ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាអាហ្ស៊ែរី

លេខ​ទំព័រ:close

external-link copy
5 : 83

لِيَوۡمٍ عَظِيمٖ

Bəlalar və dəhşətlərlə dolu əzəmətli bir gündə, haqq-hesaba çəkilmək və əməllərinin əvəzini almaq üçün (diriləcəklər). info
التفاسير:

external-link copy
6 : 83

يَوۡمَ يَقُومُ ٱلنَّاسُ لِرَبِّ ٱلۡعَٰلَمِينَ

O gün insanlar haqq-hesab çəkilmək üçün bütün məxluqatın Rəbbi qarşısında duracaqlar. info
التفاسير:

external-link copy
7 : 83

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡفُجَّارِ لَفِي سِجِّينٖ

Öldükdən sonra yenidən dirilməni yalan hesab edirsiniz, amma bu heç də siz təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, kafirlərdən və münafiqlərdən olan günahkarların kitabı yerin alt təbəqəsində ziyan içindədir. info
التفاسير:

external-link copy
8 : 83

وَمَآ أَدۡرَىٰكَ مَا سِجِّينٞ

Ey Peyğəmbər! Sən nə bilirsən Siccin nədir?! info
التفاسير:

external-link copy
9 : 83

كِتَٰبٞ مَّرۡقُومٞ

Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər. info
التفاسير:

external-link copy
10 : 83

وَيۡلٞ يَوۡمَئِذٖ لِّلۡمُكَذِّبِينَ

O gün haqqı yalan sayanlar həlak olsun və ziyana uğrasın! info
التفاسير:

external-link copy
11 : 83

ٱلَّذِينَ يُكَذِّبُونَ بِيَوۡمِ ٱلدِّينِ

Onlar, Uca Allahın Öz qullarına dünyada etdikləri əmllərinin əvəzini verəcək gününü yalan sayan kimsələrdir. info
التفاسير:

external-link copy
12 : 83

وَمَا يُكَذِّبُ بِهِۦٓ إِلَّا كُلُّ مُعۡتَدٍ أَثِيمٍ

O günü yalnız Allahın hədlərini aşan və çoxlu günahlar işlədən kimsə yalan hesab edər. info
التفاسير:

external-link copy
13 : 83

إِذَا تُتۡلَىٰ عَلَيۡهِ ءَايَٰتُنَا قَالَ أَسَٰطِيرُ ٱلۡأَوَّلِينَ

Rəsulumuza nazil edilmiş ayələr ona oxunduğu zaman o: "Bu, əvvəlki ümmətlərin uydurduğu nağıllardır. O, Allahdan nazil olmayıb" – deyər. info
التفاسير:

external-link copy
14 : 83

كَلَّاۖ بَلۡۜ رَانَ عَلَىٰ قُلُوبِهِم مَّا كَانُواْ يَكۡسِبُونَ

Bu heç də o yalan sayanların təsəvvür etdiyi kimi deyil, əksinə, onların qazandıqları günahlar ağıllarına üstün gəlmiş və onu qaplamışdır. Odur ki, onların qəlbi haqqı görmür. info
التفاسير:

external-link copy
15 : 83

كَلَّآ إِنَّهُمۡ عَن رَّبِّهِمۡ يَوۡمَئِذٖ لَّمَحۡجُوبُونَ

Həqiqətən də, qiyamət günü onlar özlərinin Rəbbini görməkdən məhrum olacaqlar. info
التفاسير:

external-link copy
16 : 83

ثُمَّ إِنَّهُمۡ لَصَالُواْ ٱلۡجَحِيمِ

Sonra onlar Cəhənnəmə varid olacaq və onun hərarətindən əzab çəkəcəklər. info
التفاسير:

external-link copy
17 : 83

ثُمَّ يُقَالُ هَٰذَا ٱلَّذِي كُنتُم بِهِۦ تُكَذِّبُونَ

Sonra qiyamət günü onlara bir təhqir olaraq deyiləcək: "Sizin düçar olduğunuz bu əzab, dünyada ikən rəsulunuzun sizə xəbər verdiyi, sizin yalan saydığınız Cəhənnəmdir". info
التفاسير:

external-link copy
18 : 83

كَلَّآ إِنَّ كِتَٰبَ ٱلۡأَبۡرَارِ لَفِي عِلِّيِّينَ

Bu heç də sizin, haqq-hesabın və əməllərin əvəzinin olmadığını təsəvvür etdiyiniz kimi deyildir. Şübhəsiz ki, itaət edənlərin kitabı İlliyyundadır. info
التفاسير:

external-link copy
19 : 83

وَمَآ أَدۡرَىٰكَ مَا عِلِّيُّونَ

Ey Peyğəmbər! Sən nə bilirsən İlliyyun nədir?! info
التفاسير:

external-link copy
20 : 83

كِتَٰبٞ مَّرۡقُومٞ

Onların yazılmış bu kitabı nə silinər, nə ona əlavə edilər, nə də ondan nə isə əskilər. info
التفاسير:

external-link copy
21 : 83

يَشۡهَدُهُ ٱلۡمُقَرَّبُونَ

Bu kitaba hər bir göyə yaxın olan mələklər yaxınlaşa bilər. info
التفاسير:

external-link copy
22 : 83

إِنَّ ٱلۡأَبۡرَارَ لَفِي نَعِيمٍ

Şübhəsiz ki, çox itaət edənlər qiyamət günü tükənməz nemətlər içində olacaqlar. info
التفاسير:

external-link copy
23 : 83

عَلَى ٱلۡأَرَآئِكِ يَنظُرُونَ

Onlar bəzədilmiş taxtlar üstündə oturub özlərinin Rəbbinə, üstəlik, könüllərini açan və onları sevindirən şeylərə baxacaqlar. info
التفاسير:

external-link copy
24 : 83

تَعۡرِفُ فِي وُجُوهِهِمۡ نَضۡرَةَ ٱلنَّعِيمِ

Sən onlara baxdıqda onların üzündə səadət əlaməti - gözəllik və parlaqlıq görəcəksən. info
التفاسير:

external-link copy
25 : 83

يُسۡقَوۡنَ مِن رَّحِيقٖ مَّخۡتُومٍ

Onların xidmətçiləri onlara qədəhinə möhür vurulmuş şərabdan süzəcəklər. info
التفاسير:

external-link copy
26 : 83

خِتَٰمُهُۥ مِسۡكٞۚ وَفِي ذَٰلِكَ فَلۡيَتَنَافَسِ ٱلۡمُتَنَٰفِسُونَ

Onun müşkünün iyi son məsafəyədək yayılacaq. Qoy yarışanlar Allahı razı salacaq əməlləri yerinə yetirməklə, üstəlik, Onu qəzəbə gətirəcək əməlləri tərk etməklə bu dəyərli mükafata nail olmaq üçün yarışsınlar. info
التفاسير:

external-link copy
27 : 83

وَمِزَاجُهُۥ مِن تَسۡنِيمٍ

Bu möhürlü şəraba təsnim bulağından qatışdırılacaq. info
التفاسير:

external-link copy
28 : 83

عَيۡنٗا يَشۡرَبُ بِهَا ٱلۡمُقَرَّبُونَ

Təsnim bulağı Cənnətin ən uca məqamında yerləşən, Allaha yaxın olan möminlərin saf və təmiz olaraq içdikləri bir bulaqdır. Amma digər möminlər isə o bulağa başqa şeylər qatışdırılmış halda içirlər. info
التفاسير:

external-link copy
29 : 83

إِنَّ ٱلَّذِينَ أَجۡرَمُواْ كَانُواْ مِنَ ٱلَّذِينَ ءَامَنُواْ يَضۡحَكُونَ

Küfr etməklə günaha batanlar iman gətirənlərə istehza edib gülürdülər. info
التفاسير:

external-link copy
30 : 83

وَإِذَا مَرُّواْ بِهِمۡ يَتَغَامَزُونَ

Onlar möminlərin yanından keçdikdə onları lağa qoymaq və ələ salmaq məqsədilə bir-birlərinə qaş-göz edirdilər. info
التفاسير:

external-link copy
31 : 83

وَإِذَا ٱنقَلَبُوٓاْ إِلَىٰٓ أَهۡلِهِمُ ٱنقَلَبُواْ فَكِهِينَ

Öz ailələrinin yanına qayıtdıqda, küfr etdiklərinə və möminləri ələ saldıqlarına görə fərəhlə qayıdardılar. info
التفاسير:

external-link copy
32 : 83

وَإِذَا رَأَوۡهُمۡ قَالُوٓاْ إِنَّ هَٰٓؤُلَآءِ لَضَآلُّونَ

Müsəlmanları gördükdə deyərdilər: "Bunlar atalarının yolunu tərk edib, haqq yoldan azanlardır". info
التفاسير:

external-link copy
33 : 83

وَمَآ أُرۡسِلُواْ عَلَيۡهِمۡ حَٰفِظِينَ

Allah onları möminlərin əməllərinə nəzarət etməyi tapşırmamışdır ki, belə söz danışsınlar. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• خطر الذنوب على القلوب.
Günahların qəlbə olan təhlükəsi. info

• حرمان الكفار من رؤية ربهم يوم القيامة.
Qiyamət günü kafirlərin özlərinin Rəbbini görməkdən məhrum olması. info

• السخرية من أهل الدين صفة من صفات الكفار.
Dindarlara istehza etmək, kafirlərin xislətlərindəndir. info