Përkthimi i kuptimeve të Kuranit Fisnik - El Muhtesar fi tefsir el Kuran el Kerim - Përkthimi azerbajxhanisht

Numri i faqes:close

external-link copy
58 : 2

وَإِذۡ قُلۡنَا ٱدۡخُلُواْ هَٰذِهِ ٱلۡقَرۡيَةَ فَكُلُواْ مِنۡهَا حَيۡثُ شِئۡتُمۡ رَغَدٗا وَٱدۡخُلُواْ ٱلۡبَابَ سُجَّدٗا وَقُولُواْ حِطَّةٞ نَّغۡفِرۡ لَكُمۡ خَطَٰيَٰكُمۡۚ وَسَنَزِيدُ ٱلۡمُحۡسِنِينَ

Allahın sizə olan nemətlərindən bunu da xatırlayın ki, bir zaman sizə: "Beytülməqdisə (Qüdsə) daxil olun. Orada istədiyiniz yerdə, istədiyiniz qədər halal ruzilərdən nuşcanlıqla yeyin için, amma ora daxil olan zaman, Allahdan qorxaraq, rüku halda daxil olun və: "Ey Rəbbimiz bizi bağışla!" -söyləyin ki, duanızı qəbul edək. Biz yaxşı əməl edənlərin mükafatını daha da artıracağıq" -demişdik. info
التفاسير:

external-link copy
59 : 2

فَبَدَّلَ ٱلَّذِينَ ظَلَمُواْ قَوۡلًا غَيۡرَ ٱلَّذِي قِيلَ لَهُمۡ فَأَنزَلۡنَا عَلَى ٱلَّذِينَ ظَلَمُواْ رِجۡزٗا مِّنَ ٱلسَّمَآءِ بِمَا كَانُواْ يَفۡسُقُونَ

Özlərinə zülm edənlər isə onlara əmr olunan əməli başqa bir əməllə dəyişib onlara deyilən sözü təhrif etdilər. Belə ki, oraya yanları üstə sürünə-sürünə, Uca Allahın əmrinə istehza edərək: "Sünbülün üstündəki buğda" –deyərək daxil oldular. Biz də zalımların Allahın əmrinə müxalif olub şəriətin hüdudlarını aşdıqlarına görə, əməllərinin müqabili olaraq onlara göydən əzab göndərdik. info
التفاسير:

external-link copy
60 : 2

۞ وَإِذِ ٱسۡتَسۡقَىٰ مُوسَىٰ لِقَوۡمِهِۦ فَقُلۡنَا ٱضۡرِب بِّعَصَاكَ ٱلۡحَجَرَۖ فَٱنفَجَرَتۡ مِنۡهُ ٱثۡنَتَا عَشۡرَةَ عَيۡنٗاۖ قَدۡ عَلِمَ كُلُّ أُنَاسٖ مَّشۡرَبَهُمۡۖ كُلُواْ وَٱشۡرَبُواْ مِن رِّزۡقِ ٱللَّهِ وَلَا تَعۡثَوۡاْ فِي ٱلۡأَرۡضِ مُفۡسِدِينَ

Siz səhrada olan zaman sizə şiddətli susuzluq baş verdikdə Allahın sizə olan nemətini xatırlayın. Belə ki, Musa (Aleyis-salam) Rəbbinə yalvarıb sizə yağış yağdırmağı istədi. Bu zaman Allah ona əsasını daşa vurmağı əmr etdi. Musa, əsanı daşa vuran kimi daşdan qəbilələrinizin sayı qədər, on iki çeşmə qaynayıb su çıxdı və hər bir çeşmədən su fışqırdı və biz qəbilələr arasında mübahisə olmaması üçün hər bir qəbilənin ona aid olan çeşməsini göstərib sizə belə dedik: "Heç bir zəhmət çəkmədən Allahın sizə bəxş etdiyi ruzidən yeyib için və yer üzündə fitnə-fəsad törətməyin!". info
التفاسير:

external-link copy
61 : 2

وَإِذۡ قُلۡتُمۡ يَٰمُوسَىٰ لَن نَّصۡبِرَ عَلَىٰ طَعَامٖ وَٰحِدٖ فَٱدۡعُ لَنَا رَبَّكَ يُخۡرِجۡ لَنَا مِمَّا تُنۢبِتُ ٱلۡأَرۡضُ مِنۢ بَقۡلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَاۖ قَالَ أَتَسۡتَبۡدِلُونَ ٱلَّذِي هُوَ أَدۡنَىٰ بِٱلَّذِي هُوَ خَيۡرٌۚ ٱهۡبِطُواْ مِصۡرٗا فَإِنَّ لَكُم مَّا سَأَلۡتُمۡۗ وَضُرِبَتۡ عَلَيۡهِمُ ٱلذِّلَّةُ وَٱلۡمَسۡكَنَةُ وَبَآءُو بِغَضَبٖ مِّنَ ٱللَّهِۚ ذَٰلِكَ بِأَنَّهُمۡ كَانُواْ يَكۡفُرُونَ بِـَٔايَٰتِ ٱللَّهِ وَيَقۡتُلُونَ ٱلنَّبِيِّـۧنَ بِغَيۡرِ ٱلۡحَقِّۚ ذَٰلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعۡتَدُونَ

Allahın sizə ruzi olaraq nazil etdiyi manna və bildirçin əti yeməkdən bezib, Rəbbinizin sizə olan nemətinə küfr etdiyinizi xatırlayın. O zaman siz: "Biz hər gün eyni yeməkləri yeməyə səbir edə bilmərik"- deyib, Musadan - Aleyhissəlam - Allaha dua edib sizin üçün yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, dənli bitkilərindən, mərciməyindən və soğanından çıxartmasını tələb etmişdiniz. Musa - Aleyhissəlam - da sizin tələbinizi inkar edərək belə cavab vermişdi: "Siz manna və bildirçin əti kimi xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirirsiniz? Halbuki bu nemətlər sizə heç bir səy göstərmədiyiniz və yorulmadığınız halda gəlir. Elə isə dilədiyiniz kəndə gedib, istədiyiniz şeyləri oranın tarlalarında və bazarlarında tapa bilərsiniz". Onlar öz nəfslərinə tabe olduqlarına və Allahın onlar üçün seçib bəxş etdiyi nemətlərdən təkrar-təkrar üz çevirdiklərinə görə, onlara zəlillik, miskinlik və bədbəxtlik damğası vuruldu. Onlar Allahın dinindən üz çevirib Onun ayələrini inkar etdiklərinə və peyğəmbərlərə haqsız yerə düşmənçilik edib onları öldürdüklərinə görə Allahın qəzəbinə düçar oldular. Bütün bunların səbəbi onların Allaha asi olmaları və Allahın onlar üçün qoyduğu hədləri aşmalarına görə idi.
info
التفاسير:
Dobitë e ajeteve të kësaj faqeje:
• كل من يتلاعب بنصوص الشرع ويحرّفها فيه شَبَهٌ من اليهود، وهو مُتوعَّد بعقوبة الله تعالى.
• Allahın ayələrinə istehza ilə yanaşıb onları təhrif edən hər bir kimsənin yahudilərə oxşarlığı vardır və belə əməl sahibinə Uca Allah əzab verəcəyinə vəd vermişdir. info

• عِظَمُ فضل الله تعالى على بني إسرائيل، وفي مقابل ذلك شدة جحودهم وعنادهم وإعراضهم عن الله وشرعه.
• Uca Allahın İsrail oğullarına bəxş etdiyi fəzilətin çoxluğuna baxmayaraq, onlar bu nemətləri Allahın şəriətindən üz çevirib inadkarlıq və inkar etməklə qarşıladılar. info

• أن من شؤم المعاصي وتجاوز حدود الله تعالى ما ينزل بالمرء من الذل والهوان، وتسلط الأعداء عليه.
• İnsanın başına gələn zəlillik, alçaqlıq və düşmənlərin ona qarşı gəlməsi günahların və Uca Allahın qoyduğu hüdudları aşmağın səbəbindəndir. info