د قرآن کریم د معناګانو ژباړه - اذربایجاني ژبې ته د المختصر في تفسیر القرآن الکریم ژباړه

د مخ نمبر:close

external-link copy
12 : 57

يَوۡمَ تَرَى ٱلۡمُؤۡمِنِينَ وَٱلۡمُؤۡمِنَٰتِ يَسۡعَىٰ نُورُهُم بَيۡنَ أَيۡدِيهِمۡ وَبِأَيۡمَٰنِهِمۖ بُشۡرَىٰكُمُ ٱلۡيَوۡمَ جَنَّٰتٞ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ ذَٰلِكَ هُوَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ

O gün sən mömin kişi­lərin və mömin qadınların nu­runun onların ön­lərindən və sağ tərəflərindən yayıl­dı­ğı­nı görəcəksən. O gün onlara belə deyiləcək: “Bu gün si­zin müjdəniz qəsrləri və ağacları altın­dan çaylar axan cənnətlərdir. Siz orada əbədi qalacaqsınız!" Bu mükafat heç bir bənzəri olmayana böyük uğurdur. info
التفاسير:

external-link copy
13 : 57

يَوۡمَ يَقُولُ ٱلۡمُنَٰفِقُونَ وَٱلۡمُنَٰفِقَٰتُ لِلَّذِينَ ءَامَنُواْ ٱنظُرُونَا نَقۡتَبِسۡ مِن نُّورِكُمۡ قِيلَ ٱرۡجِعُواْ وَرَآءَكُمۡ فَٱلۡتَمِسُواْ نُورٗاۖ فَضُرِبَ بَيۡنَهُم بِسُورٖ لَّهُۥ بَابُۢ بَاطِنُهُۥ فِيهِ ٱلرَّحۡمَةُ وَظَٰهِرُهُۥ مِن قِبَلِهِ ٱلۡعَذَابُ

O gün münafiq kişilər və müna­fiq qadınlar iman gə­tirən­lə­rə deyəcəklər: “Bir az gözləyin, biz də sizin nurunuzdan alaq ki, körpünün üstündən keçməkdə bizə kömək olsun”. Bu zaman münafiqlərə istehza edilərək deyiləcək­: “Geriyə qayıdıb nur axtarın ki, sizin yolunuzu işıqlandırsın!” Onların arasına bir sədd çə­ki­lə­cək və bu səddin bir qapısı olacaq. O qapının içəri tərə­fində - möminlərə doğru yönələn üzündə mərhəmət, çöl tərəfində - münafiqlərə doğru yönələn üzündə əzab olacaqdır. info
التفاسير:

external-link copy
14 : 57

يُنَادُونَهُمۡ أَلَمۡ نَكُن مَّعَكُمۡۖ قَالُواْ بَلَىٰ وَلَٰكِنَّكُمۡ فَتَنتُمۡ أَنفُسَكُمۡ وَتَرَبَّصۡتُمۡ وَٱرۡتَبۡتُمۡ وَغَرَّتۡكُمُ ٱلۡأَمَانِيُّ حَتَّىٰ جَآءَ أَمۡرُ ٱللَّهِ وَغَرَّكُم بِٱللَّهِ ٱلۡغَرُورُ

Münafiqlər möminləri səsləyib de­yə­cəklər: “Məgər biz sizinlə birlikdə İslamı yaşayıb itaət etmirdikmi?” Möminlər onlara deyəcəklər: “Bəli siz bizim yanımızda idiniz, la­kin münafiqlik etməklə özünüz özünü­zü aldatdınz və özünüzü həlak etdiniz. Siz, mö­minlərə bəla üz vermə­sini gözləyirdiniz ki, küfrünüzü üzə çıxardasınız. Siz, Allahın möminlərə qələbə bəxş edəcəyinə və ölümdən sonra dirilməyə şübhə edir­diniz. Ölüm sizə gələ­nə­dək xülyalar sizi yoldan çı­xart­dı və siz dəyişmədiniz. Şeytan Allah barəsində sizi yaman aldatdı.
info
التفاسير:

external-link copy
15 : 57

فَٱلۡيَوۡمَ لَا يُؤۡخَذُ مِنكُمۡ فِدۡيَةٞ وَلَا مِنَ ٱلَّذِينَ كَفَرُواْۚ مَأۡوَىٰكُمُ ٱلنَّارُۖ هِيَ مَوۡلَىٰكُمۡۖ وَبِئۡسَ ٱلۡمَصِيرُ

Ey münafiqlər! Bu gün Allahın əzabından qurtulmaq üçün nə sizdən, nə də aşkarda küfr edənlər­dən fidyə qəbul olunar. Sizin də, kafirlərin də gedəcəyiniz yer də Oddur. O sizə, siz də ona layiqsiniz. Ora nə pis dönüş yeridir!” info
التفاسير:

external-link copy
16 : 57

۞ أَلَمۡ يَأۡنِ لِلَّذِينَ ءَامَنُوٓاْ أَن تَخۡشَعَ قُلُوبُهُمۡ لِذِكۡرِ ٱللَّهِ وَمَا نَزَلَ مِنَ ٱلۡحَقِّ وَلَا يَكُونُواْ كَٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ مِن قَبۡلُ فَطَالَ عَلَيۡهِمُ ٱلۡأَمَدُ فَقَسَتۡ قُلُوبُهُمۡۖ وَكَثِيرٞ مِّنۡهُمۡ فَٰسِقُونَ

Allaha və Onun rəsuluna iman gətirənlərin qəlbinin pak və müqəddəs Alla­hın zikri və Qurandan nazil olan vədlər və təhdidlər üçün yum­şalması, daha öncə özlərinə Tövrat verilmiş yəhudilər və İncil verilmiş nəsranilər kimi, özlərinə göndərilmiş peyğəmbərlərlə öz aralarında uzun müddət keçdiyinə görə qəlbləri sərtləşmiş, ço­xusu da Allahın itaətindən çıxıb Ona asi olmuş kimsələr kimi olmaması vaxtı gə­lib çat­ma­dımı?! info
التفاسير:

external-link copy
17 : 57

ٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يُحۡيِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَاۚ قَدۡ بَيَّنَّا لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَعۡقِلُونَ

Bilin ki, Qurumuş torpağın üzərində bitkilər bitirməklə onu dirildən Uca Allahdır. Ey insanlar! Biz Allahın qüdrətinə və vəhdaniyyətinə dəlalət edən dəlilləri və sübutları sizə bəyan etdik ki, bəlkə anlayasınız. Bili ki, ölmüş torpağı dirltməyə qadir olan Allah, siz öldükdən sonra sizi yenidən diriltməyə də həmçinin, qəlbiniz sərtləşdikdən sonra onu yumşaltmağa da qadirdir. info
التفاسير:

external-link copy
18 : 57

إِنَّ ٱلۡمُصَّدِّقِينَ وَٱلۡمُصَّدِّقَٰتِ وَأَقۡرَضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعَفُ لَهُمۡ وَلَهُمۡ أَجۡرٞ كَرِيمٞ

Şübhəsiz ki, mallarının bir hissəsini könül xoşluqları ilə, üstəlik, heç kəsə minnət qoymadan və əziyyət vermədən sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onlara bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər və bundan da çox əvəz veriləcəkdir. Bununla yanaşı onlar üçün Allah qatında çox dəyərli bir mükafat - Cənnət vardır. info
التفاسير:
په دې مخ کې د ایتونو د فایدو څخه:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
Allahın möminlərə nur bəxş etməklə onlara lütf göstərməsi. O nur ki, qiyamət günü onların önündən və sağından (yollarını) işıqlandıracaqdır. info

• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
Günah işlər görmək və münafiqlik etmək qiyamət günü zülmətə düşməyə və həlak olmağa səbəbdir. info

• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
Möminlərə bəla üz verməsini gözləmək, dirilməyə şəkk etmək, xülyalara dalmaq və şeytana aldanmaq münafiqlərin sifətlərindəndir. info

• خطر الغفلة المؤدية لقسوة القلوب.
Qəlbin sərtləşməsinə gətirib çıxardan qəflətin təhlükəli olması. info