Traduzione dei Significati del Sacro Corano - Traduzione azera dell'Abbreviata Esegesi del Nobile Corano

Numero di pagina:close

external-link copy
20 : 4

وَإِنۡ أَرَدتُّمُ ٱسۡتِبۡدَالَ زَوۡجٖ مَّكَانَ زَوۡجٖ وَءَاتَيۡتُمۡ إِحۡدَىٰهُنَّ قِنطَارٗا فَلَا تَأۡخُذُواْ مِنۡهُ شَيۡـًٔاۚ أَتَأۡخُذُونَهُۥ بُهۡتَٰنٗا وَإِثۡمٗا مُّبِينٗا

Ey kişilər! Əgər öz arvadınızı boşayıb yerinə başqa bir arvad almaq istəsə­niz, bu işdə sizə günah yoxdur, əgər boşamaq istədiyinizə yığın-yığın mal mehr vermiş olsanız belə, o maldan bir şey geri al­maq sizə caiz deyil. Çünki verdiyinizi onlardan geri almaq, Allah qatında açıq-aş­kar böhtan atmaq və gü­nah iş­lət­mək­lə hesab olunur. info
التفاسير:

external-link copy
21 : 4

وَكَيۡفَ تَأۡخُذُونَهُۥ وَقَدۡ أَفۡضَىٰ بَعۡضُكُمۡ إِلَىٰ بَعۡضٖ وَأَخَذۡنَ مِنكُم مِّيثَٰقًا غَلِيظٗا

Siz bir-birinizlə mehriban ünsiyyət qurub, bir-birinizlə yaxın­lıq edib və bir-birinizin sirlərini bildikdən sonra qadınlarınıza verdiyiniz mehri onlardan necə geri ala bilərsiniz?! Çünki bu işdən sonra onların əlində olan mala tamah salmaq çirkin və pis əməldir. Halbuki qadınlarınız, Uca Allah kəlməsi və şəriəti ilə onları özünüzə halal edərək siz­dən şiddətli əhd-peyman al­­mışdılar. info
التفاسير:

external-link copy
22 : 4

وَلَا تَنكِحُواْ مَا نَكَحَ ءَابَآؤُكُم مِّنَ ٱلنِّسَآءِ إِلَّا مَا قَدۡ سَلَفَۚ إِنَّهُۥ كَانَ فَٰحِشَةٗ وَمَقۡتٗا وَسَآءَ سَبِيلًا

Atalarınızın evlənmiş olduğu qadınlarla evlənməyin! Yalnız İslamdan öncə olub-keçənlər müstəsnadır, keçmişdə etdiyiniz bu işə görə sizə əzab olunmaz. Çünki oğulun atanın arvadı ilə evlənməsi, çox iyrənc, Allahın qəzəbinə səbəb olan bir əməl və murdar bir yoldur! info
التفاسير:

external-link copy
23 : 4

حُرِّمَتۡ عَلَيۡكُمۡ أُمَّهَٰتُكُمۡ وَبَنَاتُكُمۡ وَأَخَوَٰتُكُمۡ وَعَمَّٰتُكُمۡ وَخَٰلَٰتُكُمۡ وَبَنَاتُ ٱلۡأَخِ وَبَنَاتُ ٱلۡأُخۡتِ وَأُمَّهَٰتُكُمُ ٱلَّٰتِيٓ أَرۡضَعۡنَكُمۡ وَأَخَوَٰتُكُم مِّنَ ٱلرَّضَٰعَةِ وَأُمَّهَٰتُ نِسَآئِكُمۡ وَرَبَٰٓئِبُكُمُ ٱلَّٰتِي فِي حُجُورِكُم مِّن نِّسَآئِكُمُ ٱلَّٰتِي دَخَلۡتُم بِهِنَّ فَإِن لَّمۡ تَكُونُواْ دَخَلۡتُم بِهِنَّ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ وَحَلَٰٓئِلُ أَبۡنَآئِكُمُ ٱلَّذِينَ مِنۡ أَصۡلَٰبِكُمۡ وَأَن تَجۡمَعُواْ بَيۡنَ ٱلۡأُخۡتَيۡنِ إِلَّا مَا قَدۡ سَلَفَۗ إِنَّ ٱللَّهَ كَانَ غَفُورٗا رَّحِيمٗا

Allah sizə şəcərə üzrə yuxarı qalxaraq analarınız, yəni: ananın anası və ananın ata yaxud ana tərəfdən olan nənəsi, şəcərə üzrə aşağı düşərək qızlarınız, yəni: qızınızın qızı və qızınızın qızının qızı və həmçinin şəcərə üzrə aşağı düşərək qardaşınızın və bacınızın qızları, doğma yaxud ögey bacılarınız, bibiləriniz və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın bibiləri, xalalarınız və həmçinin şəcərə üzrə yuxarı qalxaraq ata-analarınızın xalaları, qardaş və bacının qızları və şəcərə üzrə aşağı düşərək onların övladlarının qızları, sizi əmizdirən süd analarınız, süd bacılarınız, arvadlarınıza yaxınlıq edib etməmənizdən aslı olmayaraq onların anaları, yaxınlıq etdiyiniz arvadlarınızın adətən evinizdə tərbiyə alıb, orada boya-başa çatmasından yaxud başqa bir evdə yaşamasından aslı olmayaraq ögey qızlarınız ilə evlənmək haram edildi. Amma o arvadlarla yaxınlıq etməmişsinizsə, onda bu ögey qızlarınızla evlənməyiniz sizə günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək hətta oğullarınız onlara yaxınlıq etməsədə belə və həmçinin süd oğullarınızın arvadları, nəsəb yaxud süd əmizdirmək baxımından olan iki bacını birlikdə almaq haram edildi. Yalnız cahiliyyət dövründə olub-keçənlər isə müstəsnadır, artıq Allah o günahları bağışlamışdır. Həqiqətən, Allah Ona tövbə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir. Həmçinin bu ayəyə əlavə olaraq Peyğəmbərin - sallallahu aleyhi və səlləm - sünnəsində də qadınla onun bilisi və ya xalasını birlikdə almaqın haram olması sabit olmuşdur. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• إذا دخل الرجل بامرأته فقد ثبت مهرها، ولا يجوز له التعدي عليه أو الطمع فيه، حتى لو أراد فراقها وطلاقها.
• Kişi zövcəsinə yaxınlıq edərsə qadına mehri vacib olar və bundan sonra kişi o qadını boşanmaq istəsə, qadına qarşı haqsızlıq etmək yaxud mehrinə tamah salmaq kişiyə icazəli deyildir. info

• حرم الله تعالى نكاح زوجات الآباء؛ لأنه فاحشة تمقتها العقول الصحيحة والفطر السليمة.
• Uca Allah ataların arvadları ilə evlənməyi haram etmişdir, çünki bu, sağlam düşüncənin və fitrətin qəbul etmədiyi çirkin bir işdir. info

• بين الله تعالى بيانًا مفصلًا من يحل نكاحه من النساء ومن يحرم، سواء أكان بسبب النسب أو المصاهرة أو الرضاع؛ تعظيمًا لشأن الأعراض، وصيانة لها من الاعتداء.
• Uca Allah, qadınlara qarşı haqsızlıq edilməsin və onların namusuna toxunulmasın deyə, istər nəsəb, istər qohumluq, istərsə də süd əmizdirmə baxımından evlənilməsi halal və haram olan qadınların hamısını açıq-aydın şəkildə bəyan etmişdir. info