ការបកប្រែអត្ថន័យគួរអាន - ការបកប្រែជាភាសាអាស៊ែបៃហ្សង់ - អាលី ខាន ម៉ូសាយុីហ្វ

លេខ​ទំព័រ:close

external-link copy
75 : 23

۞ وَلَوۡ رَحِمۡنَٰهُمۡ وَكَشَفۡنَا مَا بِهِم مِّن ضُرّٖ لَّلَجُّواْ فِي طُغۡيَٰنِهِمۡ يَعۡمَهُونَ

Əgər Biz onlara rəhm edib düşdükləri bəladan xilas etsək, onlar (yenə öz) azğınlıqları içində sərgərdan gəzəcəklər. info
التفاسير:

external-link copy
76 : 23

وَلَقَدۡ أَخَذۡنَٰهُم بِٱلۡعَذَابِ فَمَا ٱسۡتَكَانُواْ لِرَبِّهِمۡ وَمَا يَتَضَرَّعُونَ

Biz onları əzabla yaxaladıq, onlar yenə də öz Rəbbinə boyun əymədilər, (Ona) yalvarıb-yaxarmadılar. info
التفاسير:

external-link copy
77 : 23

حَتَّىٰٓ إِذَا فَتَحۡنَا عَلَيۡهِم بَابٗا ذَا عَذَابٖ شَدِيدٍ إِذَا هُمۡ فِيهِ مُبۡلِسُونَ

Nəhayət, şiddətli əzab qapısını onların üzünə açdığımız zaman dərhal ümidsizliyə qapıldılar. info
التفاسير:

external-link copy
78 : 23

وَهُوَ ٱلَّذِيٓ أَنشَأَ لَكُمُ ٱلسَّمۡعَ وَٱلۡأَبۡصَٰرَ وَٱلۡأَفۡـِٔدَةَۚ قَلِيلٗا مَّا تَشۡكُرُونَ

Sizin üçün qulaqlar, gözlər və ürəklər yaradan Odur. Siz çox az şükür edirsiniz. info
التفاسير:

external-link copy
79 : 23

وَهُوَ ٱلَّذِي ذَرَأَكُمۡ فِي ٱلۡأَرۡضِ وَإِلَيۡهِ تُحۡشَرُونَ

Sizi yer üzündə yaradıb yayan Odur. Siz Onun hüzuruna həşir olunacaqsınız. info
التفاسير:

external-link copy
80 : 23

وَهُوَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ وَلَهُ ٱخۡتِلَٰفُ ٱلَّيۡلِ وَٱلنَّهَارِۚ أَفَلَا تَعۡقِلُونَ

Dirildən də, öldürən də Odur. Gecə ilə gündüzün bir-birini əvəz etməsi Ona aiddir. Məgər (bunu) dərk etmirsiniz? info
التفاسير:

external-link copy
81 : 23

بَلۡ قَالُواْ مِثۡلَ مَا قَالَ ٱلۡأَوَّلُونَ

Xeyr, onlar da əvvəlkilərin dedikləri kimi dedilər. info
التفاسير:

external-link copy
82 : 23

قَالُوٓاْ أَءِذَا مِتۡنَا وَكُنَّا تُرَابٗا وَعِظَٰمًا أَءِنَّا لَمَبۡعُوثُونَ

Onlar dedilər: “Məgər biz ölüb torpaq və sür-sümük olduqdan sonra dirildiləcəyikmi?” info
التفاسير:

external-link copy
83 : 23

لَقَدۡ وُعِدۡنَا نَحۡنُ وَءَابَآؤُنَا هَٰذَا مِن قَبۡلُ إِنۡ هَٰذَآ إِلَّآ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

Bu (dirilmə) həm bizə, həm də əvvəllər atalarımıza vəd olunmuşdu. Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir. info
التفاسير:

external-link copy
84 : 23

قُل لِّمَنِ ٱلۡأَرۡضُ وَمَن فِيهَآ إِن كُنتُمۡ تَعۡلَمُونَ

De: “Əgər bilirsinizsə, (deyin görüm) yer və onun üstündə olanlar kimə məxsusdur?” info
التفاسير:

external-link copy
85 : 23

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَذَكَّرُونَ

Onlar: “Allahındır!”– deyəcəklər. De: “Elə isə düşünüb ibrət almırsıniz?” info
التفاسير:

external-link copy
86 : 23

قُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ ٱلسَّبۡعِ وَرَبُّ ٱلۡعَرۡشِ ٱلۡعَظِيمِ

De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Sahibi kimdir?” info
التفاسير:

external-link copy
87 : 23

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ أَفَلَا تَتَّقُونَ

Onlar: “Allahdır!”– deyəcəklər. De: “Elə isə (Allahdan) qorxmursunuz?” info
التفاسير:

external-link copy
88 : 23

قُلۡ مَنۢ بِيَدِهِۦ مَلَكُوتُ كُلِّ شَيۡءٖ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيۡهِ إِن كُنتُمۡ تَعۡلَمُونَ

De: “Əgər bilirsinizsə, (deyin görüm) hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” info
التفاسير:

external-link copy
89 : 23

سَيَقُولُونَ لِلَّهِۚ قُلۡ فَأَنَّىٰ تُسۡحَرُونَ

Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” info
التفاسير: