Translation of the Meanings of the Noble Qur'an - Azerbaijani translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
18 : 57

إِنَّ ٱلۡمُصَّدِّقِينَ وَٱلۡمُصَّدِّقَٰتِ وَأَقۡرَضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعَفُ لَهُمۡ وَلَهُمۡ أَجۡرٞ كَرِيمٞ

Şübhəsiz ki, mallarının bir hissəsini könül xoşluqları ilə, üstəlik, heç kəsə minnət qoymadan və əziyyət vermədən sədəqə ve­rən kişi və sədəqə verən qa­dın­lar üçün əməllərinin savabı qat-qat artırılacaqdır. Onlara bir yaxşılığın əvəzinə on savabdan yeddi yüz savaba qədər və bundan da çox əvəz veriləcəkdir. Bununla yanaşı onlar üçün Allah qatında çox dəyərli bir mükafat - Cənnət vardır. info
التفاسير:
Benefits of the verses in this page:
• امتنان الله على المؤمنين بإعطائهم نورًا يسعى أمامهم وعن أيمانهم.
Allahın möminlərə nur bəxş etməklə onlara lütf göstərməsi. O nur ki, qiyamət günü onların önündən və sağından (yollarını) işıqlandıracaqdır. info

• المعاصي والنفاق سبب للظلمة والهلاك يوم القيامة.
Günah işlər görmək və münafiqlik etmək qiyamət günü zülmətə düşməyə və həlak olmağa səbəbdir. info

• التربُّص بالمؤمنين والشك في البعث، والانخداع بالأماني، والاغترار بالشيطان: من صفات المنافقين.
Möminlərə bəla üz verməsini gözləmək, dirilməyə şəkk etmək, xülyalara dalmaq və şeytana aldanmaq münafiqlərin sifətlərindəndir. info

• خطر الغفلة المؤدية لقسوة القلوب.
Qəlbin sərtləşməsinə gətirib çıxardan qəflətin təhlükəli olması. info