26

وَإِنَّ رَبَّكَ لَهُوَ ٱلۡعَزِيزُ ٱلرَّحِيمُ

Ey Peyğəmbər! Həqiqətən də, sənin Rəbbin, Öz düşmənlərindən intiqam alan, yenilməz qüvvət sahibidir. O, tövbə edən qullarına qarşı da çox mərhəmətlidir. info
التفاسير:

external-link copy
123 : 26

كَذَّبَتۡ عَادٌ ٱلۡمُرۡسَلِينَ

Ad qövmü də, peyğəmbərləri olan Hudu - aleyhissəlam - yalan saymaqla bütün peyğəmbərləri yalançı saydılar. info
التفاسير:

external-link copy
124 : 26

إِذۡ قَالَ لَهُمۡ أَخُوهُمۡ هُودٌ أَلَا تَتَّقُونَ

Nəsəb baxımından qardaşları olan Hud peyğəmbər onlara: "Məgər Allahdan qorxaraq, Ondan başqasına olan ibadəti tərk edib, Allahdan qorxmursunuzmu?!"- dediyini xatırla.
info
التفاسير:

external-link copy
125 : 26

إِنِّي لَكُمۡ رَسُولٌ أَمِينٞ

Həqiqətən, mən sizə göndərilmiş bir elçiyəm. Məni sizə Uca Allah göndərmişdir. Mən, Allahın mənə təbliğ etməyi əmr etdiyinə ziyadə və naqislik etməyən əmin bir peyğəmbərəm. info
التفاسير:

external-link copy
126 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin. info
التفاسير:

external-link copy
127 : 26

وَمَآ أَسۡـَٔلُكُمۡ عَلَيۡهِ مِنۡ أَجۡرٍۖ إِنۡ أَجۡرِيَ إِلَّا عَلَىٰ رَبِّ ٱلۡعَٰلَمِينَ

Rəbbimdən gətirdiyim bu dini sizə təbliğ etdiyimə görə siz­dən heç bir mükafat istə­mi­rəm. Mə­nim müka­fa­tım yalnız bütün yaradılmışların Rəbbinə aiddir, başqasına deyil. info
التفاسير:

external-link copy
128 : 26

أَتَبۡنُونَ بِكُلِّ رِيعٍ ءَايَةٗ تَعۡبَثُونَ

Məğər siz hər təpə üstündə yoldan keçən insanları ələ salıb, onları məsxərəyə qoymaq üçün dünyanıza və axirətinizə heç bir faydası olmayan, boş və əbəs yerə hündür bi­nalarmı tikir­siniz?! info
التفاسير:

external-link copy
129 : 26

وَتَتَّخِذُونَ مَصَانِعَ لَعَلَّكُمۡ تَخۡلُدُونَ

Sanki bu dünyada əbədi qalıb və oradan əsla köçməyəcəksiniz kimi möhkəm qalalar və qəsirlər tikir­siniz? info
التفاسير:

external-link copy
130 : 26

وَإِذَا بَطَشۡتُم بَطَشۡتُمۡ جَبَّارِينَ

Sizlər öldürmək və ya vurmaq üçün hücum etdiyiniz zaman rəhmət və mərhəmət etmədən, qəd­dar hökmdarlar kimi zalımcasına hücum edirsiniz. Allahın sizə bəxş etdiyi güc-güvvəti Allaha asilik etməkdə istifadə edirsiniz. info
التفاسير:

external-link copy
131 : 26

فَٱتَّقُواْ ٱللَّهَ وَأَطِيعُونِ

Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək Ondan qorxun. Sizə əmr və qadağan etdiyim işlərdə mə­nə itaət edin. info
التفاسير:

external-link copy
132 : 26

وَٱتَّقُواْ ٱلَّذِيٓ أَمَدَّكُم بِمَا تَعۡلَمُونَ

Bildiyiniz nemətləri si­zə əta edən Allahın qəzəbindən qorxun. info
التفاسير:

external-link copy
133 : 26

أَمَدَّكُم بِأَنۡعَٰمٖ وَبَنِينَ

O sizə heyvanlar və övladlar verdi, info
التفاسير:

external-link copy
134 : 26

وَجَنَّٰتٖ وَعُيُونٍ

Üstəlik, O sizə bağlar və bol-bol axan çeş­mə­lər də bəxş etdi. info
التفاسير:

external-link copy
135 : 26

إِنِّيٓ أَخَافُ عَلَيۡكُمۡ عَذَابَ يَوۡمٍ عَظِيمٖ

Ey Qövmüm! Mən sizin üçün bö­yük gü­nün əzabından qor­xu­ram. Bu gün, Qiyamət günüdür!" info
التفاسير:

external-link copy
136 : 26

قَالُواْ سَوَآءٌ عَلَيۡنَآ أَوَعَظۡتَ أَمۡ لَمۡ تَكُن مِّنَ ٱلۡوَٰعِظِينَ

Qövmü Huda belə dedi: "Bizə öyüd-nə­si­hət versən də, ver­mə­sən də, bi­zim üçün eynidir. Biz onsuz da sənə iman gətirməyəcəyik və sənin dediklərindən dolayı dinimizi əsla tərk etməyəcəyik!" info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• أفضلية أهل السبق للإيمان حتى لو كانوا فقراء أو ضعفاء.
• Yoxsul və zəif kimsələr də olsan belə iman gətirməyə tələsənlər hər zaman başqalarından üstündürlər. info

• إهلاك الظالمين، وإنجاء المؤمنين سُنَّة إلهية.
• Zalımların məhv edilməsi, möminlərin isə xilas olması ilahi bir qanundur. info

• خطر الركونِ إلى الدنيا.
• Dünyaya meyil etməyin təhlükəli olması. info

• تعنت أهل الباطل، وإصرارهم عليه.
• Batil əhlinin haqqa qarşı inadkarlıq etmələri və bu əməllərində israrlı olmaları bəyan edilmişdir. info